Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (III hissə)
Dünya iqtisadiyyatında qadın rəhbərlər

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?
Baxmayaraq ki, tarixən Rusiyada qadınlar əmək qabiliyyətli əhalinin təxminən yarısını təşkil edirlər (statistikaya görə hər min qadına 866 kişi düşür), onların əməkhaqqı rusiyalı kişilərin maaşından üçdə bir dəfə (30,6 faiz) azdır. Bu yüksək və orta səviyyəli gəlirləri olan ölkələr arasında maaşlar sahəsində ən böyük fərqdir. Məsələn, Kosta-Rika, Meksika, Albaniya və Türkiyədə bu sahədə işlər Rusiyadakından daha yaxşıdır.
Rusiyada karyera uğurlarında qadınlara çox vaxt streotiplər maneçilik törədir: rusiyalıların 59 faizi güman edir ki, ailənin maliyyə təminatı kişinin üzərinə düşməlidir. Vətəndaşların beşdə bir hissəsi isə hesab edir ki, qadınlar ümumiyyətlə, işləməməlidirlər. Lakin 2021-ci ildən rusiyalı qadınların qarşısında daha çox iş imkanları açılıb: indi onlara ənənəvi olaraq kişilər üçün sayılan sahələr təklif olunur. İndi Rusiyada qadınlara daha çox peşələr əlçatandır: məsələn, onlar Moskva metropolitenində elektrik qatarlarının maşinistləri, uzaq yerlərə yükləri çatdıran yük maşınlarının sürücüləri, traktorçu kimi də işləyə bilərlər, hətta gəmilərdə xidmət də keçə bilərlər.
Qadınların iqtisadiyyat və siyasətdə rolunun genişlənməsi Rusiya hakimiyyət orqanları tərəfindən də dəstəklənir və bu, işdə ölkənin inkişafı üçün stimul kimi nəzərə alınır. “Qadınların fəal ictimai həyata, fəal elmi, yaradıcı işə qoşulması – bu, bütün ölkənin gələcəyi üçün son dərəcə vacib resursdur”, – prezident Vladimir Putin bəyan edib. Federasiya şurasının başçısı Valentina Matviyenko belə söyləyib: rusiyalı qadınlar biznesdə və dövlət idarəçiliyində daha fəal iştirak etməyə başlayıblar, onlara geniş imkanlar verilib.

Bu ilin I rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 943,6 milyon manat vəsait daxil olub.
Sual: ƏDV bəyannaməsinin 306.1-ci sətrində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar bölməsində qeyri-rezident tərəfindən təqdim edilən hesab və təhvil-təslim aktında qeyd olunan tarixə həmin günün məzənnəsinə əsasən AZN ekvalentində göstərilir. Bildiyimiz kimi, qeyri-rezidentə görə yaranmış ƏDV büdcəyə qeyri-rezidentə ödəniş edildiyi vaxt ödənilməlidir.
Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 2 085,7 milyon manat vəsait daxil olub.