Mühasibat uçotunun təşəkkülü və inkişafı (9-cu hissə)

birbank biznes

Mühasibat uçotuMühasibat uçotu məlumatlarının istifadəçiləri informasiyaların müxtəlif növlərinə ehtiyac duyurlar. Birilərinə daxil olan gəlirlərin, digərlərinə isə xərclərin məbləği barədə məlumatlar lazım olur. İstifadəçilərin bu rəngarəng məlumat tələbatlarını mühasibat uçotunun müxtəlif növləri təmin edir.

Mühasibat uçotu üç əsas növə ayrılır: maliyyə, idarəetmə və vergi.

Maliyyə uçotu özlüyündə təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə mühasibat uçotu məlumatları sisteminin formalaşdırılmasıdır. Sözügedən informasiya ilk növbədə  kənar istifadəçilərə lazımdır. Bu onunla izah olunur ki, səhmdarlar, kredit verənlər, vergi və statistika orqanları, kommersiya bankları, işgüzar partnyorlar və b. təşkilatın bu və ya digər təsərrüfat fəaliyyəti dövründə hansı ölçüdə gəlir əldə etdiyini öyrənmək istəyirlər, daha dəqiqi, – təşkilatın gəlirlərindən həmin istifadəçiyə istiqamətləndiriləcək gəliri bilmək istəyirlər. Səhm sahibləri öz sərmayələrinin kapital qoyuluşlarında dəyərini və səhmlərdən əldə edəcəkləri gəliri öyrənməyə can atırlar. Kreditorlar və sərmayə sahiblərini daha çox bu və ya digər şirkətin üzərinə götürdüyü öhdəliklərə yerinə yetirmək qabiliyyəti ilə bağlı məlumatlar maraqlandırır. Vergi orqanları isə hər bir müəssisədən vergi daxilolmalarını təmin etməlidirlər.

Həmçinin bax: “Mühasibat uçotu” termininin müəyyən edilməsi

Maliyyə hesabatının məqsədi, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqda səhih məlumatlar toplamaq, onun əmlakı və maliyyə vəziyyəti, pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə mənbələri barədə etibarlı məlumatların formalaşdırılmasıdır. Bu tip mühasibat uçotu üçün ümumi qəbul edilmiş mühasibat prinsipləri, pul vahidlərinin ölçülməsinin tipik uyğunluğuna xarakterikdir. Uçotun aparılması məcburi qaydada baş verir və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə ciddi şəkildə tənzimlənir. Maliyyə hesabatı təşkilatın fəaliyyətinin ən ümumi göstəricilərini təşkil edir. Maliyyə, mühasibat uçotu sistemi tərəfindən yaradılan məlumatlar, bir qayda olaraq, kommersiya sirri hesab olunmur.  Bir sıra mövcud təşkilatların qanunvericiliyə uyğun maliyyə uçotu ilə bağlı yekun məlumatları dərc etmək öhdəliyinin olması da, bunu bir daha fakt kimi təsdiqləyir.Maliyyə hesabatlarının istifadəçilərə təqdim olunması, onu tərkibi, məzmunu və şərtləri müvafiq qanunvericiliklə və normativ aktlarla müəyyən edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İdarəetmə uçotu, idarəetmə ehtiyacları üçün lazım olan uçot məlumatlarının toplanması, emalı və təmin edilməsi üçün bir sistemdir. İdarəetmə uçotunun məqsədi təşkilatda informasiya sisteminin yaradılması və dəstəklənməsidir. Nəticə etibarilə, idarəetmə uçotunun əsas vəzifəsi  istehsal prosesinin təkmilləşdirilməsindən ötrü lazım olan qərarların qəbulu ilə bağlı lazımi məlumatların toplanılması və bununla idarəetmə prosesinin özünün optimallaşdırılmasıdır.

Həmçinin bax: Uçot siyasətinin formalaşdırılması

İdarəetmə uçotunun tərkibinin əhəmiyyətli hissəsini uçot və təhlil xərcləri (maya dəyəri) təşkil edir. Əvvəldə qeyd olunduğu kimi, idarəetmə uçotu iqtisadi subyektlərin rəhbərliyindən ötrü məlumatların hazırlanması ilə əlaqəlidir. Təşkilat rəhbərlərini, həmçinin müxtəlif idarəetmə səviyyələrində menecerləri, hər şeydən əvvəl optimallaşdırma məqsədilə istifadə olunacaq xərclərin miqdarı barədə məlumatlar maraqlandırır. Bu məlumatlar qərarların qəbulu, planlaşdırma və proqnozlaşdırma zamanı onlardan ötrü çox vacibdir. İdarəetmə uçotunun sözügedən məlumatları kommersiya sirri daşıyır və açıqlanmamalıdır. İdarəetmə uçotu ilə bağlı məlumatlar, maliyyə uçotu ilə bağlı olandan daha ətraflı, müntəzəm, dəqiq və gələcəyə hesablanmış şəkildə olmalıdır.

Məqalənin 8-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email