Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə ( və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə (ÖMV) düşürmü?
Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.
Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan faiz gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalıdır.
Eyni zamanda, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb olunur.
Mənbə: vergiler.az
Bax:
Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
- Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsi
Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?
Onlayn satış zamanı pul bank hesabına daxil olmasına baxmayaraq NKA çeki də verilməlidir?
Təsisçilərlə borc müqavilələri
Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilər?
Leave a Reply