ABŞ-da iqtisadiyyatın xilası üzrə trilyonluq yeni paket hazırlanır

posted in: Xəbər | 0

ABŞ prezidenti Co Baydenin məsləhətçiləri ölkə iqtisadiyyatını üç trilyon dollar dəyərində dəstəkləmək üçün yeni tədbirlər paketi hazırlayır, bu haqda müxtəlif mənbələrə istinadən The New York Times nəşri xəbər verib.

Bundan ötrü korporasiyalar və ən zəngin amerikalılar üçün vergilərin artırılması təklif olunur. İqtisadiyyatın xilas edilməsi planı həmçinin atmosferə atılan karbon emissiyalarının və bərabərsizliyin azaldılması üzrə tədbirləri də nəzərdə tutur. Nəşrin məlumatına görə, sözügedən plan bu həftə ərzində təqdim ediləcək.

Hakimiyyət orqanları pulun ən böyük hissəsini infrastrukturun inkişafına yatırmağı planlaşdırırlar: nəqliyyat sistemi, internet, 5G, enerji sistemləri. Vəsaitlərin bir hissəsi həmçinin vətəndaşların məhsuldarlığını artırmaq üçün onların yenidən hazırlaşdırılmasına yönəldiləcəkdir.

Ağ Evin mətbuat katibi Cen Psaki qəzetin yazdıqlarını şərh edərkən bildirib ki, Bayden əhalinin dəstəklənməsi və ABŞ-da vergitutma sisteminin dəyişdirilməsi istiqamətində bir sıra tədbirləri nəzərdən keçirir. Lakin o, vurğulayıb ki, “iqtisadi sahədə gələcək təkliflər üzrə bu spekulyasiyalar vaxtından əvvəldir və Ağ evdəki fikirlərin gedişatını əks etdirmir”.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya ölkələrinə borc verməklə bağlı çağırış edildi

posted in: Xəbər | 0

dollar, dolların hökmranlığı, Amerikalı zənginlər, qazanc,CNBC-yə verdiyi müsahibədə Capital Economics investisiya və konsaltinq şirkətinin portfelini idarə edən meneceri Saşa Çorli, investorları dünyanın hər yerindən olan ölkələrə borc verməyə çağırış edib və qeyd edib ki, son altı ildə bundan ötrü ən yaxşı andır.

Çorlinin sözlərinə görə, hazırda məhz, dövlət istiqrazları bazarı investorlar üçün – həm özəl, həm də institusional investorlar üçün ən cəlbedici bazardır. Son həftələrdə bir çox ölkələrin dövlət kağızlarının, ilk növbədə, ənənəvi olaraq etibarlılıq etalonu sayılan ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyinin kəskin artımı müşahidə edilir.

Eyni zamanda, investorlar dövlət borcuna qoyulan investisiyalara da şübhə ilə yanaşırlar və kütləvi şəkildə onları satmağa başlayıblar ki, bu da gəlirliliyin artmasına gəirib çıxarıb. Əsas səbəblərdən biri gəlirliliyi azaldacaq inflyasiyanın kəskin artması ilə bağlı narahatlıq idi.

Bəzi ölkələrdə inflyasiya həqiqətən də hədəf səviyyəsini üstələyir və ya buna yaxınlaşır. Lakin bu tendensiya müəyyən bir müddət ərzində müşahidə olunur, –  deyə, maliyyəçi qeyd edir. Bundan əlavə, böyümə tədricən baş verir ki, bu da dövlət borclarının alıcılarında inam yaratmalıdır.

Bununla yanaşı nəşrin qeyd etdiyinə görə, Çorlinin mövqeyi bazarda heç də üstünlük təşkil etmir. Onun çağırışlarına, həmçinin ABŞ-ın Federal ehtiyat sistemi (FES) və İngiltərə Bankının bu ölkələrin tənzimləyicilərinin pul-kredit siyasətini sərtləşdirmək və kəmiyyət yumşaldılması proqramını ləğv etmək niyyətində olmadığı barədə bəyanatlarına baxmayaraq, investorlar dövlət istiqrazlarını satmaqda davam edirlər. Capital Economics-in qiymətləndirməsinə görə, ilin sonuna kimi 10 illik xəzinədarlıq kağızlarının gəlirliliyi 1,5-1,75-dən 2,25-2,5 faizədək arta bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

posted in: Xəbər | 0

Bu yazımızda alkoqollu vəziyyətin fəsadları barədə geniş izah verməyə çalışacağıq. Mövzuya başlamazdan əvvəl qeyd edək ki, alkoqol sərxoşluğu nəinki insanın sağlamlığına zərər vurur, eyni zamanda şəxsin hüquqlarının məhdudlaşdırılmasına və sərt cəzalarla üzləşməsinə səbəb ola bilir.

Alkoqol sərxoşluğu halları üzrə nəzərdə tutulmuş məsuliyyət tədbirlərini diqqətinizə çatdırırıq:

– sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə müəyyən edildikdə şəxs nəqliyyat vasitəsini idarə etməkdən dərhal kənarlaşdırılır.

– Ev heyvanlarının sərxoş vəziyyətdə gəzdirilməsinə görə 200 manat cərimə

– Gəmidə heyət üzvü sərxoş vəziyyətdə növbə çəkərsə, 300 manat cərimə

– Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə 400 manat cərimə və ya 4 ay – 1 ilədək idarəetməkdən kənarlaşdırma

– Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarəetməyə görə isə 2 il məhdudlaşdırma və ya 15 gün – 1 ay inzibati həbs

– həm idarəetmək hüququ olmazsa, həm də sərxoş vəziyyətdə olarsa, məqliyyat vasitəsini idarə edən şəxsə 500 manat cərimə və ya 15 günədək inzibati həbs

– yetkinlik yaşına (18 yaş) çatmayanı bu yaşa çatan şəxs sərxoş vəziyyətə salarsa, 60-100 manat məbləğində cərimə nəzərdə tutulur.

– İş yerinə sərxoş vəziyyətdə gələn yaxud iş vaxtı sərxoş vəziyyətdə olan işçinin əmək haqqı həmin gün üçün verilmir və ona inzibati tənbeh (töhmət və b.) tətbiq edilə bilər. Həmin gün üçün isə işçi işdən kənarlaşdırılır.

– Həmçinin bu vəziyyət əmək vəzifələrinin kobud pozulması da hesab edilir ki, bu əsasla da işçinin əmək müqaviləsinə xitam verilə bilər.

– İşçi sərxoş vəziyyəti ilə əlaqədar işəgötürənə vurduğu zərəri də tam həcmdə ödəməlidir.

– Spirtli içkidən istifadə nəticəsində ailəsini ağır maddi vəziyyətə salan şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Bu halda şəxsin üzərində himayəçi təyin edilir və himayəçinin razılığı olmadan sərbəst surətdə əqdlər bağlaya bilməz. Bağlanan əqd isə etibarsız sayıla bilər.

– Sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda 3 il idarəetmə hüququndan məhrum edilməklə 6-8 min manatadək cərimə və ya həmin müddətdə hüququndan məhrum edilməklə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək zərər vuran şəxsin vurduğu zərəri sığorta şirkəti ödəsə də, həmin sürücüyə qarşı subroqasiya qaydasında ödədiyi pulu geri tələb etmə hüququ da yaranır. Bununla yanaşı qeyd edək ki, sərxoş vəziyyət könüllü sığorta növləri üzrə əksər müqavilələrdə sığorta təminatı verilməyən hal sayıldığı üçün bu vəziyyətdə baş verən hadisələrə görə ödənişdən imtina ala bilərsiniz.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təbiəti (I hissə)

posted in: Xəbər | 0

Pulların təbiəti,Qədimdə hələ pul mövcud olmadığı dövrdə cəmiyyət “mal-əmtəə” formulu ilə baş verən mübadilə yolu ilə fəaliyyət göstərmiş və qarşılıqlı əlaqə yaratmışdı. Tədricən, bu mübadilənin özü inkişaf etdikcə, cəmiyyətin bütün qruplarına çatdırılacaq ümumi ekvivalentdə əmtəə-vasitəçiyə tələbat yarandı.

Müxtəlif xalqlarda bu cür ümumi ekvivalent xüsusilə əhəmiyyətli və eyni zamanda ən likvid əmtəədir. Yəni öz dəyərini qoruyub saxlaya bilən, nisbətən asanlıqla nəql edilə bilən, digər mallara tez dəyişdirilə bilən əmtəədir. Mübadilə sərhədlərinin gələcək inkişafı qızılın universal və geniş yayılmış ekvivalent – pul kimi təsdiq edilməsinə gətirib çıxardı. Tədricən pul materialının standartlaşdırılmasına ehtiyac yarandı.

Beləliklə, sikkələr ortaya çıxdı. Sikkələrin ilk dəfə nə vaxt zərb edilməsinə başladıqları dəqiq deyil. Arxeoloji qazıntılar ən müxtəlif vaxt dövrlərinin sikkələrini tapır. Lakin onlardan biri də Lidiya çarı Krezin dövründə buraxılan sikkə olub.  Bu e.ə. VI əsrdə baş verib. Mübadilə nəticəsində onlar qonşu ölkələrə gəlib çatdıqda, bu sikkələr Krezin qeyri-məhdud sərvətləri haqqında fikir formalaşdırdı.

Daha sonralar farslar, yunanlar, romalılar sikkələr zərb etməyə başladılar. Roma imperatoru Konstantin, dövriyyəyə qızıl soliduslar buraxdı və həmin pullarla romalıların xidmətində olan alman muzdlularına maaş verirdi. Həmin vaxtdan hərbiçiləri əsgərlər adlandırmağa başladılar.

E.ə. 650-ci ildə Çində bundan əvvəl buraxılmış mis pullara dəyişdirilən kağız pullar dövriyyəyə buraxılmışdı. Daha sonra kağız pullarının çap edilməsinə cəhdlər müxtəlif ölkələrdə həyata keçirildi. Lakin onların hamısı uğursuz alındı. Yalnız XVIII-XIX əsrlərdə kağız pullar geniş yayılmağa başlayır. Başlanğıcda kağız pullar qızılın əvəzedicisi idi və onları arxasında qızıl dayanırdı. XIX əsrdə mövcud olmuş belə bir sistem qızıl stadart adını almışdı.

1944-cü ildə Amerikanın Bretton-Vuds şəhərciyində Bretton-Vuds sistemi adı almış valyuta-maliyyə münasibətləri sistemi qəbul edilmişdir. ABŞ-ın qızıl məzmunu vasitəsilə dolayı yolla qızıl üçün valyuta pariteti müəyyən edilmişdi. Bretton-Vud sistemi öz xarakterinə və prinsipinə görə sabit valyuta məzənnələrinin qızıl-valyuta sistemi idi. Bretton-Vud sisteminin mənası bundan ibarət idi: Birləşmiş Ştatlar digər ölkələrin ilk tələbi ilə istənilən miqdarda və heç bir məhdudiyyət olmadan dolları qızıla mübadilə etməli idilər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun