Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradılıb

posted in: Xəbər | 0

korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib.

Onun bazasında 2 yeni baş idarə – Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.

Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb.

Mənbə: report.az

 

 


Uğurlu biznes plan hazırlamaq üçün 7 önəmli mərhələ

posted in: Xəbər | 0

Uğurlu biznes plan hazırlamaq üçün 7 önəmli mərhələ

Yaxşı bir ideyaya sahib olmaq biznesdə uğuru gətirən önəmli faktorlardan biridir. Ancaq sadəcə bu kifayət etmir. Çünki hər kəsin ağlında yüzlərlə ideya var. Kimisi ideyasını reallaşdırır, ancaq doğru addımlar atmadığı üçün uğursuz olur, kimisi də ideyasını həyata keçirmək üçün investisiya tapa bilmir. Nəticə olaraq ideya həqiqətən yaxşı olsa belə, biznesdə uğur qazanmaq mümkün olmur.

Bir ideyanı reallaşdırmazdan əvvəl planlı olmaq, atacağınız addımları əvvəlcədən bilmək, hara, nə qədər pul xərcləməliyəm kimi suallara cavab tapmaq önəmlidir. Bünün üçün də sizə peşəkarlar tərəfindən hazırlanmış biznes plan gərəklidir. Yaxşı hazırlanmış biznes plan sizin işə başlamaq üçün gərəkli olan investisiya alma ehtimalınızı da yüksəldəcəkdir. Əks halda biznes plan olmadan investora gedib ideyanızı danışmaq, boş vaxt itkisindən başqa heçnə olmayacaqdır. Buna görə də güvəndiyiniz, inandığınız bir ideyanız varsa edəcəyiniz ilk şey, bir biznes plana sahib olmaq olmalıdır.

Uğurlu bir biznes planın içərisində aşağıdakı başlıqların olması gərəklidir:

Biznes planın qısa bir xülasəsi: Biznes planın ümumi olaraq nədən bəhs etdiyi, içərisində nələr olduğu burda qısa şəkildə açıqlanır. 1-2 səhifə aralığında olması kifayətdir.

İdeyanın açıqlanması: İdeyamızın və ya biznesimizin nə olduğu ətraflı şəkildə bu bölmədə açıqlanır. Burda ideyanın doğru sözlərlə ifadə olunması önəmlidir.

Bazar araşdırması: Bazar araşdırmasının edilməsi biznes plan üçün önəmli nüanslardan biridir. Bazarın ümumi həcminin və inkişaf tempinin müəyyənləşdirilməsi, rəqiblərin təyin olunması və analizi, hədəf müştəri qruplarının müəyyənləşdirilməsi və analizi və s. kimi nüanslar araşdırılır və bunun  nəticəsinə uyğun olar atılacaq digər addımlar planlanır.

İdarəetmə strukturu: Şirkətimizə neçə nəfər və hansı vəzifələrə işçi lazım olduğu qeyd olunmalıdır. Şirkətin idarəetmə strukturunun yekun formasının necə olacağı göstərilməlidir.

Marketinq planı: Hansı marketinq alətlərindən istifadə edəcəyik, kommunikasiya strategiyamız  necə olacaq, aylıq marketinqə nə qədər büdcə ayıracağıq kimi suallara bu bölmədə cavab verəcəyik.

Satış planı: Bu bölmədə biz hansı satış kanallarından istifadə edəcəyik, satış taktikalarımız necə olacaq, aylıq satış hədəflərimiz kimi nüanslara toxunacağıq.

Maliyyə planı: Burda ola biləcək bütün xərcləri və gəlirləri hesabladıqdan sonra gələcək illərə dair maliyyə proqnozları verilir.

Yuxarıda sayılan bu başlıqlar biznes plan içərisində mütləq olmalıdır. Uğurlu bir biznes plan hazırlamaq üçün bu nüanslara diqqət göstərməlisiniz.

İndi gələk başlıqdan göründüyü kimi 7 önəmli mərhələyə. Bu mərhələlər hansılardır?

Detallı bir araşdırma edin: Biznes plan hazırlamamışdan əvvəl ümumi olaraq sektoru həm araşdırın, həm də analiz edin. Məhsulunuza təlabat nə qədərdi, bazarın illik həcmi artırmı yoxsa azalırmı, bazardan nə qədər pay götürmək mümkündür, rəqabətlilik necədir, bazar yeniliklərə nə qədər açıqdır və s. bunun kimi nüansları detallı bir şəkildə araşdırdırmaq lazımdır. Nəticə olaraq siz bütün bazarın xüsusiyyətlərini, məhsulunuzu və verəcəyiniz xidmətləri mükəmməl səviyyədə bilməlisiniz.

Hədəflərinizi açıq bir şəkildə ifadə edin: Yaddan çıxartmayın ki, siz bir iş adamısız və qarşınıza qoyduğunuz müəyyən hədəflər olmalıdır. Biznes planda da bu hədəflər detallı bir şəkildə göstərilməlidir. Əvvəlcədən etdiyiniz bütün bazar araşdırmalarını da göstərərək, müəyyənləşdirdiyiniz hədəflər istiqamətində özünüzə bir yol xəritəsi çıxardın. Bu yol xəritəsi hədəflərinizi reallaşdırmada sizin əsas planınız olacaq.

Şirkətinizin təsvirini yaradın: Biznes plan hazırlayarkən şirkətinizi yaxşı təsvir etməlisiniz.İnvestorların diqqətini çəkmək üçün şirkət profilinin diqqət mərkəzində göstərilməsi ən önəmli nüanslardan biridir. Bura, şirkətin olduğu sektor, satılan məhsullar, göstərilən xidmətlər, komanda, görülən işlər və s. kimi nüanslar daxildir. Bu, biznes planda şirkətlərin haqqımızda bölməsini əhatə edir. Ümumiyyətlə, bu bölmə şirkətlərdə haqqımızda hissəsini təşkil edir.

Nağd pul axışı və necə pul qazanacağınızı göstərin: İnvestorların biznes planda ən çox maraqlandırdıqları məqam, işin maliyyə hissəsidir. Necə pul qazanacağınızı və gəlir modellərinizin necə olduğunu uğurla nümayiş etdirə bilməlisiniz. Nə qədər xərclərinizin olacağını, nə qədər gəlir əldə edəcəyinizi təxmini olaraq (bütün bunlar araşdırmaların nəticələrinə uyğun məntiqi bir şəkildə olmalıdır ) göstərməlisiniz.

Strateji marketinq planınız olduğunu göstərin: Uğurlu bir biznes plan həmişə özündə strateji marketinq planını ehtiva edir:
  • Yeni məhsulunuzu uğurlu bir şəkildə təqdim edin,
  • Bazardakı rəqabəti qazanmağa yönəlik stratejik addımlar atın,
  • Satışlarınızı artırmağa çalışın və bunun üçün statejik hədəflərinizi müəyyənləşdirin.

İnvestora uyğun biznes plan hazırlayın: Biznes planı hazırlayarkən onu hansı investorlara təqdim edəcəyinizi əvvəlcədən müəyyənləşdirin. Əgər investor üçün işin maliyyə tərəfi daha çox önəmlidirsə bu zaman finansal məlumatlara və proqnozlara, yox əgər investor üçün işin vizual tərəfi daha çox önəmlidirsə bu zaman məhsulunuzu ön plana çıxardacaq daha çox dizayn xarakterli biznes plana üstünlük verin.

Bu ideyaya niyə bu qədər çox güvəndiyizi göstərin: Biznes plan tam hazır olduqdan sonra onu təqdim edərkən, bu ideyaya necə çox güvəndiyizini qarşı tərəfə hiss etdirməlisiniz. Burada təcrübələrinizdən və reallaşdıracağınız xidmətlərinizdən danışa bilərsiniz. Məhsulunuzun bazarda niyə uğurlu olacağını ətraflı bir şəkildə izah edin.

Əməkdaşlıq üçün Onevision Business Solutions şirkətinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: +99455 372 71 80

Mail:

Müəllif: Cavid Abasov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əfsanəvi amerikalı milyarder özünə varis seçib

posted in: Xəbər | 0

Əfsanəvi amerikalı milyarder Warren Buffett, Berkshire Hathaway şirkətinin rəhbəri postunda özünə varis seçib. Bu haqda CNBC telekanalı xəbər verib.

90 yaşlı Buffett-in sözlərinə görə, direktorlar şurasının üzvləri belə razılığa gəliblər ki, əgər milyarderlə bağlı hər hansı bir hadisə baş verərsə, onun yerini şirkətin vitse-prezidenti Greg Abel tutacaq.

“Əgər, Allah eləməmiş, Greg-in başına bir iş gələrsə, onda şirkətə Ajit Jain (Berkshire Hathaway şirkətinin vitse-prezidenti) başçılıq edəcək” – Buffett belə söyləyib. Milyarder izahatında bildirib ki, seçim edərkən, namizədlərin yaş amilini əsas götürüb. Belə ki, Abelin 59, Jain-in isə 69 yaşı var.

Warren Buffett tərəfindən əsası qoyulan Berkshire Hathaway şirkəti 2020-ci ilin yekunlarına görə 42,5 milyard dollar qazanc əldə edib. Qeyd etmək lazımdır ki, ötən ilin sentyabr  ayında investor ən çox yoxsullaşan amarikalı varlılar sırasına düşmüşdü. O, həmin vaxt 7,3 milyard dollar itki ilə üzləşmişdi. Analitiklər bunun səbəbləri arasında ötən ilin iyul ayında Berkshire Hathaway şirkətinin xeyriyyə aksiyaları üçün 2,9 milyard dollar xərclədiyini qeyd edirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat haqqında bir neçə maraqlı fakt

posted in: Məqalə, Xəbər | 0

Bizlərdən çoxu mühasibat işinin darıxdırıcı və yorucu olduğunu güman etsək də, əslində bu, heç də belə deyil. Əlbəttə, təsəvvürümüzdə mühasibi yalnız rəqəmlərlə çalışan biri kimi xəyal etsək, onda belə bir təəssürat yarana bilər. Lakin prosesə və bu işin qavranılmasına düzgün yanaşsaq, belədə çoxlu maraqlı şeylər ortaya çıxarmaq olar. İndi bunlara diqqət yetirək;

Birincisi, qeyd etmək istərdik ki, statistikaya görə mühasiblərin çoxu qadınlardır. Yəni, bu sahadə çalışanların doxsan faizi zərif cinsin nümayəndələridir. Maraqlıdır ki, peşənin özü kişilər tərəfindən yaradılıb. Bu elmin təşəkkülü təxminən altı min il əvvələ gedib çıxır. Təbii ki, o dövrdə mühasibat indiki kimi olmayıb. Uçot işinin nişanələri ağacda işarə qoymaqla, yaxud da iplərdə müəyyən sayda düyünlər atmaqla icra edilibmiş. Mühasibatın vətəni Misir hesab edilir. Məhz bu dövlətdə dünyada ilk dəfə olaraq uçot işi qeydə alınıb və müəyyən əməliyyatlar icra edilib. Lakin  mühasibat müasir görünüşünü yalnız on altıncı əsrdə almağa başlayıb.

İkincisi,  mühasibat bütün ölkələrdə unikaldır və bir-birinə bənzəmir. Bu da təbiidir, çünki hər bir ölkənin həm qanunvericilik, həm də vergi sahəsi üzrə öz normaları var. Bu səbəbdən mühasibatlığı dörd tipə bölürlər.
  • İngilisdilli ölkələr;
  • Latın-amerikan mühasibatı;
  • Kontinental Avropa ölkələri;
  • Şərqi Avropa ölkələrinə xas olan mühasibatlıq.

Bu tiplər nə ilə xarakterizə olunur? İlk üç tipə daxil olan ölkələrdə əsasən maliyyə və gəlirlərin hesablanması aparılır, dördüncü qrupda isə əsas diqqət vəsaitlərə nəzarətə yönəlib. Birinci tipə daxil olan ölkələrdə praktiki olaraq vəsaitlər üzərində dövlət nəzarəti olmur. Bu ölkələrdə bütün mühasiblər xüsusi assosiasiyalarda birləşirlər ki, dövlət də həmin qurumlarla hesablaşmalı olur. İkinci qrup ölkələr, yəni latın Amerikası dövlətlərində mühasibatlığın üzərinə həm də inflyasiyanın öyrənilməsi və faizlə əks olunması, bununla bağlı iqtisadiyyatda müşahidə edilən bütün proseslərin öyrənilməsi qoyulub. Son qrupa daxil olan ölkələrdə, yəni Şərqi Avropada bütün mühasibat işləri dövlət təlimatı və rəhbərliyi altında həyata keçirilir.


Mühasib peşəsini cəlbedici edən 8 fakt


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 959 960 961 962 963 964 965 2. 684