192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Sair uzunmüddətli aktivlər üzrə uçot hesabları               

Tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş mühasibat uçotu subyektləri üçün Hesablar Planının 1-ci bölməsi uzunmüddətli aktivlər üzrə uçot hesablarını özündə əks etdirir. Bu bölmənin 19-cu maddəsi bu bölmənin digər maddələrində qeydə alınmayan sair uzunmüddətli aktivlərin uçotu üçün nəzərdə tutulub. Bu maddə aşağıdakı hesabları əhatə edir:

Aktiv hesab olan 192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabında mühasibat uçotu subyektinin fəaliyyəti ilə əlaqədar alınacaq əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, iş və xidmətlərə görə əvvəlcədən ödənilmiş vəsaitlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Belə aktivlər verilmiş qısamüddətli avanslar kimi təsnifləşdirildikdə, uçot qeydləri qeyd olunan qaydaların 20.7-ci bəndinə əsasən nizamlanır.

Verilmiş qısamüddətli avanslar kimi təsnifləşdirilmədən verilmiş uzunmüddətli avanslara görə əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, iş və xidmətlər əldə edildikdə uçot qeydləri həmin Qaydaların 20.8-ci bəndi ilə tənzimlənir.

Aşağıda verilmiş uzunmüddətli avanslar ilə bağlı müxabirləşmə nümunələri verilib.

Bankdan, kassadan avans ödənildikdə

Nümunə 1: “A” MMC mal almaq üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. 35000 manat dəyərində mallar ödənişdən 15 ay sonra təhvil alınmışdr.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 192 – Verilmiş uzunmüddətli avanslar 223 – Bank hesablaşma hesabları 17500.00
2 Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 192 – Verilmiş uzunmüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 3150.00

Mallar alındığı zaman verilmiş avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 35000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6300.00
3 Verilmiş avans nəzərə alındıqda (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 192 – Verilmiş uzunmüddətli avanslar 17500.00
4 Verilmiş avans nəzərə alındıqda (ƏDV məbləği) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 192 – Verilmiş uzunmüddətli avanslar 3150.00
5 Qalan borc ödənildikdə (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 17500.00
6 Qalan borc ödənildikdə (ƏDV məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 3150.00
7 Əvəzləşdirmə edildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 6300.00

Verilmiş  avanslara görə qeyri-maddi aktiv əldə edildikdə

Nümunə 2:   Müəssisə proqram təminatı əldə etmək üçün qarşı şirkətə 6000 manat ödəniş etmişdir. Ödəniş edildikdən 15 ay sonra proqram təminatının quraşdırılması həyata keçirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 192 – Verilmiş uzunmüddətli avanslar 223 – Bank hesablaşma hesabları 6000.00

Proqram təminatı təhvil alındıqdan sonra verilmiş avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6000.00
2 Verilmiş avans nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 192 – Verilmiş uzunmüddətli avanslar 6000.00

İcarə üzrə avans ödənildikə

Nümunə 3: “A” MMC satış fəaliyyətini davam etdirmək məqsədilə “B” MMC-dən aylıq icarə haqqı 800 AZN razılaşdırılmaqla obyekt icarəyə götürmüşdür. Obyektin sahibi icarə haqqının 50%-ni öncədən tələb etmişdir. Digər yarısı isə 18 ay sonra ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği kassaya ödənildikdə 192 – Verilmiş qısamüddətli avanslar 221 – Kassa 400.00

Ay sonu icarəyə görə kreditor borcu yarandıqda verilmiş avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə üzrə kreditor borcu yarandıqda 721 – İnzibati xərclər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 800.00
2 Verilmiş avans nəzərə alındıqda 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 192 – Verilmiş uzunmüddətli avanslar 400.00
3 Qalan borc ödənildikdə (əsas məbləğ) 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 221 – Kassa 400.00

Verilmiş uzunmüddətli avans qaytarıldıqda

Nümunə 4: Müəssisə malların alınması üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. Müqavilədə razılaşdırılmış qiymət 48000 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 192 – Verilmiş uzunmüddətli avanslar 223 – Bank hesablaşma hesabları 24000.00
2 Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 192 – Verilmiş uzunmüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 4320.00

Lakin qarşı tərəf malların təqdim edilməsi müddətini uzatdığı üçün verilmiş avansın geri qaytarılması tələb edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans geri qaytarıldıqda (Əsas məbləğ) 223 – Bank hesablaşma hesabları 192 – Verilmiş uzunmüddətli avanslar 24000.00
2 Verilmiş avans geri qaytarıldıqda (ƏDV məbləğ) 226 – ƏDV-nin Depozit hesabı 192 – Verilmiş uzunmüddətli avanslar 4320.00

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Print Friendly, PDF & Email