Torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanması metodları

posted in: Xəbər | 0
birbank biznes

Amortizasiyanın hesablanması metodları

Aktivlərin, o cümlədən torpaq, tikili və avadanlıqların amortizasiyası hesablanarkən aşağıdakı metodlardan biri tətbiq edilə bilər:

  • bərabər hesablama (düz xətt) metodu;
  • azalan qalıq metodu;
  • istehsalat vahidi metodu.

Müəssisənin seçdiyi metod aktivdən istifadə zamanı gözlənilən gələcək iqtisadi səmərənin hesablanılması sxemini daha dəqiq təsvir edir. Seçilən metod dövrdən dövrə ardıcıl tətbiq olunur. Bu zaman gələcək iqtisadi faydanın istehlakının hesablanılması sxemində dəyişikliklərin baş verməsi halları istisna təşkil edir.

Düz xətt metodu

Düz xətt metodunda, əgər aktivin ləğvetmə dəyəri dəyişikliyə uğramırsa, amortizasiya məbləği aktivin faydalı istifadə müddəti ərzində hesablanılır. Bu zaman aktivin amortizasiya dəyəri əsas kimi götürülür.

Nümunə 1. Avtomobilin maya dəyəri 41000 manat təşkil edir. Müəssisə avtomobilin faydalı istifadə müddətini 5 il  nəzərdə tutulub. Nəqliyyat vasitəsinin ləğvetmə dəyəri 3000 manatdır. Amortizasiyanın bərabər hesablama (düz xətt) metodu ilə hesablanması qaydası aşağıdakı analitik cədvəldə verilmişdir (cədvəl 1):

Cədvəl 1. Bərabər hesablama (düz xətt) metodu ilə amortizasiyanın hesablanılması, manatla

İl Amortizasiya olunan dəyər Təqtbiq edilən amortizasiya norması Amortizasiyanın illik məbləği Yığılmış amortizasiya
1-ci 38000 20 7600 7600
2-ci 38000 20 7600 15200
3-cü 38000 20 7600 22800
4-cü 38000 20 7600 30400
5-ci 38000 20 7600 38000

Azalan qalıq metodu

Azalan qalıq metodu amortizasiyanın hesablanılan məbləğinin aktivin faydalı istifadə müddəti ərzində azalmasını nəzərdə tutur. Amortizasiya ayırmalarının məbləği aktivin hesabat ilinin əvvəlinə qalıq dəyərindən və amortizasiya normasından asılı olaraq müəyyənləşdirilir. Amortizasiya ayırmaları norması sürətlənmə əmsalını artırır.

Amortizasiya hesablanılmasının belə bir metodu yüksək texnologiyalı sahələrdə tətbiq olunur.

Nümunə 2. Avtomobilin maya dəyəri 41000 manata bərabərdir. Müəssisə avtomobilin faydalı istifadə müddətini 5 ilə nəzərdə tutmuşdur. Sürətləndirmə əmsalı ikiyə bərabərdir. Avtomobilin ləğvetmə dəyəri 3000 manat təşkil edir. Azalan qalıq metodu əsasında aktivlərə amortizasiya hesablanılması qaydası aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2):

Cədvəl 2 . Azalan qalıq metodu ilə amortizasiyanın hesablanılması, manatla

İl İlin əvvəlinə qalıq dəyəri Tətbiq edilən amortizasiya norması, % Amortizasiyanın illik məbləği, Yığılmış amortizasiya
1-ci 41000 40 16400 16400
2-ci 24600 40 9840 26240
3-cü 14760 40 5904 32144
4-cü 8856 40 3542.4 35686.4
5-ci 5313.6 2313.6 38000

 

İstehsalat vahidi metodu

İstehsalat vahidi metodu qaydasında amortizasiya məbləğinin hesablanılması aktivin ehtimal olunan istifadəsindən yaxud aktivin ehtimal olunan məhsuldarlığından asılı olaraq həyata keçirilir.

Nümunə 3. Avtomobilin maya dəyəri 55000 manat həcmindədir. Onun ləğvetmə dəyəri 7000 manata bərabərdir. Müəssisə belə güman edir ki, avtomobilin bütün istifadəsi ərzində ümumi yurüşü 400000 km. olacaq. Bir kilometrinə düşən amortizasiya dəyəri 0,12 manat təşkil edir. İstehsalat vahidi metodu üzrə amortizasiyanın hesablanılması aşağıdakı cədvəldə göstərilmişdir (cədvəl 3):

Cədvəl 3. İstehsalat vahidi metodu üzrə amortizasiyanın hesablanması

İl 1 km-ə düşən amortizasiya dəyəri, man Faktiki yürüş İllik amortizasiya məbləği, man Yığılmış amortizasiya, man
1-ci 0.12 70000 8400 8400
2-ci 0.12 95000 11400 19800
3-cü 0.12 80000 9600 29400
4-cü 0.12 100000 12000 41400
5-ci 0.12 55000 6600 48000

Ən azı hər bir maliyyə ilinin sonunda seçilmiş amortizasiya metoduna yenidən baxılmalıdır. Aktivin istifadəsindən gözlənilən gələcək iqtisadi faydanın həcmində dəyişikliklər əhəmiyyətli olarsa, istifadə edilən metod bu dəyişikliyi əks etdirmək baxımından hökmən müvafiq düzəlişə məruz qalmalıdır. Belə bir dəyişiklik IAS 8 “Uçot siyasəti, hesablaşma qiymətlərində və səhvlərdəki dəyişikliklər” adlı Beynəlxalq standarta uyğun olaraq uçot və hesabatda öz əksini tapmalıdır.

Xitam prosesində son haqq hesabın hesablanma qaydası

Print Friendly, PDF & Email