İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?

posted in: Vergi, Xəbər | 0

Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Sual: İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?

Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
  • AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, AR Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda işçinin kirayə haqqını ödəyəndə sosial sığorta haqqı hesablanmır?

posted in: Xəbər | 0

Qeyri-yaşayış sahələri, vergi öhdəlikləri, mühasib köməkçisi, vakansiya,Sual: Müəssisə işçinin kirayə haqlarını birbaşa kirayə verənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?

Cavab: Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılır.

İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda isə həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Yuxarıda qeyd olunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin əməkhaqqının ödənilməsi ilə bağlı əməliyyatlar

posted in: Xəbər | 0

Əmək pensiyaları, qismən ödənişli məzuniyyət hüququ, Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,Təcrübədə işçilərin əməkhaqqının ödənilməsi əməliyyatları ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Kiçik sahibkarlıq subyekti olan “AA” MMC işçilərinin bir hissəsinə əməkhaqqı kartları sifariş verib və ödəməli olduğu 5.000 manat əməkhaqqını həmin kartlara köçürüb. İşçilərin qalan hissəsinə kartlar sifariş verilməyib və 3.000 manat əməkhaqqı həmin işçilərin banklardakı şəxsi hesablarına köçürülüb. Son vaxtlar işə qəbul edilən işçilərə isə hələ kartlar sifariş verilməyib və onların 1.500 manat əməkhaqqı nağd formada verilib.

Bundan əlavə, “AA” MMC-nin regionlarda da obyektləri var. Oradakı işçilərə də əməkhaqqı ödənilməlidir.

Burada suallar yaranır:

– “AA” MMC tərəfindən əməkhaqqının yuxarıda göstərilən qaydada ödənilməsi qanun pozuntusu hesab olunurmu?

– Regionlardakı işçilərin əməkhaqqı harada və necə ödənilməlidir?

Bu suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin 174-cü maddəsinə baxmalıyıq.

Maddə 174. Əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

Burada aydın göstərilib ki, əməkhaqqı işin işçi tərəfindən icra edildiyi yerdə ödənilməlidir. Yəni “AA” MMC regionda olan işçilərin əməkhaqqını iş yerində, regionda ödəməlidir. Əməkhaqqı işçinin öz istəyi ilə onun bank hesabına köçürülə, yaxud işçinin ərizəsində, məktubunda göstərdiyi ünvana göndərilə bilər.

Əməkhaqqı nağd formada verilməli olduqda regiondakı iş yerində verilməli, nağdsız formada verilməli olduqda isə əməliyyat nağdsız aparıldığından bank hesabına köçürülməlidir.

“AA” MMC 5.000 manatı tam qaydalara uyğun ödəyib: əməkhaqqını nağdsız qaydada, işçilərin kart hesabına köçürüb.

3.000 manatın işçilərin bank hesabına ödənildiyinə gələdikdə isə, Əmək Məcəlləsinin 174-cü maddəsində işçinin əməkhaqqının öz istəyi ilə nağdsız formada bank hesabına ödənilməsi qaydası göstərilib. Həmin qaydalara əsasən, 3.000 manat da qaydalara uyğun ödənilib.

Bəs 1.500 manatın nağd ödənilməsi düzgündürmü?

Misalımızda bildirilib ki, “AA” MMC kiçik sahibkarlıq subyektidir. Burada kiçik sahibkarlıq subyektləri üçün müəyyənləşdirilmiş meyarlar nəzərə alınmalıdır. Bundan əlavə, elə hallar ola bilər ki, müəssisə dövriyyəsinə görə deyil, işçilərin sayına görə kiçik sahibkarlıq subyekti hesab edilsin.

Ona görə də yuxarıda göstərilən halda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4.-cü maddəsinə istinad olunmalıdır. Həmin maddəyə əsasən, müəssisə bir sıra hallarda işçilərin əməkhaqqını nağd formada verə bilər.

Odur ki, 1.500 manat məbləğində əməkhaqqının nağd ödənilməsi halı ilə bağlı vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Qanunun göstərilən maddəsinə uyğun olaraq özləri konkretləşdirməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (VI hissə)

posted in: Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır?

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Mühasibat xidmətləri və konsaltinq aşağıdakı şirkətlər üçün daha bahalı olur:

  • valyuta hesablarından istifadə edənlər;
  • qeyri-pul formalarında hesablaşmalar aparanlar;
  • qiymətli kağızlarla əməliyyat aparanlar;
  • filialları olanlar;
  • beynəlxalq bazarda işləyənlər.

Mühasibat uçotu məsələləri üzrə məsləhətlərin verilməsi artıq bir şey deyildir, əksinə ştatında şəxsi mühasibi olmayan MMC-lər və fərdi sahibkarlıq xidməti ilə məşğul olan fiziki şəxslər üçün bir zərurətdir. Belə xidmətlər göstərən mütəxəssislər yüksək ixtisasa, biznesin müxtəlif sahələrindən olan müəssisələrdə  böyük iş təcrübəsinə malikdirlər, bu sahədə qanunvericiliyin spesifikasını yaxşı bilirlər. Əgər dəyərin müqayisəli təhlilini aparsaq, aydın olar ki, şirkət üçün məsləhət xidməti ştat mühasibinin maaşda saxlanmasından daha ucuzdur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 992 993 994 995 996 997 998 2. 683