İşçilərlə hesablaşmalar
Müəssisələr yalnız təsisçilərdən ibarət deyil. Onlar öz məqsədlərinə çatmaq üçün işçilər cəlb edilməlidir. Təşkilatların rəhbər şəxsləri (direktor, menecerlər, mühasibat işçkiləri və s.) də əmək müqaviləsi əsasında çalışan işçilərdir. Özlüyündə işçinin işə qəbul edilməsi hansısa müxabirləşmə tələb etməyən əməliyyatdır. Amma ayın sonunda işçilərə əməkhaqqı cədvəllərinin hazırlanması, onlara məzuniyyət və onun müxtəlif növlərinin ödənilməsi, əmək qabiliyyətinin itirilməsi ilə bağlı sosial müavinətlərin təyini mühasibat müxabirləşmələrinin verilməsin tələb edir. Çünki belə əməliyyatlar maliyyə axını ilə nəticələnən əməliyyatlar hesab edilir.
İşçilərlə hesablaşmaların ən çox rast gəlinən forması əməkhaqqının hesablanması, köçürülməsi əməliyyatlarıdır.
Əməkhaqqı üzrə xərclərin tərkibinə:
- aylıq taarif (vəzifə) maaşı;
- birdəfəlik mükafatlar;
- əmək şəraitindən asılı olaraq vəzifə maaşına edilən əlavələr daxildir.
Əməkhaqqı üzrə hesablaşmalar
Əməkhaqqı əməkdaşın aylıq vəzifə maaşına, hansısa əlavələr, mükafatlar, bonuslar da daxil olunmaqla hesablanan məbləğdir. Əməkhaqqı müxabirləşmələri verilən zaman qısamüddətli öhdəliklər və xərc hesablarından istifadə edilir. Biz istehsal məsrəfləri, maya dəyəri və xərc anlayışı mövzusundan artıq bilirik ki, istehsal binasında çalışan işçilərin əməkhaqları, məhsulun maya dəyərinin üzərinə gəlir.
İşçilərlə əməkhaqqı üzrə hesablaşmalarda əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi zəruridir. Odur ki, mühasib qanunvericilik üzrə biliklərə malik olmalıdır.
Əməkhaqqı köçürülən zaman Azərbaycan Respublikasının nağdsız hesablaşmalar haqqında qanununun normalarına diqqət edilməlidir. Belə ki, bəzi fəaliyyət sahələrində çalışan işçilərin əməkhaqları mütləq nağd formada ödənilməlidir. Maaşların verilməsi nağd formada olarsa təşkilatın kassa hesabına, nağdsız olarsa bank hesabına kredit yazılışı verilməlidir.
Maaşlar nağd verilərsə “Əməkhaqqı ödəniş cədvəli” tərtib edilir. Cədvəl xəzinədar tərəfindən işçilərə imzaladıldıqdan sonra (pulun alınması barədə) mühasibatlığa verilməlidir. Maaşların kartla verildiyi hallarda sözügedən cədvələ ehtiyac yaranmır.
Hesablaşmalar zamanı istifadə edilən sənədlər
Ümumiyyətlə işcilələrlə hesablaşmalar zamanı “Əməkhaqqı ödəniş cədvəli” ilə yanaşı “Əməkhaqqı cədvəli”, “Tabel” kimi sənədlər də tərtib edilir. “Tabel” firmanın insan resursları şöbəsinin əməkdaşları tərəfindən “İşə davamiyyət cədvəli” əsasında tutulur. Mühasibat şöbəsi “Tabel” əsasında “Əməkhaqqı cədvəli”-ni tərtib edir. Hər iki sənəd qurumun rəhbərliyi tərəfindən imzalanmalıdır.
Əməkhaqqı ödənişi üzrə digər tələblər
Hal-hazırda əmək haqqlarının “işəmuzd” və “vaxtamuzd” formalardan birilə hesablanması həyata keçirilir.
Əməkhaqının hesablanması zamanı qanunvericiliklə müəyyən edilmiş məcburi tutulmalardır. Mühasibat işliləri onların tutulmasına, dövlət büdcəsinə köçürülməsinə ciddi riayət etməlidir.
İşçilərlə hesablaşmalar zamanı, habelə maaşların, müavinətlərin ödənilməsi üzrə müddətlərə, minimum aylıq əməkhaqqı ilə bağlı tələblərə riayət edilməsi mühümdür.
Əmək Məcəlləsinin 155.6 maddəsinə görə “Minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Əməkhaqqı kartları ilə ödənişlər
Hazırkı dövrdə qanunvericiliyin tələbindən asılı olmayaraq əksər müəssisələr işçilərə əməkhaqlarını nağdsız formada verməyə çalışır. Belə ki, həmin format mühasibat kargüzarlığını, işçilərlə təması azaldır, həmçinin şəffaflığı təmin edir.
Bir qayda olaraq müəssisələr, daha keyfiyyətli xidmət təklif edən banklarda bank hesabı açır, işçilər üçün əməkhaqqı kartları sifariş edir. Ödənilmiş kartların dəyəri gəlirdən çıxılır. Kartlar həmin fiziki şəxslərin adına açılmış olur.
Əməkhaqqı ödənişlərinin uçotu
Müəssisələrdə əməkdaşlarla əməyin ödənişi üzrə hesablaşmaların uçotu üçün 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” adlı hesabdan istifadə edilir. Bu zaman hər bir işçi üçün subhesab da açıla bilər.
Bu hesab hesablar planının 53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir.
Hər bir işçiyə ödənişlər ona verilmiş avans məbləğlər, borc məbləğləri, eləcə də hansısa səbəbdən əməkhaqqından tutulmalı olan məbləğlər, məzuniyyət pulları və s. nəzərə alındıqdan sonra verilir.