Maliyyə gəlirləri müəssisənin gəlirlərinin əsas tərkib hissələrindən biridir. Bu məqalədə kommersiya müəssisələrində 631 saylı “Maliyyə gəlirləri” hesabında uçotun əsas prinsipləri şərh olunur.
Hesablar planının “Gəlirlər” bölməsi
Müəssisənin fəaliyyəti zamanı əldə etdiyi iqtisadi faydanı ifadə edən gəlirlər, əsasən, məhsul və xidmətlərin satışından, icarə, faiz, dividend və digər maliyyə əməliyyatlarından formalaşır və maliyyə hesabatlarında əsas göstəricilərdən biri kimi əks olunur. Maliyyə hesabatı gəlirlərin həcmini, strukturunu və mənbələrini nümayiş etdirərək, müəssisənin maliyyə vəziyyəti barədə maraqlı tərəflərə dəqiq informasiya verir. Gəlir və onalrın əldə edilməsinə çəkilən xərclər əsasında müəssisənin mənfəəti, rentabellik səviyyəsi və inkişaf potensialı qiymətləndirilir.
Məsrəflər, xərclər və mənfəət haqqında ümumi anlayışlar bizə xərclər üzrə mühasibat uçotunun qurulması prosesində kömək edir. Kommersiya müəssisələrində uçotun qurulması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) əsasında tənzimlənir Bu qaydalar müəssisənin gəlirlərini bur neşə kateqoriyaya bölür ki, onlardan biri də “Maliyyə gəlirləri” maddəsidir (63-cü maddə). Müəssisənin əldə etdiyi gəlirlər barədə ümumiləşdirilmiş məlumatlar bu naddədə təqdim edilir.
631 saylı “Maliyyə gəlirləri” hesabı
63-cü maddə Qaydaların “Gəlirlər” adlı 6-cı bölməsinə aiddir. Gəlirlərin uçotu aparılan bu bölməyə aşağıdakı uçot hesabları aiddir:
- 601 saylı “Satış” hesabı;
- 602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı;
- 603 saylı “Verilmiş güzəştlər”;
- 611 saylı “Sair əməliyyat gəlirləri” hesabı;
- 621 saylı “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” hesabı;
- 631 saylı “Maliyyə gəlirləri” hesabı;
- 641 saylı “Fövqəladə gəlirlər” hesabı.
Qaydaların 49.2 bəndinə görə “Maliyyə gəlirləri” hesabında “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri, maliyyə iсarəsi üzrə gəlir, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri və digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.” Hesab üzrə aşağıdakı subhesablar açılır:
- 631-1 №li “Faiz gəliri”;
- 631-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”;
- 631-3 №li “Maliyyə iсarəsi üzrə gəlir”;
- 631-4 №li “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri”;
- 631-5 №li “Digər maliyyə gəlirləri”.
Hesab üzrə uçotun tənzimlənməsi
631 saylı “Maliyyə gəlirləri” hesabı üzrə tənzimləmələr Qaydaların 49.1 – 49.21 bəndlərinə uyğun aşağıdakı qaydada aparılır.
- müəssisnən verdiyi borclara, kreditlərə görə hesablanmış faizlər üzrə gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli və qısamüddətli debitor borcların 631-1 saylı “Faiz gəliri” subhesabında uçotu qaydaların 49.5-49.8 bəndlərinə uyğun aparılır;
- qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri 176 (216) saylı hesabların müvafiq subhesablarının debeti və 631-2 saylı subhesabın kreditində əks etdirilir (bənd 49.9), bu zaman hesab üzrə yaranan məbləğə Db631-2/Kr801 kimi mühaisbat yazılışı verilir;
- maliyyə icarəsində olan aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlər Db216/Kr631-3 müxabirləşməsi verilməklə uçota alınır (49.12-ci bənd);
- maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda həmin öhdəliyin dəyəri ilə cari dəyər arasındakı fərqə Dt406/Kr631-3, qısamüddətli kreditor borclarının cari dəyəri hesablandıqda həmin kreditor borcun dəyəri ilə cari dəyər arasındakı fərqə isə Dt535/Kr631-3 mühasibat yazılışı verilir. Bu zaman 631-3 saylı subhesabın qalığı 801 saylı hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilərək bağlanır;
- mühasibatlıqda faiz xərcləri yaradan öhdəlikləri üzrə müsbət məzənnə fərqinə 631-4 saylı subhesabın krediti üzrə mühasibat yazılışı verilir və yığılan məbləğ hesabat dövrünün mənfəəti kimi 801 saylı №li hesabın kreditinə aid edilir (bənd 49.17-bənd 49.18);
- 631-1 – 631-4 saylı subhesablarda uçota alınmayan məbləğlər 631-5 saylı “Digər maliyyə gəlirləri” subhesabında uçota alınır, yığılan məbləğ 801 saylı hesabın müvafiq subhesablarının kreditinə aid edilir.
- faiz xərcləri yaradan öhdəliklərinin bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyə uyğun silinməsi digər maliyyə gəliri kimi 631-5 №li subhesabın kreditində əks etdirilir.
Faizlərlə bağlı maliyyə gəlirləri üzrə müxabirləşmə nümunəsi
Nümunə: ABC MMC XYZ müəssisəsinin 10 ədəd istiqrazını almaqla ona 100000 manat qısamüddətli investisiya yatırıb. Bağlanmış investisiya müqaviləsinə əsasən qoyuluş zamanı 10000 manat faiz hesablanıb. 631 saylı “Maliyyə gəlirləri” hesabının uyğun subhesabı üzrə mühasibat yazılışları aşağıda verilib.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İnvestisiya qoyuluşu uçota alınır | 232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” | 223: “Bank hesablaşma hesabları” | 100 000 |
| 2 | İstiqrazlar üzrə hesablanmış faiz | 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” | 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” | 10 000 |
| 3 | İnvestisiya üzrə hesablanmış faiz gəlir formasında hesablaşma hesabına mədaxil edilir | 223: “Bank hesablaşma hesabları” | 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” | 10 000 |
| 4 | Yığılan faiz gəliri ilin sonunda mənfəətə aid edilir | 631-1: “Maliyyə gəlirləri: faiz gəlirləri” | 801:”Ümumi məfəət(Zərər)” | 10 000 |
| 5 | Müqavilə bitdiyi üçün qoyulmuş investisiya qaytarılır | 223: “Bank hesablaşma hesabları” | 232:” Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” | 10 000 |
Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri
Müəssisə tərəfindən verilmiş qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirlərinin uçotu üçün 631 saylı “Maliyyə gəlirləri” hesabının 631-2 saylı subhesabında aparılır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirləri (uzunmüddətli debitor borclar) | 176:” Faizlər üzrə uzunmüddətli debitor borcları” | 631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”; | 10 000 |
| 2 | Qiymətdən düşmüş borclara görə hesablanmış faiz gəlirləri (qısamüddətli debitor borclar) | 216: “Faizlər üzrə qısamüddətli debitor borcları” | 631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” | 50 000 |
| 4 | Yığılan faiz gəliri ilin sonunda mənfəətə aid edilir | 631-2: “631-2: “Maliyyə gəlirləri: qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” | 801:”Ümumi məfəət(Zərər)” | 15 000 |
631 saylı “Maliyyə gəlirləri” hesabının digər subhesabları üzrə müxabirləşmə nümunələri ilə buradan tamış olmaq olar.
