Superkompüterlər nəyi hesablayırlar?

posted in: Xəbər | 0

SuperkompüterYaponiyada dünyanın ən güclü superkompüteri “Fujitsu” tam gücü ilə işə salınıb. Onun qurulmasına 2014-cü ildə başlanılıb, 2020-ci ildə isə bu işlər başa çatıb. Elə həmin vaxt o, dünyada ən güclü hesablama sistemləri reytinqində – Top500 – liderlik edir.

Güman edilir ki, “Fujitsu” ilk növbədə koronavirusun yayılması ilə bağlı vəziyyəti modelləşdirmək üçün istifadə olunacaq. Superkompüter genişmiqyaslı məlumatları emal etməlidir: virusun maska vasitəsilə nüfuz etməsi ehtimalı, bu və ya digər məhdudlaşdırıcı tədbirlərin təsiri, covid-dissidentlərin və pandemiyaya təsir göstərən təhlükə səviyyəsini anlayaraq, mənzildən çıxmaq məcburiyyətində qalanların internet məlumatlarının təhlili vasitəsilə aşkarlanması və digər amillər.

Yüksək məhsuldarlıqlı hesablamalardan çox mürəkkəb alqoitmləri tətbiq etməklə, böyük həcmli məlumatların emal olunmasında istifadə olunur. Adi kompüterlə bu cür tapşırıqların öhdəsindən gəlmək üçün həftələr və hətta illər lazım gəlir.

Superkompüter texnologiyalarının müsbət effekt verməyəcəyi təsərrüfat sahələri demək olar ki, yoxdur. Onlarsız bizim günlərdə nə tibb, nə energetika, nə də aviakosmik sahə inkişaf edə bilər. Superkompüterlərdən milli təhlükəsizliyin təmin edilməsi məqsədilə müdafiə sahəsində də istifadə olunur, buna görə də onlara qənaət etmək olmaz.

Tətbiqi.

Birincisi, bu yeni texnikanın yaradılmasıdır. Rusiyada vertolyot pərlərinin hesablamasını həyata keçirən proqramlar var. Onlar səsin generasiyasını, hava burulğanının pozulmasını, qaldırıcı qüvvəni hesablayırlar. Proqramlar var, amma, hesablama gücləri çatışmır. Superkompüter texnologiyalarının tətbiqi yeni texnika nümunələrinin ortaya çıxmasını 2-2,5 dəfə sürətləndirir.

İkincisi, yüksək məhsuldarlıqlı hesablamalar neft hasilatını 2-3% artırmağa kömək edir.

Üçüncüsü, onlar fəlakətləri və fövqəladə vəziyyətləri əvvəlcədən proqnozlaşdırmaqda, riskləri qiymətləndirməkdə kömək edir. Bu isə tez reaksiya verməyə və düzgün qərarlar qəbul etməyə yardım edir.

Riyazi modelləşdirmə olmadan, atom sənayesinin inkişafı artıq mümkün deyil, çünki bu, əsasən mürəkkəb hesablamalara əsaslanır. Daha nələri demək olar: riyazi hesablamalar rəqəmsal iqtisadiyyatın bir hissəsinə çevrilir. Superkompüterlərin köməyi ilə biz müxtəlif prosesləri modelləşdirə bilərik: məsələn, böyük bir ölkədə nəqliyyat axınlarının ən yaxşı şəkildə təşkili. Hətta hər bir vətəndaşın optimal menyusunu seçməklə, onları qidalandırmağa qədər!

Bu, müasir nutrisiologiyanın – qidalanma elminin vəzifələrindən biridir. Obyektiv qiymətləndirməni çıxarmaq üçün bir çox amillər nəzərə alınmalıdır: yaş, cins, gəlir səviyyəsi, fiziki aktivlik, yaşayış bölgəsi, milli xüsusiyyətlər, xroniki xəstəliklər və s. Bütün bunlar hesablama sisteminə qoyulur və o, ölkənin hər bir vətəndaşı üçün bir il əvvəldən optimal qidalanma üzrə tövsiyələr verəcəkdir. Bu hesablamalar dietoloq-mütəxəssislərə təkcə ən səmərəli menyunu tərtib etməyə kömək etmir, həm də sənaye və kənd təsərrüfatı üçün sorğu da hazırlayır: nəyi və hansı həcmdə istehsal etmək lazımdır. Beləliklə, bu sahələr də faydalanacaqdır.

Tibb sahəsində də geniş tətbiq olunur. Buraya infeksiyaların yayılmasının proqnozlaşdırılması və yeni dərmanların modelləşdirilməsi daxildir. Superkompüter molekulların milyonlarla variantını nəzərdən keçirir və onun əsasında ən effektiv birini seçir və dərmanı hazırlayırlar.

Gec və ya tez superkompüter texnologiyaları zəlzələləri yüksək dəqiqliklə proqnozlaşdıra biləcək. Hətta gələcək seysmik hadisənin konkret yeri və vaxtına qədər bilmək olacaq. Digər bir tətbiq sahəsi iqlim proseslərinin modelləşdirilməsidir. Burada əsas komponentlər atmosfer və okeandır. Onların dinamikası çox mürəkkəb tənliklərlə təsvir olunur, lakin, superkompüter onları emal etmək və neçə illərdən sonra planetdəki iqlimin  necə olacağını proqnozlaşdırmağa qadirdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank daşınmaz əmlak təminatlı kreditin faiz dərəcəsini endirdi!

posted in: Xəbər | 0

Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt kimi əmlakları girov qoymaqla Kapital Bank-dan 70 000 manatadək kredit almaq mümkündür.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər. Maksimum 7 il müddətinə verilən kreditin minimal məbləği 20 000 manatdan, illik faiz dərəcəsinə isə güzəşt edilərək 18%-dən başlayır.

Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0

qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,“Barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir. Barter zamanı yaranan vergi öhdəlikləri ilə bağlı məsələləri “BSC Consulting & Outsourcing Company” şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova şərh edirlər.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Bu bənd, məzmunundan da göründüyü kimi, məhz barter əməliyyatlarını nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.1-ci maddəsində nəzərdə tutulur ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada mühüm nüanslardan biri odur ki, əvəzləşmədə malların (işlərin və ya xidmətlərin) bazar dəyəri əsas götürülür.

Misal: Tutaq ki, “X” MMC “Y” MMC-yə maya dəyəri 500 manat olan malları EQHF əsasında (500+90 (18% ƏDV) satır və tərəflər arasında qarşılıqlı razılığa əsasən, “Y” MMC “X” MMC-yə pul vəsaiti ödəməyəcək, bunun əvəzinə onun üçün işlər görəcək. Belə görünə bilər ki, bu situasiyada vergiyə cəlb olunan əməliyyatın dəyəri beş yüz manatdır. Lakin əslində reallıq başqa cürdür: burada “Y” MMC-nin təqdim etdiyi işlərin dəyəri müvafiq vergi orqanı tərəfindən araşdırılmalıdır. “Y” MMC həmin işlərin təqdim edilməsi zamanı faktiki pul vəsaiti olmadığı və həmçinin “X” MMC-dən aldığı mallar onun sahibkarlıq fəaliyyəti üçün vacib olduğuna görə, böyük ehtimalla, görəcəyi işləri xeyli aşağı qiymətə barterlə vermişdir. Normal halda həmin işlərin bazar dəyərini 1500 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 500 manat yox, 1500 manat olmalıdır. Odur ki, bu cür hallarda vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.

Çünki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.13-cü maddəsində göstərilir ki, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətlərini nəzərə almaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Barter əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi məsələsinə diqqət yetirək. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

Bəndin məzmunundan da göründüyü kimi, malların (işlərin və ya xidmətlərin) barter edildiyi an həmin əməliyyat ƏDV-siz dəyərinin qarşı tərəfin bank hesabına ödənilməsinə bərabər tutulur. Yəni barter əməliyyatı aparıldıqda artıq ödəniş (əsas məbləğ) həyata keçirilmiş sayılır, ƏDV məbləği ƏDV-nin depozit hesabından ödənildikdən sonra əvəzləşdirilmə əməliyyatı aparıla bilər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat “Outsourcing”inin müsbət və mənfi cəhətləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat “Outsourcing”i – bu xüsusiləşdirilmiş elə kənar şirkətdir ki, mühasibat uçotunun təşkili, aparılması, eləcə də nəzarətedici orqanlara (vergi və mühasibat) hesabatların hazırlanması funksiyalarını öz üzərinə götürür.

İndiki dövrdə təşkilatlar eləcə də daxili auditin aparılmasını da “outsourcer”ə tapşırırlar. Bu nümunədə mühasibat “outsourcing”inin müsbətlərinə və mənfilərinə nəzər yetirəcəyik.

Müsbətlər sırasında aşağıdakıları qeyd etmək olar:

  • Bütün bilik və bacarıqların cəmi. Böyük bir şirkətdə, bu və ya digər vəziyyət yarandıqda, onun həllinə cəlb edilən fərqli ixtisaslaşma sahələri üzrə bir neçə işçi olur.
  • Mühasibat uçotu sahəsində peşəkar bilik və bacarıqların mövcudluğu. Sözügedən fəaliyyət sahəsində illərlə məşğul olduğundan, auditor bu məsələ ilə bağlı əhəmiyyətli məlumat bazasına malik olur.
  • Təkrarlanan xərclər. Şirkət auditor xidməti ilə bağlı xərcləri dövri olaraq, yalnız yoxlamaların keçirildiyi dövrdə ödəyir ki, bu da auditə çəkilən məsrəfləri xeyli aşağı salır.
  • Operativlik və əlçatanlılıq. Xaricdə işlər olduqda, şirkət öz əməkdaşlarını buna cəlb etmədən, ora da auditorlar göndərə bilər.
  • Ezamiyyə ilə bağlı qənaətlər. Yoxlama zamanı iri şirkətin regional şöbələrinin əməkdaşlarının xidmətindən də yararlanmaq olar ki, bu da əməkdaşların ezamiyyə xərclərinin xeyli qənaətinə gətirib çıxarır.
  • Muzdla işçi tutulması və əməkdaşların təhsili ilə əlaqəli xərclərin azalması.


Həmçinin onu da qeyd etmək lazımdır ki, kənar təşkilatın xidmətlərindən istifadə olunmasının özünün də mənfi tərəfləri yox deyil:

  1. Xidmətin ödəniş həcmi. Bu, ola bilsin ki, daxili audit üçün kənardan şirkətin cəlb olunmasının başlıca mənfi tərəfidir – yəni, bu xidmətə görə ödəniş məbləği elə də az deyil. Yalnız o fakt qənaətbəxşdir ki, həmin məsrəflər daimi olmur, hər dəfə üçün ödənilir.
  2. Peşəkar təcrübə. Bəzən auditor şirkətləri yoxlamaya elə də yüksək səviyyəli və təcrübəli mütəxəssisləri cəlb etmirlər.
  3. Audit yoxlaması zamanı yol verilən səhvə görə məsuliyyəti onu aparan konkret əməkdaş deyil, yalnız rəhbərlik (əgər, məhkəmədə həmin faktı təsdiq etmək mümkün olarsa) daşıyır.
Göründüyü kimi, mühasibat “outsourcing”inin çatışmazlıqları, onun üstünlüklərindən xeyli azdır. Elə bu faktın özü həmin fəaliyyət növünün populyarlığını izah edir.

Ayrıca qeyd etmək lazımdır ki, hüquqi şəxslərə mühasibat xidməti göstərən şirkətin xidmətindən istifadə zamanı mühasibat uçotu üçün lazım olan müxtəlif təminat proqramları almaq və onları yeniləmək, mühasibatlıqla bağlı qanunvericilikdə baş verən yenilikləri izləmək zərurəti də aradan qalxır. Elə bunun özü də təşkilatın büdcəsindən az pul aparmır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 993 994 995 996 997 998 999 2. 705