BirBank-da Xəzri pul köçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün oldu
Ölkənin ən məşhur mobil tətbiqi olan BirBank növbəti yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, mobil tətbiqdə olan ödəniş kartından Xəzri sürətli pul köçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.
Bu zaman tətbiqdə “Köçürmələr” menyusunda “Pul köçürmə sistemləri” bölməsindən “Xəzri” sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8% (minimum 1 AZN) komissiya tutulur. Xəzri ilə göndərilən vəsaiti Kapital Bank filiallarından və ya bankomatlarından almaq mümkündür.
Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilmişdir. Qaydaya əsasən fondun maliyyələşmə mənbələrindən biri də fiziki və hüquqi şəxslərin könüllü ödəmələridir.
Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb.