Sair qısa müddətli aktivlərin tərkibi
Sair qısamüddətli aktivlər üzrə uçot Hesablar Planının 24-cü maddəsinə aid edilmiş uyğun olaraq uçota alınır. Aktiv 243 №-li “Verilmiş qısamüddətli avanslar” hesabı bu maddəyə hesablardan biridir. Ümumiyyətlər, verilmiş avanslar mühasibat uçotu subyektlərində uzunmüddətli və qısamüddətli kimi xarakterizə olunur. Hesablar planının 192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabında uzunmuddətli kimi tanınan avansların uçotu aparılır. Tanınma zamanı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS7 (IAS 7) əsas götürülür.
Sair qısamüddətli aktivlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
Qaydaların 26.1-ci maddəsinə görə 24-cü maddəyə aşağıdakı hesablar daxildir (maddə 24.1) aşağıdakı hesabları əhatə edir:
243 saylı “Verilmiş qısamüddətli avanslar” hesabı üzrə uçotun tənzimlənməsi
243 №-li “Verilmiş qısamüddətli avanslar” hesabında 12 aydan artıq olmayan müddət ərzində mühasibat uçotu subyektinin fəaliyyətilə əlaqədar alınacaq qeyri-maddi aktivlər, əsas fondlar, ehtiyatlar, işlərə (xidmət) görə əvvəlcədən ödənilmiş vəsaitlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Verilmiş qısamüddətli avanslar yarandıqda qeyd edilən qaydaların 26.9.-cu bəndi tətbiq edilir.
Mühasibat uçotu subyekti tərəfindən avansın verilməsi səhmlərin buraxılması hesabına həyata keçirildikdə mühasibat yazılışıları həmin qaydaların 26.10-cu bəndilə nizamlanır.
Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, iş, xidmətlər qısamüddətli avans hesabna əldə edildikdə 26.11 bəndi tətbiq olunur.
Verilmiş uzunmüddətli avanslar qısamüddətli kimi təsnifləşdirildikdə müxabirləşmələr 26.13 bəndilə tənzimlənir.
Aşağıda verilmiş qısamüddətli avanslar ilə bağlı müxabirləşmə nümunələri verilib.
Bankdan, kassadan avans ödənildikdə
“A” MMC mal almaq üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. 35000 manat dəyərində mallar ödənişdən 1 ay sonra təhvil alınmışdr.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Avans məbləği bank hesablaşma hesabından ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 223 – Bank hesablaşma hesabları | 17500.00 |
| 2 | Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 226 – ƏDV-nin Depozit hesabı | 3150.00 |
Mallar alındığı zaman verilmiş qısamüddətli avans nəzərə alınır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 35000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 6300.00 |
| 3 | Verilmiş avans nəzərə alındıqda (əsas məbləğ) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 17500.00 |
| 4 | Verilmiş avans nəzərə alındıqda (ƏDV məbləği) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 3150.00 |
| 5 | Qalan borc ödənildikdə (əsas məbləğ) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 17500.00 |
| 6 | Qalan borc ödənildikdə (ƏDV məbləğ) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 3150.00 |
| 7 | Əvəzləşdirmə edildikdə | 521 – Vergi öhdəlikləri | 241 – Əvəzləşdirilən ƏDV | 6300.00 |
Qeyri-maddi aktiv verilmiş avanslar əsasında əldə edildikdə
Müəssisə proqram təminatı əldə etmək üçün qarşı şirkətə 6000 manat ödəniş etmişdir. Ödəniş edildikdən 15 gün sonra proqram təminatının quraşdırılması həyata keçirilmişdir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Avans məbləği bank hesablaşma hesabından ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 223 – Bank hesablaşma hesabları | 6000.00 |
Proqram təminatı təhvil alındıqdan sonra verilmiş qısamüddətlki avans nəzərə alınır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qeyri-maddi aktiv alındıqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 6000.00 |
| 2 | Verilmiş avans nəzərə alındıqda | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 6000.00 |
Qeyd: Torpaq, tikili, avadanlıqların alınması zamanı verilmiş qısamüddətli avansların nəzərə alınması prosesi də eyni qaydadadır.
İcarə üzrə avans ödənildikdə
“A” MMC satış fəaliyyətini davam etdirmək məqsədilə “B” MMC-dən aylıq icarə haqqı 800 AZN razılaşdırılmaqla obyekt icarəyə götürmüşdür. Obyektin sahibi icarə haqqının 50%-ni öncədən tələb etmişdir. Digər yarısı isə ayın sonunda ödənilməlidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Avans məbləği kassaya ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 221 – Kassa | 400.00 |
Ay sonu icarəyə görə kreditor borcu yarandıqda verilmiş qısamüddətli avans nəzərə alınır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İcarə üzrə kreditor borcu yarandıqda | 721 – İnzibati xərclər | 535 – İcarə üzrə qısamüddətli kreditor borcları | 800.00 |
| 2 | Verilmiş avans nəzərə alındıqda | 535 – İcarə üzrə qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 400.00 |
| 3 | Qalan borc ödənildikdə (əsas məbləğ) | 535 – İcarə üzrə qısamüddətli kreditor borcları | 221 – Kassa | 400.00 |
Məzənnə fərqi yarandıqda verilmiş avans
“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur. Mallar təhvil alınanadək məbləğin 60%-i ödənilməlidir.
Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.
Alış tarixinə 1 $ = 1.70 ₼
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda | 222 – Yolda olan pul köçürmələri | 223-1 – Bank hesablaşma hesabları | 26520.00 |
| 2 | Valyuta hesabına 15600 dollar mədaxil edildikdə | 223-2 – Bank hesablaşma hesabları | 222 – Yolda olan pul köçürmələri | 26520.00 |
| 3 | Mallar üçün avans ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 223-2 – Bank hesablaşma hesabları | 26520.00 |
Mallar təhvil alındıqdan sonra verilmiş avans nəzərə alınır:
1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə avansın verilmə anına olan məbləğlə malların alınma anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.
1 $ = 1.70 ₼ → 15600 × 1.70 = 26520
1 $ = 1.67 ₼ → 15600 × 1.67 = 26052
Mənfi məzənnə fərqi → 26520 – 26052 = 468
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların idxalı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 43420.00 |
| 2 | Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda | 205 – Mallar | 538 – Digər qısamüddətli kreditor borcları | 200.00 |
| 3 | ƏDV hesablandıqda: (44200+200) × 18% | 241 – Əvəzləşdirilən ƏDV | 538 – Digər qısamüddətli kreditor borcları | 7851.60 |
| 4 | Gömrükdə hesablanan ƏDV ödənildikdə | 538 – Digər qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 7851.60 |
Verilmiş avans kreditor borclarla əvəzləşdirilir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Verilmiş avans nəzərə alındıqda | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 26052.00 |
| 2 | Məzənnə fərqindən zərər nəzərə alındıqda | 731 – Sair əməliyyat xərcləri | 243 – Verilmiş qısamüddətli avanslar | 468.00 |
2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə avansın verilmə anına olan məbləğlə malların alınma anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.
1 $ = 1.70 ₼ → 15600 × 1.70 = 26520
1 $ = 1.72 ₼ → 15600 × 1.72 = 26832
Müsbət məzənnə fərqi → 26832 – 26520 = 312
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların idxalı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 44720.00 |
| 2 | Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda | 205 – Mallar | 538 – Digər qısamüddətli kreditor borcları | 200.00 |
| 3 | ƏDV hesablandıqda: (44200+200) × 18% | 241 – Əvəzləşdirilən ƏDV | 538 – Digər qısamüddətli kreditor borcları | 8085.60 |
| 4 | Gömrükdə hesablanan ƏDV ödənildikdə | 538 – Digər qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 8085.60 |
Verilmiş qısamüddətli avans nəzərə alınır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Verilmiş avans nəzərə alındıqda | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 243 – Verilmiş qısamüddətli avanslar | 26520.00 |
| 2 | Məzənnə fərqindən gəlir nəzərə alındıqda | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 611 – Sair əməliyyat gəlirləri | 312.00 |
Qeyd: Ödənişin qalan hissəsinin uçotu da eyni qaydada aparılır.
Verilmiş avans qaytarıldıqda
Müəssisə malların alınması üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. Müqavilədə razılaşdırılmış qiymət 48000 manatdır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Avans məbləği bank hesablaşma hesabından ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 223 – Bank hesablaşma hesabları | 24000.00 |
| 2 | Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə | 243 – Verilmiş qısamüddətli avanslar | 226 – ƏDV-nin Depozit hesabı | 4320.00 |
Lakin qarşı tərəf malların təqdim edilməsi müddətini uzatdığı üçün verilmiş qısamüddətli avansın geri qaytarılması tələb edilmişdir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Verilmiş avans geri qaytarıldıqda (Əsas məbləğ) | 223 – Bank hesablaşma hesabları | 243 – Verilmiş qısamüddətli avanslar | 24000.00 |
| 2 | Verilmiş avans geri qaytarıldıqda (ƏDV məbləğ) | 226 – ƏDV-nin Depozit hesabı | 243 – Verilmiş qısamüddətli avanslar | 4320.00 |

