Cari vergi ödəmələri

posted in: Xəbər | 0

Cari vergi ödəmələri

baş mühasib, vakansiya,Cari vergi ödəmələri ilə bağlı son illər qanunvericilikdə tətbiq olunan yeniliklər təcrübədə bəzi sualların yaranmasına səbəb olur. Mühasibat mütəxəssisi İlqar Əsədov mühasiblərin bu sahədə qarşılaşdıqları suallara aydınlıq gətirir.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Cari vergi ödəmələrinin hesablanması haqqında arayış gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın 15-dək təqdim edilir. Bu arayış həm hüquqi, həm də vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən təqdim edilir.

Elektron kabineti olan vergi ödəyiciləri cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını onlayn kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ı seçərək onlayn şəkildə doldurub təqdim edə bilərlər. Elektron kabineti olmayan vergi ödəyiciləri bu məlumatı müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda “əldən-ələ” qaydasında vergi ödəyicilərinə xidmət mərkəzlərindən təqdim edə bilərlər.

Cari vergi arayışlarının elektron qaydada təqdim edilməsi üçün gücləndirilmiş “ASAN imza” tələb olunmur. Elektron kabineti olan şəxslər istifadəçi kodu, parol, şifrə ilə daxil olaraq cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim edə bilərlər.

Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın formasında 151.1 metodunu seçmək nəzərdə tutulmamışdır. Müəssisə heç bir arayış və məlumat verməsə, bu metodu seçmiş hesab edilir.
Müəssisənin cari hesabat dövrü üçün hesablanacaq mənfəət vergisinin ötən ilə nəzərən çox olacağı gözlənilirsə, müəssisə üçün 151.1 metodunu seçmək, keçən ilə nəzərən az olacağı gözlənilirsə, 151.2 metodunu seçmək əlverişli olar.

Müəssisənin gəlir və xərclərinin kassa və ya hesablama metodunda olmasından asılı olmayaraq cari vergilərin hesablanmasının mövcud 3 metodundan hər biri seçilə bilər.
Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən (o cümlədən sabit sadələşdirilmiş vergi ödəyiciləri) cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilməsi nəzərdə tutulmayıb.

Cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim etməyəyə görə qanunvericiliklə hər hansısa cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb. Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi halda, müəssisə keçən il gəlir (mənfəət) vergisi ödəyicisi olubsa, vergi orqanları öz təşəbbüsləri ilə cari vergiləri 151.1 metodu ilə hesablayacaq. Əgər müəssisə bu il yeni yaranıbsa və ya keçən il gəlir (mənfəət) vergi ödəyicisi olmayıbsa, vergi orqanları Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə uyğun olaraq əlaqədar məlumatlarla sizə 151.5 ilə cari vergi məbləğini hesablayacaq.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (6-cı hissə)

posted in: Xəbər | 0

Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (6-cı hissə)

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Xidmət göstərilməsi sahəsində tələbat duyulan biznes

Xidmətlərin göstərilməsi sahəsi, insanlarla ünsiyyət qurmağı sevənlər üçün xüsusilə cəlbedicidir. Bura əyləncə, ictimai iaşə, məişət, maliyyə, hüquq, sığorta, mehmanxana, poçt və digər xidmətlər daxildir. Müəyyən bilik və təcrübəyə malik olduğunuz istiqaməti seçməyi məsləhət görürük. Belədə siz biznesin daxildən bilicisi olduğunuza görə, bu həyatınızı əhəmiyyətli şəkildə yüngülləşdirəcək.

1. Çatdırılma xidməti.

Bu xidmət sahəsində biznesə tələbat internet-mağazaların və sifarişlərin sayının daim artması ilə bağlıdır.

Siz iri malların, kiçik bağlamaların, hazır qidaların, yazışmaların çatdırılması xidmətini təmin edə bilərsiniz. İlkin mərhələdə belə bizneslə şəhər səviyyəsində məşğul olmaq, yəni, yerli internet-mağazalar, iaşə müəssisələri, ofislər və sadəcə əhali ilə işləmək mümkündür.

Başlanğıc üçün sizə ofisdən ötrü otaq və avtomobil – kiçik bağlamalar və yazışmalar üçün yüngül maşın, iri yüklər üçün isə yük avtomobili lazım olacaq. Bu biznes sahəsində də franşiz çox inkişaf edib. Buna görə, hər şeyi sıfırdan başlamaq arzusu yoxdursa, franşiz satın ala bilərsiniz.

2. Konsaltinq: mühasibatlıq, auditor və hüquq xidmətləri.

Bu, həqiqətən də ən çox tələb olunan biznes sahəsidir, çünki daim müxtəlif fərdi müəssisələr və şirkətlər açılır.

Ancaq, hər kəs mühasibatlıq və hüquq elmindən baş çıxara bilmir. Birincisi, bir çoxları pullarını riskə atmaq istəmirlər və bu məsələləri mütəxəssislərə etibar etməyə hazırdırlar; ikincisi, fərdi işçilərin işə götürülməsinə ehtiyac yoxdur, bu cür firmalarla müqavilə bağlamaq kifayətdir.

Konsaltinq xidmətləri göstərmək biznesi bu sahədə müvafiq təhsili və təcrübəsi olanlar tərəfindən həyata keçirilir. Burada təklikdə də fəaliyyət göstərmək olar, eyni zamanda sərbəst çalışmaqda maraqlı olan eyni mütəxəssisləri də axtarıb tapmaq olar.

3. Saytların hazırlanması.

İstənilən şirkət və ya firmanın öz saytı olmalıdır.

Lakin heç də hamı bu məsələlərdən başa çıxarmır, ona görə də veb-ustaların xidmətlərinə müraciət edirlər. Ona görə də saytların işlənib hazırlanması üzrə xidmətlər – bu, xüsusilə müasir dövrdə həqiqətən tələb olunan biznesdir. Amma, yenə də bazar savadlı və kreativ mütəxəssislərin çatışmazlığını hiss edir, çünki əksər hallarda onların əksəriyyəti standart sxem üzrə işləməyi təklif edir. Bundan əlavə, uzun müddət fəaliyyət göstərən şirkətlərin əksəriyyəti öz saytlarına malikdirlər. Lakin onların yenidən işlənməsi və davamlı inkişafına ehtiyac duyurlar.

Bu, bir daha sübut edir ki, bu sahədə biliklərə malik olmaqla, siz cəsarətlə öz biznesinizə başlaya bilərsiniz. Təklikdə də işə başlamaq olar, lakin, ən yaxşısı digər veb-ustalarla birləşib öz firmanızı açmaqdır.

Birincisi, siz bununla xərclərinizi dəfələrlə azaltmış olacaqsınız, ikincisi, kollektivlə birlikdə işləyəcəksiniz. Təklif olunan ideyalar – bunlar, ən çox tələb olunan işi aça biləcəyiniz şeylərin yalnız bir hissəsidir. Bura paltarlar və ayaqqabıların tikilişi və təmirini, inşaat-təmir işlərini, elektronika texnikasına və əhalinin daha çox ehtiyac duyduğu bir çox başqa xidmətləri də aid etmək olar. Nə ilə məşğul olmaq istədiyiniz üzərində düşünün, sahəni seçin, öz ideyanızı təhlil edin və fəaliyyətə keçin.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Jack Ma-nın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (II hissə)

posted in: Xəbər | 0

Jack Ma-nın qeyri-adi prinsipləri

Biz Alibaba Group şirkətinin qurucusu, Çinin ən varlı adamı – Jack Ma-nın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.

Karyera barədə

20-30 yaş arasında, savadlı bir rəhbərdən örnək götürməlisiniz: nüfuzlu bir şirkətə işə düzəlməli və bu şirkətdə necə yaxşı işləməyi öyrənməlisiniz. Əgər yaşınız 30-40 arasıdırsa və siz özünüzə aid nəsə bir iş qurmaq istəyirsinizsə, bunu edin. Bu yaşda özünüzə uduzmağa da imkan vermək olar. Lakin yaşınız 40-50 arasıdırsa, Ma sizə maraqlı olan bir sahədə deyil, uğurlu olduğunuz sahədə nəsə etməyi tövsiyə edir. Yeni bir şeyi sınaqdan keçirmək artıq təhlükəlidir. 50-60 yaş arasında olduqda,  öz vaxtınızı növbəti nəslin öyrədilməsinə sərf edin. 60 yaşdan sonra isə ən yaxşısı nəvələrinizlə birlikdə olmaqdır, Ma sözünü belə yekunlaşdırır.

Sahibkar nə barədə düşünməlidir

Bizneslə məşğul olmaq üçün, ilk növbədə, pul yox, əla ideyalar və belə ideyaları səninlə bölüşəcək insanlar lazımdır. Lazımlı adamlar, lazımi zamanda – bax, Alibaba-nın uğurunun sirri əsasən bundadır. Çinli sahibkarın sözlərinə görə, şirkət gənc insanlara və komanda işlərinə diqqət yetirir. Əgər təksənsə, sən çox sürətlə qaça bilərsən. Lakin əgər sən uzun məsafəyə qaçmaq istəyirsənsə, onda bunu çoxsaylı adamlarla birlikdə etməlisən.

Sahibkarlar haqda

Yaxşı sahibkar gələcəyə optimistliklə baxır və o, həmişə optimistdir. Onun beynində, hansı problemi həll etdiyi, necə həll etdiyi və niyə bunu başqalarından fərqli etdiyinə dair suallara cavabları olmalıdır.

Ətrafdakılar hər şeyi dəyişdirə bilərlər. Elə adamlar tapmaq lazımdır ki, onlar həqiqətən sizin baxışlarınızı bölüşsünlər və xəyalınıza inansınlar və yalnız işləmək naminə işləməsinlər, bu çox mühümdür. Yaxşı adamlar – belələri sizinlə bir komandada çalışanlardır və əgər sən onları öyrətsən, onlar da səni öyrədəcəklər.

Biznesdə nələrisə qurban vermək də lazım gələcək. Yalnız 10 ildən sonra uğurlu olmağa hazır olmaq lazımdır. Əgər kimsə deyirsə ki, növbəti ayda və ya ildə uğura nail olacaq, – bu, sadəcə mümkün deyil.

Hazırda populyarlığının zirvəsində olan şeylərlə məşğul olmağa dəyməz. Ma öz uğurunu, 1999-cu ildə öz dostları ilə birlikdə şirkəti qurarkən, hələ internetin populyar olmadığı bir dövrlə əlaqələndirir. Heç kim bu ideyaya inanmırdı, amma, onlar inanırdılar. Digərlərinin nə dediyi onları narahat etmirdi. Onlar inanırdılar ki, elektron kommersiyanın  gələcəyi var. Adamlara kömək etmək istəyirdilər, ona görə, bu biznesi qurmaq ideyasına girişdilər. Ma sizi bənzərsiz olmağa və hər zaman başqalarından daha yaxşı olduğunuzu düşünməyə təşviq edir.

Heç vaxt başqalarının sizdən ötrü rahat şərait yaradacağını gözləməyin. Hər şey artıq hazır olduqda, sizin seçim imkanınız olmayacaq. Siz hamıdan, məsələn, dövlətin hansısa addımlar atacağını gözləmədən hərəkət etməlisiniz. Əgər dövlət deyirsə ki, hər şey hazırdır və siz öz biznesinizi qura bilərsiniz, onda yaxşı olar ki, siz yenidən ixtisaslaşasınız.


I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

May ayının qeyri-iş günləri açıqlanıb

posted in: Xəbər | 0

May ayının qeyri-iş günləri açıqlanıb

qeyri-iş günüAzərbaycanda may ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

9 may bazar günü olduğundan mayın 10-u, Respublika günü münasibəti ilə mayın 28-i rəsmi bayram günləri elan edilib.

Belə ki, may ayında 4 gün qeyri-iş günü elan edilib.

Mənbə: banker.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 988 989 990 991 992 993 994 2. 683