631 saylı “Maliyyə gəlirləri” hesabı: müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

631 saylı “Maliyyə gəlirləri” hesabından kommersiya müəssisələr müxtəlif mənbələrdən yaranan faiz gəlirlərinin, maliyyə icarəsi üzrə gəlirlərinin və digər maliyyə gəlirlərinin uçotu üçün istifadə edirlər. Bu məqalədə 631 saylı hesab üzrə açılan subhesablar üzrə müxabirləşmə nümunələri əks olunub.

Hesablar planının “Maliyyə gəlirləri” maddəsi

Kommersiya müəssisələrində mühasibat uçotunun qurulması prosesində ən mühüm addımlardan biri maliyyə hesabatlarında gəlir və xərclərin düzgün əks olunmasının təmin edilmişdir. Çünki məhz maliyyə hesabatı gəlirlərin həcmini, strukturunu və mənbələrini nümayiş etdirərək, müəssisənin maliyyə vəziyyəti barədə maraqlı tərəflərə dəqiq informasiya verir. Uçotun qurulması zamanı kommersiya müəssisələri AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” dan istifadə edir (bundan sonra – Qaydalar). Bu qaydalar müəssisənin gəlirlərini bur neşə kateqoriyaya bölür ki, onlardan biri də “Maliyyə gəlirləri” maddəsidir (63-cü maddə). Həmin maddə Qaydaların 6-cı “Gəlirlər” bölməsinə daxildir. Bölməyə aşağıdakı uçot hesabları aiddir:

631 saylı “Maliyyə gəlirləri” hesabı

Qaydaların 49.2 bəndinə görə “Maliyyə gəlirləri” hesabında “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri, maliyyə iсarəsi üzrə gəlir, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri və digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.” Hesab üzrə aşağıdakı subhesablar açılır:

  • 631-1 №li “Faiz gəliri”;
  • 631-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”;
  • 631-3 №li “Maliyyə iсarəsi üzrə gəlir”;
  • 631-4 №li “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri”;
  • 631-5 №li “Digər maliyyə gəlirləri”.

631 saylı hesabda, habelə 631-1, 631-2 saylı subhesablar üzrə uçotun tənzimlənməsi haqqında buradan oxumaq olar.

Mühasibat xidmətləri

 631-3 saylı subhesab üzrə müxabirləşmə nümunəsi

Nümunə: ABC MMC 2020-ci ilin avqustunda 3 il müddətinə XYZ müəssisəsinə 20000 manatlıq avadanlıq maliyyə icarəsini verilib. Müqaviləyə əsasən XYZ müəssisəsi 2500 manat əsas borc, 1200 manat faiz xərci olmaqla hər il ABC müəssisəsinə 3700 manat pul ödəyəcək.   

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi alınır 174: ”İcarə üzrə uzunmüddətli debitor borcları” 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” (icarəyə verilən) 20 000
2 2020-ci il üçün əldə ediləcək faiz hesablanır 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-3: “Maliyyə gəlirləri: maliyyə iсarəsi üzrə gəlir” 1 200
3 2020-ci il üçün faiz borcu ABC MMC-yə ödənir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 1 200
4  2020-ci il üçün faiz borcu ABC MMC-yə ödənir 223: “Bank hesablaşma hesabları” 174: ”İcarə üzrə uzunmüddətli debitor borcları” 2 500
5 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-3: “Maliyyə gəlirləri:maliyyə iсarəsi üzrə gəlir” 801:”Ümumi məfəət(Zərər)” 1 200

Qeyd edək ki, ödənişlər aylar üzrə həyata keçirilir, habelə müxabirləşmələr müqavilənin sonundək növbəti iki il üçün də eyni qaydada aparılır.

Məzənnə fərqindən yaranan gəlirlər (631-4 saylı subhesab)

Nümunə: ABC müəssisəsi ilin əvvəlində 10000 dollar ödəyərək istiqraz alıb. Alınma tarixində 1 dollar=1,7 manat idi. Müqavilə bir il müddətinə, illik faiz dərəcəsi 5% almaqla bağlanıb. Müqaviləyə uyğun olaraq ABC MMC ilin soununda istiqrazlardan əldə edəcəyi faiz gəlirini 850 manat kimi qiymətləndirməklə tanıyıb. Həmin ilin iyun ayında  dolların məzənnəsi 1,80 manat olub. Bu zaman müxabirləşmələr şağıdakı kimi olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazlarım alınması  uçota alınır

(10000*1,7)

232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” 223: “Bank hesablaşma hesabları” 17 000
2 İstiqrazlar üzrə hesablanmış faiz

(10000*5%)*1,7)

216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 850
3 Müsbət məzənnə fərqi

(500*0.10)

216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 631-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri” 50
4  İstiqrazların geri qayıtması zamanı məzənnə fərqi

(10000*0.10)

223: “Bank hesablaşma hesabları” 332: ”Məznnə fərqləri üzrə ehtiyat” 1 000
6 Faiz gəliri mədaxil edilir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 850
7 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri mədaxil edilir 223: “Bank hesablaşma hesabları” 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” 50
8 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” 801:”Ümumi məfəət(Zərər)” 850
9 Hesabat ilinin sonunda maliyyə gəlirləri mənfəətə aid edilir 631-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri” 801:”Ümumi məfəət(Zərər)” 50