502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə uçot qaydaları və praktiki yanaşmalar

posted in: Xəbər | 0

İşçilər üçün bank kreditlərinin təsnifatı

Müəssisələrin sosial siyasətinin bir hissəsi kimi əməkdaşlara bank kreditlərinin verilməsi halları geniş yayılıb. Bu proses zamanı müəssisə birbaşa kredit alınması zamanı zəmanət verə yaxud vasitəçilik edərək prosesi tezləşdirə bilər. Əgər kreditin geri ödəniş müddəti bir ildən azdırsa, bu kredit 502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabında uçota alınır. Bu hesab işçi borclarının cari öhdəliklər kimi düzgün tanınması və maliyyə hesabatlarında şəffaf əks olunması üçün istifadə edilir.

İşçilər üçün kreditləri ödəniş müddəti 12 ayda çox da ola bilər, belə kreditlər uzunmüddətli kimi xarakterizə olunur. Belliklə, işçilər üçün bank kreditləri müddətinə görə aşağıdakı kimi təsnifat edilə bilər:

  • qısamüddətli kreditlər;
  • uzunmüddətli kreditlər.

Bu məqalədə işçilər üçün qısamüddətli bank kreditlərin 502 saylı hesabda uçot qaydaları və praktiki tətbiq nümunələri təqdim olunur.

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabı isə əməkdaşlar üçün alınmış uzunmüddətli bank kreditlərinin uçotu üçün nəzərdə tutulub.

Mühasibat xidmətləri

502 saylı hesabın tətbiqi üzrə tövsiyələr

502 saylı hesab müəssisənin qısamüddətli borc öhdəliklərini  uçota alan hesablardan biridir və passiv hesabdır. Bu hesabda əməkdaşlar üçün təşkil edilmiş (məsələn, nisyə (kreditlə) satılan mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər) bir il və ya daha az müddətə bank kreditləri uçota alınır.

502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı müəssisənin cari öhdəliklərini və işçilərlə maliyyə münasibətlərini izləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hesabdan istifadə zamanı aşağıdakılara diqqət etmək tövsiyyə olunur:

  • kreditin müddəti bir ildən çox olmamalıdır
  • əməkhaqqıdan tutulmalar düzgün sənədləşdirilməlidir
  • faizlər ayrılıqda qeyd olunmalı və tanınmalıdır
  • hesabat dövrləri ərzində borc qalıqları düzgün təqdim olunmalıdır

Kreditin geri ödəniş müddəti keçdikdən sonra borc bağlanmalı, faizlər isə dövr üzrə ayrıca izlənməlidir.

Qısamüddətli bank kreditlərinin uçotu prinsipləri

İşçilərə verilən kreditlərin uçotu zamanı aşağıdakı mərhələlər izlənməlidir:

  1. Kreditin rəsmiləşdirilməsi: kredit müqaviləsinin hüquqi şərtləri – məbləğ, müddət, faiz dərəcəsi, ödəniş qrafiki və əməkhaqqıdan tutulma mexanizmi müəyyən edilir.
  2. Kreditin ödənilməsi: kredit bankdan birbaşa işçiyə və ya müəssisəyə köçürülə bilər. Əgər müəssisə vasitəçidirsə, müəssisə banka borclu olur. Bu zaman həm kredit təşkilatına borc, həm də işçiyə qarşı bu borca görə tələb uçota alınır.
  3. Faizlərin hesablanması və tutulması: Faizlər müvafiq dövr üzrə xərclər kimi tanınır və tutulmalarla bərabər silinir.
  4. Əməkhaqqıdan tutulma: Kreditin əsas məbləği və faiz hissəsi əməkhaqqıdan ayırmalarla geri qaytarılır. Bu zaman 213 və 502 saylı hesablar arasında müxabirləşmələr yaranır.

Bu qaydalar işçilər üçün uzunmüddətli bank kreditləri üçün də keçərlidir (bu zaman 173 və 402 saylı hesablar arasında müxabirləşmə aparılır). Müəssisənin işçi ilə bağlı öhdəliklərini, həm də əməkhaqqıdan tutulma əməliyyatlarını düzgün uçota almaq üçün onları düzgün təsnifat etmək vacibdir. Bu zaman müddət meyarı bu iki hesabı ayıran əsas göstəricidir.

502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə tənzimləmələr

İşçilər üçün alınan qısamüddətli kreditlərin mühasibat uçotu üzrə tənzimləmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. 502 saylı hesab həmin qaydalarla müəyyən edilmiş hesablar planının “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” adlı 50-cı maddəsinə aid olan hesablardan biridir. Digər hesablar bunlardır:

Hesab üzrə verilən müxabirləşmələr tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 40.20-40.24 bəndləri üzrə tənzimlənir.

402 saylı hesab üzrə uçot qeydləri

Əməliyyatın məzmunu Debit Kredit
İşçilər üçün uzunmüddətli bank kreditləri əldə edildikdə (bənd 40.20) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 502 saylı hesab
Uzunmüddətli bank kreditləri kimi təsnifləşdirildikdə (bənd 40.20) 502 saylı hesab 402 saylı hesab
İşçilər üçün qısamüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 40.21) 502 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
İşçilər üçün uzunmüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 40.21) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 502-saylı hesab
Qısamüddətli borclar ödənildikdə (bənd 40.22) 502 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
İşçilər üçün uzunmüddətli bank kreditlərinin üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 40.23) 502 saylı hesab Uzun və qısamüddətli debitor borcları maddələrinin uyğun hesabları, Sair qısamüddətli aktivlər bölməsini 243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 -“Digər qısamüddətli öhdəliklər” hesabları
Qısamüddətli borcların bağışlanılması və silinməsi (bənd 40.24) 502-saylı hesab 631-5: “Digər maliyyə gəlirləri”

Praktik nümunə

“ABC” MMC 01.01.2024 tarixində əməkdaşına 12 aylıq 3000 AZN məbləğində bank krediti təşkil edir. Kredit bank vasitəsilə verilir, hər ay 250 AZN əsas məbləğ və 20 AZN faiz ödənir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Kreditin alınması

 

223: “Bank hesablaşma hesabları” 502: “İşçilər üçün qısamüddətli bank kreditləri” 3000.00
Kreditin əsas məbləğinin işçiyə təqdim edilməsi 213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları” 223: “Bank hesablaşma hesabları” 3000.00

 

Kreditin hesablanmış faizi işçinin borcu kimi uçota alınır 213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları” 537 – “Faizlər üzrə qısamüddətli kreditor borc” 250.00
Hər ayın sonunda işçinin əməkhaqqıdan kredit borcu və faiz tutulur 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borclar”  213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları”  270.00
Əməkhaqqıdan tutulmuş kredit məbləği banka ödənir 502: “İşçilər üçün qısamüddətli bank kreditləri” 223: “Bank hesablaşma hesabları” 250.00
Əməkhaqqıdan tutulmuş kredit faizi banka ödənir 537 – “Faizlər üzrə qısamüddətli kreditor borc” 223: “Bank hesablaşma hesabları” 20.00

 

Əməkhaqqıdan aylıq kredit borcu və faizlər hər ay tutularaq yuxarıdakı qaydada mühasibat yazılışları verilir

Sonda qeyd edək ki, audit və maliyyə hesabatlarında şəffaflıq təmin etmək üçün 502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə əməliyyatların ardıcıl və sənədlərlə əsaslandırılmış şəkildə aparılması tövsiyə olunur.