543 saylı “Alınmış qısamüddətli avanslar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Alınmış avanslar

Avans ödənişlərinə şirkətlər arası münasibətlərdə çox rast gəlmək olar. Onların uçotu 543 saylı “Alınmış qısamüddətli avanslar” hesabında aparılır.

Xüsusilə xarici təşkilatlarla əməkdaşlıq zamanı etibar, etimad məsələləri ilə bağlı 30%, 50% bəzən hətta 100% avans tələbiylə rastlaşırıq. Əgər siz yerli təşkilatsınızsa, bu sizin üçün verilmiş avansdır. Amma yerli təşkilat olaraq, siz də ixrac əməliyyatları zamanı xarici firmadan, yaxud yerli firmalardan avans tələb edə bilərsiniz. Bu hallar müqavilədə dəqiq göstərilməlidir.

Avansların uçotu borcun ödəmə müddətindən asılı olaraq aparılır. Tədavül (ödəniş) müddəti hesabat tarixindən sonra 12 aydan çox olan avanslar qısamüddətli, bütün digər hallarda isə alınmış uzunmüddətli avanslar kimi xarakterizə edilir.

“Alınmış qısamüddətli avanslar” hesabı üzrə tənzimləmələr

543 saylı hesab üzrə tənzimləmələr zamanı aşağıdakı beynəlxalq standartların tələbləri nəzərə alınmalıdr:

Mühasibat xidmətləri
  • 7 nömrəli “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” MUBS (IAS 7);
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15);

543 saylı “Alınmış qısamüddətli avanslar” hesabı üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  vasitəsilə tənzimlənir. Bu hesab Hesablar Planının  54-cü “Sair qısamüddətli öhdəliklər” maddəsi üzrə açılan hesablardan biridir.

Öhdəlik (passiv) hesabı olan 543 №-li “Alınmış qısamüddətli avanslar” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən cari dövrdə alıcılara, sifarişçilərə göstərəcəyi xidmətlərə görə əldə edilmiş pul vəsaitləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir (Qaydalar/44.14).

Alınmış qısamüddətli avanslar yarandıqda mühasibat yazılışları yuxarıda qeyd edilən qaydaların 44.14-cü, geri ödənildikdə 44.19.-cu, uzunmüddətli kimi təsnifləşdirildikdə 44.22-ci bəndi əsasında verilir.7

Alınmış qısamüddətli avanslarla bağlı satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlərlə bağlı müxabirləşmələr həmin qaydaların 44.17.-ci, bağlı əlavə dəyər vergisinə görə büdcə qarşısında vergi öhdəliyi yarandıqda həmin qaydaların 44.15.-ci bəndinə uyğun verilir.

Belə avanslar qısamüddətli kimi təsnifləşdirildiyi zaman həmin qaydaların 44.16.-cı bəndi tətbiq edilir.

Bank hesablaşma hesabına avans daxil olduqda müxabirləşmə nümunələri

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 60000 manatdır.

“A” müəssisəsi 2 aydan sonra 96000 manatlıq malları “B” MMC-ə təqdim etmişdir.

Alınmış avans uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 543 – Alınmış qısamüddətli avanslar 60000.00
2 Alınmış avans məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 543 – Alınmış qısamüddətli avanslar 10800.00
3 Alınmış avansa görə büdcə qarşısında öhdəlik yarandıqda 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 10800.00
4 Vergi borcu ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 10800.00

Mallar təqdim olunduqdan sonra alınmış avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 80000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 96000.00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 17280.00
4 Alınmış avans nəzərə alındıqda (Əsas məbləğ) 543 – Alınmış qısamüddətli avanslar 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 60000.00
5 Alınmış avans nəzərə alındıqda (ƏDV məbləği) 543 – Alınmış qısamüddətli avanslar 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 10800.00
6 Qalan borc ödənildikdə (Əsas məbləğ) 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 36000.00
7 Qalan borc ödənildikdə (ƏDV məbləğ) 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 6480.00
8 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 6480.00
9 Vergi borcu ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 6480.00

Alınmış avanslar üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kimi təsnifləşdirildikdə

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 105000 manatdır. Müqavilənin bağlanma tarixinə olan şərtlərinə əsasən A MMC malları 2 aydan təqdim etməlidir.

Lakin sonradan müqavilədə edilən dəyişikliyə əsasən malların təqdim edilməsi müddəti uzadılaraq 13 ay təyin edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 543 – Alınmış qısamüddətli avanslar 105000.00
2 Alınmış avans məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 543 – Alınmış qısamüddətli avanslar 18900.00
3 Alınmış avansa görə büdcə qarşısında öhdəlik yarandıqda 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 18900.00
4 Vergi borcu ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 18900.00

Müqavilənin yeni şərtləri nəzərə alındıqda:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli alınmış avans uzunmüddətli alınmış avans kimi nəzərə alındıqda (Əsas məbləğ) 543 – Alınmış qısamüddətli avanslar 443 – Alınmış uzunmüddətli avanslar 105000.00
2 Qısamüddətli alınmış avans uzunmüddətli alınmış avans kimi nəzərə alındıqda (ƏDV məbləğ) 543 – Alınmış qısamüddətli avanslar 443 – Alınmış uzunmüddətli avanslar 18900.00

Məzənnə fərqi yarandıqda alınmış avanslar üzrə nümunələr

Müəssisə daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da malların satışını həyata keçirir. Malları alan ölkə Rusiya olduğundan malların satış qiyməti dollarla təyin olunmuşdur. 36000 dollarlıq mallar təqdim edilməmişdən əvvəl ödənişin 40%-i yəni 14400 dolları müəssisənin bank hesabına ödənilmişdir. Mallar 1 aydan sonra təqdim edilmişdir. Avansın dail olma tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir.

Qeyd  etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

1-ci hal: 1 $ = 1.72 ₼

2-ci hal: 1 $ = 1.67 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans alınma tarixinə olan məzənnə ilə uçota alındıqda 223 – Bank hesablaşma hesabları 543 – Alınmış qısamüddətli avanslar 24480.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə avansın alınma anına olan məbləğlə malların təqdim edilmə anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  14400 × 1.70 = 24480

1 $ = 1.72 ₼  →  14400 × 1.72 = 24768

Mənfi məzənnə fərqi  →  24768 – 24480 = 288

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 55000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 61920.00
3 Alınmış avans nəzərə alındıqda 543 – Alınmış qısamüddətli avanslar 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 24480.00
4 Qalan borc ödənildikdə 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 37152.00
5 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 288.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə avansın alınma anına olan məbləğlə malların təqdim edilmə anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  14400 × 1.70 = 24480

1 $ = 1.67 ₼  →  14400 × 1.67 = 24048

Müsbət məzənnə fərqi    24480 – 24048 = 432

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 55000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 60120.00
3 Alınmış avans nəzərə alındıqda 543 – Alınmış qısamüddətli avanslar 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 24048.00
4 Qalan borc ödənildikdə 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 36072.00
5 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 543 – Alınmış qısamüddətli avanslar 611 – Sair əməliyyat gəlirləri 432.00

Alınmış avans qaytarıldıqda 543 -cü hesab üzrə mühasibat yazılışlarına nümunə

Şirkət istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Bunun üçün dost təşkilatdan malları təqdim edənədək 45000 manat avansı öncədən almışdır.

Malların istehsal edilmə prosesi uzun çəkdiyi üçün təşkilat ödəmiş olduğu avansın geri qaytarılmasını tələb etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 543 – Alınmış qısamüddətli avanslar 45000.00

Alınmış avans geri qaytarıldıqda uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans geri qaytarıldıqda 543 – Alınmış qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 45000.00

Əmlak vergisinin ödəyiciləri kimlərdir?