406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk, mükafatların ötürülməsini təmin edən icarə növünə maliyyə icarəsi deyilir. Maliyyə icarəsi şəklində alınan torpaq, tikili və avadanlıqlar 406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabında öz əksini tapır. Bu zaman sonda mülkiyyət hüququ icarəçiyə keçə də bilər,  keçməyə də bilər.

406-saylı hesab Hesablar Planının (“Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”) daxil olan hesablardan biridir. Bu bölməyə aşağıdakı hesablarda daxildir:

  • 401-ci hesab: “Uzunmüddətli bank kreditləri”;
  • 402 –ci hesab: “İşçilər üçün uzunmüddətli bank kreditləri”;
  • 403 –cü hesab: “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”;
  • 404 –cü hesab: “Uzunmüddətli borclar”;
  • 405 – ci hesab: “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)”;
  • 406 –cı hesab: “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”;
  • 407- ci hesab: “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • 408 –ci hesab: “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”.

Hesablar üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabı üzrə uçot

Öhdəlik hesabı olan 406 №li “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabında mühasibat uçotu subyektinin maliyyə icarəsi nəticəsində yaranan bütün uzunmüddətli öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat xidmətləri

Mühasibat uçotu subyekti aktivləri maliyyə icarəsi ilə əldə etdikdə yaranan hallar sözügedən qaydaların 34.28-ci bəndi, bu növ öhdəliklər qısamüddətli öhdəliklər kimi təsnifləşdirildikdə mümkün hallar isə yuxarıda qeyd edilən qaydaların 34.29-cu bəndinə əsasən nizamlanır.

Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda yaranan hallar üzrə mühasibat yazılışları həmin qaydaların 34.30-cu bəndinə uyğun aparılır.

Belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə baş verə biləcək mümkün hallara qaydaların 34.31-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı baş verə biləcək mümkün hallara isə 34.32-ci bəndi tətbiq olunur.

Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər hesabı ilə bağlı müxabirləşmə nümunələri

 Nümunə 1: A” MMC 250000 manatlıq Əsas vəsaitin maliyyə icarəsilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “A” MMC Əsas vəsaitə olan borcunu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda Əsas vəsaitə görə  162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Burada, birinci ildə ödəniləcək faiz borcu qısamüddətli öhdəliklərə aid edilir. İkinci ildə ödəniləcək faiz borcu isə uzunmüddətli öhdəliklərə aid edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 162500.00
2 İlk ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
3 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
4 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 43750.00
5 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
6 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
7 Maliyyə icarəsi üzrə ilk ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
8 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

2-ci il görülən əməliyyatlar aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 43750.00
4 Maliyyə icarəsi üzrə ikinci ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ikinci ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

Nümunə 2:  “A” MMC digər “F” MMC-dən dəyəri 360000 manatlıq binanı investisiya mülkiyyəti kimi istifadə etmək üçün maliyyə icarəsi ilə əldə etmişdir. Bu zaman 2500 manat məbləğində dolayı məsrəflər uçota alınmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə əldə edildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 360000.00
2 İnvestisiya mülkiyyəti əldə edilərkən hər hansı dolayı məsrəflər qeydə alındıqda 121 – İnvestisiya mülkiyyətinin dəyəri 538 – Digər qısamüddətli kreditor borcları 2500.00

Nümunə 3: “A” MMC  25000 manatlıq nəqliyyat vasitəsinin maliyyə icarəsilə əlaqədar olaraq “B” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 1 ildir. Razılığa əsasən 1-ci ilin sonunda nəqliyyat vasitəsinə görə 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 16250.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 8750.00

Tərəflər arasında qarşılıqlı razılığa əsasən icarə müddəti uzadılaraq 2 il təyin edilmişdir. Yeni şərtə əsasən, 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir. Yuxarıdakı müxabirləşmələri nəzərə alaraq 1-ci il üçün düzəlişləri edək:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Növbəti ilə aid edilən icarə haqqı qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 8125.00
2 Növbəti ilin faiz borcları qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 4375.00
3 Əvvəl qısamüddətli faiz borcları kimi qeydə alınan faizlərə düzəliş edildikdə 191 – Gələcək hesabat dövrlərinin xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4375.00

1-ci ilin ödənişləri həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8125.00
2 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4375.00
3 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4575.00

2-ci ilin uçotu, ödənişləri aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri
4 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları
5 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları
6 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri

Maliyyə icarəsi barədə daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı üzrə uçot