Xitam prosesində son haqq hesabın hesablanma qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsi

Müəssisə və təşkilatlarda işçi və işçi arasında bağlanmış əmək müqaviləsixitam verilməsi işəgötürənin əmri ilə rəsmiləşdirilir. Əmrdə müqavilənin ləğv edilməsinin hüquqi əsasları, xitamın tarixi, işçiyə ödənişlər mütləq öz əksini tapmalıdır. İşəgötürən əmrin surətini işçiyə təqdim etməlidir. Əmək müqaviləsinə xitam verildiyi gün işçinin son iş günü hesab olunur və əmək qanunvericiliyinə uyğun olaraq ona aşağıdakı sənədlər təqdim edilir (AR Əmək Məcəlləsi 83):

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası;
  • hesablanmış son haqq-hesab.

İşdən çıxarılma ilə əlaqədar işçiyə ödənilməli olan bütün məbləğlər işdən çıxarıldığı gün ödənilir. “Bütün ödənişlər” dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • xitam tarixinə qədər faktiki işlənmiş günlər üçün əməkhaqqı;
  • istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası;
  • qanunda və yerli normativ hüquqi aktlarda nəzərdə tutulmuş işdənçıxarma müavinəti ödənilir.

Əmək müqaviləsinə xitam verildiyi tarixədək faktiki işlənmiş günlər üçün əməkhaqqı müqavilənin ləğv edilmə əsaslarından asılı olmayaraq ödənilir.

Faktiki işlənmiş günlər üçün əməkhaqqı

Faktiki işlədiyi günlərə görə əməkhaqqının hesablanması qaydasına aşağıdakı nümunədə baxaq:

Nümunə 1: “ABC” MMC – də çalışan işçi 21 avqust 2023-cü il tarixində öz xahişi ilə işdən çıxmaq üçün müraciət edib. Həmin işçiyə çalışdığı ayların hər biri üçün 600 manat əməkhaqqı hesablanılıb. İşlədiyi günlər üçün orta əməkhaqqı aşağıdakı kimi hesablanacaq.
1. 2023-cü il üçün istehsalat təqvimində avqust ayı üçün 23 iş günü müəyyənləşib. Avqust atında işçinin faktiki iş günlərinin sayı 14-dür.
2. Əmək müqaviləsinə xitam verildiyi tarixədək faktiki işlənmiş günlər üçün əməkhaqqı: (600 / 23 gün ) x 14 gün = 365.23 manat.
3. Hesablanmış əməkhaqqıdan müvafiq tutulmalar edilir.

 

İstifadə edilməmiş məzuniyyət üçün kompensasiya

Əmək müqaviləsinə xitam verilmə səbəbindən asılı olmayaraq işçiyə müvafiq iş ilində  istifadə olunmayan məzuniyyətə görə pul əvəzi, yəni kompensasiya verilməlidir. Kompensasiya yalnız istifadə olunmayan əsas məzuniyyətlər üçün ödənilir. Qanunvericiliyə uyğun olaraq:

  • əlavə məzuniyyətlər;
  • təhsil, yaradıcılıq;
  • habelə, sosial məzuniyyətlər üçün kompensasiya ödənilmir.

İşçilərə təyin edilən kompensasiyaların hesablanması məzuniyyət vaxtından əvvəlki 12 ayın gəlirinə əsasən aparılır (AR ƏM, maddə 140).

Nümunə 2: İşçiyə son 12 ayda verilən əməkhaqqı 10000 AZN təşkil edir. İl üçün istifadə edilməyən məzuniyyət günləri 22 gündür. Kompensasiyanın hesablanması aşağıdakı düstura əsasən aparılır:
(( əvvəlki 12 ayda gəlir / 12 ay)/ 30,4)* məzuniyyət günlərinin sayı
Yuxarıda verilənlər nəzərə alınsa, istifadə edilməmiş məzuniyyət günləri üçün ödəniş:
((10000 / 12) / 30,4)*22 gün = 603,07 manat olacaq.

Məzuniyyətə buraxılan işçinin işlədiyi müddət 12 aydan az olduqda, əməkhaqqının hesablanması üçün onun faktiki işdə olduğu aylar əsas götürülür.

Nümunə 3: 01 yanvar 2020 tarixində işə başlayan işçiyə 500 AZN əməkhaqqı hesablanıb. 5 ay sonra işçi işdən ayrılmışdır. İşçinin vəzifə kateqoriyasına uyğun əsas məzuniyyət günlərinin sayı 30 gündür. İstifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanın hesablanması aşağıdakı qaydada olacaqdır:
1. Bir aya düşən məzuniyyət günlərinin sayı: 30 gün / 12 = 2,5
2. İstifadə edilməmiş məzuniyyət günlərinin sayı: 2,5*5=15,5
3. Bir gün üçün orta əməkhaqqı: (2500 / 5) / 30,4) = 16.45
4. İstifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya 16.45 x 12.5 = 205,62.

Əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin (gəlir vergisi, məcburi dövlət sosial ayırması, icbari tibbi sığorta) tutulması təmin edilməlidir.

İşçilərə təyin edilən kompensasiyalar qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir.

Xitam prosesində ödənilən müavinətlər

İşdən çıxarılma müavinətinin ödənilməsi həm qanunla, həm də tərəflərin razılığı ilə və ya təşkilatın yerli normativ hüquqi aktı ilə təmin edilə bilər. Xüsusilə, say və ya ştatın ixtisarına, hərbi xidmətə çağırışa, əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi zamanı müavinətin verilməsi məcburidir. Qanunvericilikdə işçilərin, ştatların ixtisar edildiyi hallarda işçiyə  işdənçıxarma müavinəti aşağıdakı məbləğdə ödənilir:

  • bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Orta əməkhaqqının azı 2 misli qədər müavinətlər aşağıdakı hallarda ödənilir:

  • əmək şəraitinin şərtləri dəyişdikdə;
  • işçi hərbi xidmətə çağırıldıqda;
  • əmək qabiliyyətinin itirilməsi halında.

Müavinətin orta əməkhaqqının azı 3 misli qədər ödənilmə halları:

  • işçinin vəfat etməsi;
  • mülkiyyətçinin dəyişilməsi.

Əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətlər gəlir vergisindən azaddır (AR Vergi Məcəlləsi, maddə 102.1.4 ).

İşçilərin sayının azaldılması, ştatların ixtisarı, habelə işçinin vəfatı zamanı verilən dəfn üçün müavinətlər sosial sığorta haqqından azaddır (AR “Sosial sığorta haqqında qanun”, maddə 15).

Mülkiyyətçinin dəyişməsi zamanı xitamla bağlı ödənişlər

Print Friendly, PDF & Email