ABŞ vergi sistemi (2-ci hissə)
ABŞ vergi sistemi (2-ci hissə)
1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun
ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.
Gəlir vergisi sistemində daha bir mühüm vergi – korporasiyaların gəlir vergisi (corporation income tax) 1980-1990-ci illərdəki məlum vergi islahatları nəticəsində əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. ABŞ-da korporasiyaların vergitutmasının əsas prinsipi yekun obyekt kimi xalis mənfəətdən vergi tutulmasıdır. Bu verginin ödəyiciləri, ilk növbədə, səhmdar şirkətləridir. Verginin təxminən 85% -i federal səviyyədə, 15% – i isə ştatlar və yerli hakimiyyət orqanları tərəfindən tutulur.
Vergitutma obyekti 3 mərhələdə müəyyən edilir:
1. Realizə olunan və bütün realizə olunmayan gəlir və xərclərdən ibarət olan məcmu gəlir vasitəsilə şirkətin məcmu gəlirləri müəyyən olunur.
2. Məcmu gəlirdən bunlar çıxılır: işçilərin maaşları, təmirə çəkilən xərclər, etibarsız borclar, renta ödənişləri, ödənilmiş yerli və ştat vergiləri, amortizasiya, kreditlərə görə faizlər, reklama çəkilən xərclər, pensiya fonduna ödənişlər, təbii fəlakətlərdən yaranan zərərlər, xeyriyyəçilik ödənişləri, əməliyyat xərcləri, elmi-tədqiqat və təcrübə konstruktor işlərinə (ETTKİ) yönəlik xərclər, əsaslı təmir xərcləri və s. və ilax. Vergi qanunvericiliyində korporasiya vergisinin müəyyənləşdirilməsində istehsal xərclərinə daxil edilə biləcək bütün xərclər diqqətlə müzakirə edilir. Bu qanunların təməlində duran beynəlxalq standartlar kifayət qədər liberal xarakter daşıyır. Bir qayda olaraq, şirkətin cari istehsal-kommersiya fəaliyyəti ilə bağlı bütün məsrəflərini fərdi siyahıya daxil etməyə icazə verilir. Məhdudiyyətlər cüzidir və əsasən “həddindən artıq” nümayəndəlik məsrəflərinin xərclərə daxil edilməsinə qadağa qoyulmasına aiddir.
3. Ümumi gəlirdən xərclər, əlavə xərclər və ödənilmiş vergilər çıxıldıqdan sonra ondan birbaşa vergi tutulan mənfəətin azaldılmasına yönəldilmiş güzəştlər çıxılır. Son mərhələ mənfəətin dividend ödəmək üçün istifadə olunan hissəsinin ikiqat vergitutma probleminin həlli ilə əlaqədardır.
Vergi güzəştləri
Fermer təsərrüfatları böyük güzəştlərə malik olurlar. Müəyyən hallarda isə (xüsusilə quraqlıq illərində) bəzi şirkətlər vergi bazasını sıfıra endirirlər.
“Fermer” güzəştlərindən sonra kiçik bir innovativ biznesə investisiya yatıran ayrı-ayrı investorların güzəştli vergitutma məsələsinə də çox diqqət yetirilir. Onların dəstəklənməsində dövlətin maraqlı olduğu aydındır. Beləliklə, həmin şəxslər üçün gəlir vergisi dərəcələri 28, 31, 36 və 39.6% olaraq təyin edilib. Kapital artımının faktiki vergitutma dərəcəsi 14% səviyyəsində müəyyən edilib. İnvestorlar üçün adi dərəcə 15%-ə, real dərəcə isə 7,5%-ə bərabərdir. Korporasiyaya görə əsas vergi dərəcəsi 34% müəyyən edilib və aşağıdakı sxem üzrə ödənilir:
– korporasiya ilk vergi tutulan 50 min dollar gəlirə görə 15%, növbəti 25 min dollara görə 25%, 75 min dollardan çox gəlirə görə isə 34% ödəyir. Bundan əlavə, 100 min dollardan 335 min dollara görə 5% həcmində əlavə yığım nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqləri davam etdirir.
Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır. Proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır. Mühasibat uçotu informasiya bazası kimi çıxış edir. Bunun əsasında təşkilatın daxili informasiya istifadəçiləri olan rəhbərliyi tərəfindən çox mühüm idarəetmə qərarları qəbul edilir. Dövlət nəzarətedici orqanları, səhmdarlar, investorlar, kreditorlar və s. kimi xarici istifadəçilər tərəfindən müəssisənin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.
Qeyd etmək lazımdır ki, bu gün üçün hazırlanan metodologiya formaları çox zəifdir. Yalnız bəzi işlərdə müəlliflər avtomatlaşdırılmış sistemlərin qurulması prinsiplərini təhlil edir, mühasibat uçotunun avtomatlaşdırılmış formasının inkişafının metodik, həm də metodoloji problemlərini nəzərdən keçirirlər. Özü də bu zaman mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış forması yalnız bütövlükdə mühasibat uçotu ilə qurulmanın ümumi prinsiplərinə deyil, həm də mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış formasının rasional qurulması mümkün olmayan öz spesifik prinsiplərinə malikdir.
2020-ci ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4407 müraciət araşdırılaraq cavablandırılıb.