Gəlirli startapı necə təsis etməli? (3-cü hissə)
Gəlirli startapı necə təsis etməli? (3-cü hissə)
Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat
Ola bilsin ki, siz hələ bütün sahələrdə mükəmməlliyə çatmamısınız, amma, istedadlar, biliklər dəsti və hər şeyə nail olmaq potensialınız həqiqətən vardır.
Pullar
Nəyin ruhunuza yaxın olduğunu bildikdən və istedadların siyahısını tərtib etdikdən sonra özünüzə daha iki sual verin: digər insanların problemini həll edən bir startap yaratmaq üçün maraq və bacarıqlarınızı birləşdirə bilərsinizmi? Əgər hə, onda ikinci sual budur: gəlir əldə etmək üçün sizin məhsulunuza bazarda lazımi qədər tələbat varmı?
Tələb və mənfəət haqqında sualları cavablandıraraq, ticarət potensialı olan bacarıqları və hobbiləri uğursuz olanlardan təmizləməlisiniz.
Yalnız güclü struktur və məqsədə aydın baxış davamlı startap üçün təməl kimi xidmət edə bilər.
2. Problem = imkan
Müştərinin mövcud tələbatı nədir?
İstənilən böyük problem – bu, böyük imkandır. Əgər problemlər yoxdursa, onda həll və şirkətin mövcud olması üçün səbəb də yoxdur. Problemin həllini nəzərdə tutmayan işlər üçün sizə heç kim ödəniş etməyəcək.
Vinold Hosla, vençur kapitalisti və milyarder
Startap – bu, ağrıkəsicidir və ya vitamindir?
Vitaminlər sağlamlığn möhkəmlənməsinə yavaş-yavaş və tədricən kömək edir: onlar sizi xəstəliklərdən qoruyaraq, müəyyən dövr ərzində sağlamlığınızı mühafizə edir.
Ağrıkəsicilər isə ağrı sindromunun anında qarşısını alır: həblər problemi burada və indi həll etməkdə sizə kömək edir. Ən yaxşı şirkətlər də eyni cür hərəkət edir.
Ağrıkəsici həblər – bu, ciddi problemləri tez və effektli həll edən startaplardır. Müştəri “ağrıyır”, ona təcili olaraq bir həll yolu lazımdır.
Həb necə görünür, üzərindəki loqotip gözəldirmi, o, iki və ya üç aydan sonra işə düşəcək, bu, onu maraqlandırmır.
Google – bu ağrıkəsicidir: 24 saat müddətində əlçatanlıq və istənilən bir şey haqda hər şeyi tez öyrənmək imkanı olmasa, bizim üçün çox çətin olardı.
Şirkətin necə ağrıkəsici ola bilməsi üzərində düşünün. Ən yaxşı halda bir müddət sonra ortaya çıxa bilən vitamin əvəzinə, problemi bu gün həll edə bilən məhsul və ya xidmət təklif edin.

Mühasib, mühasibatlıq terminləri həyatımızda ən çox rast gəlinən, işlədilən terminlərdəndir. Elə bir müəssisə, şirkət, dövlət orqanı yoxdur ki, oranın mühasibatlığı və mühasibləri olmasın. Hazırda mühasib əməyi ölkəmizdə də ən çox dəyərləndirilən vəzifələrdən biri hesab olunur. Bəs mühasib termini ilk dəfə nə vaxt və harada işlədilməyə başlanıb? Bu söz mənşəyini haradan götürüb, ilk mühasib kim hesab edilir?
Bir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı bir peşə hesab edir. Saysız-hesabsız rəqəmlər, eyni əməliyyatlar, yaradıcılıq üçün imkanların məhdudluğu və s. Lakin bu peşə ilə yaxından tanış olduqdan sonra fikirləriniz tamamilə dəyişə bilər. Beləliklə, gəlin mühasib peşəsinin üstünlüklərini nəzərdən keçirək.
Sual: Hüquqi şəxs olaraq vergi ödəyicisi olmayan fiziki şəxsdən obyekt icarəyə götürürəm. Müvafiq olaraq icarə haqqını fiziki şəxsə, ödəmə mənbəyindən vergini isə dövlət büdcəsinə ödəyirəm. Lakin fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən e-qaimə təqdim etmir. Bu halda (yəni qaimə olmadan) mən fiziki şəxsə ödədiyim icarə haqqını gəlirdən çıxa bilərəm?