ABŞ vergi sistemi (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

ABŞ vergi sistemi (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.

Gəlir vergisi sistemində daha bir mühüm vergi – korporasiyaların gəlir vergisi (corporation income tax) 1980-1990-ci illərdəki məlum vergi islahatları nəticəsində əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. ABŞ-da korporasiyaların vergitutmasının əsas prinsipi yekun obyekt kimi xalis mənfəətdən vergi tutulmasıdır. Bu verginin ödəyiciləri, ilk növbədə, səhmdar şirkətləridir. Verginin təxminən 85% -i federal səviyyədə, 15% – i isə ştatlar və yerli hakimiyyət orqanları tərəfindən tutulur.

Vergitutma obyekti 3 mərhələdə müəyyən edilir:

1. Realizə olunan və bütün realizə olunmayan gəlir və xərclərdən ibarət olan məcmu gəlir vasitəsilə şirkətin məcmu gəlirləri müəyyən olunur.

2. Məcmu gəlirdən bunlar çıxılır: işçilərin maaşları, təmirə çəkilən xərclər, etibarsız borclar, renta ödənişləri, ödənilmiş yerli və ştat vergiləri, amortizasiya, kreditlərə görə faizlər, reklama çəkilən xərclər, pensiya fonduna ödənişlər, təbii fəlakətlərdən yaranan zərərlər, xeyriyyəçilik ödənişləri, əməliyyat xərcləri, elmi-tədqiqat və təcrübə konstruktor işlərinə (ETTKİ) yönəlik xərclər, əsaslı təmir xərcləri və s. və ilax. Vergi qanunvericiliyində korporasiya vergisinin müəyyənləşdirilməsində istehsal xərclərinə daxil edilə biləcək bütün xərclər diqqətlə müzakirə edilir. Bu qanunların təməlində duran beynəlxalq standartlar kifayət qədər liberal xarakter daşıyır. Bir qayda olaraq, şirkətin cari istehsal-kommersiya fəaliyyəti ilə bağlı bütün məsrəflərini fərdi siyahıya daxil etməyə icazə verilir. Məhdudiyyətlər cüzidir və əsasən “həddindən artıq” nümayəndəlik məsrəflərinin xərclərə daxil edilməsinə qadağa qoyulmasına aiddir.

3. Ümumi gəlirdən xərclər, əlavə xərclər və ödənilmiş vergilər çıxıldıqdan sonra ondan birbaşa vergi tutulan mənfəətin azaldılmasına yönəldilmiş güzəştlər çıxılır. Son mərhələ mənfəətin dividend ödəmək üçün istifadə olunan hissəsinin ikiqat vergitutma probleminin həlli ilə əlaqədardır.

Vergi güzəştləri

Fermer təsərrüfatları böyük güzəştlərə malik olurlar. Müəyyən hallarda isə (xüsusilə quraqlıq illərində) bəzi şirkətlər vergi bazasını sıfıra endirirlər.

“Fermer” güzəştlərindən sonra kiçik bir innovativ biznesə investisiya yatıran ayrı-ayrı investorların güzəştli vergitutma məsələsinə də çox diqqət yetirilir. Onların dəstəklənməsində dövlətin maraqlı olduğu aydındır. Beləliklə, həmin şəxslər üçün gəlir vergisi dərəcələri 28, 31, 36 və 39.6% olaraq təyin edilib. Kapital artımının faktiki vergitutma dərəcəsi 14% səviyyəsində müəyyən edilib. İnvestorlar üçün adi dərəcə 15%-ə, real dərəcə isə 7,5%-ə bərabərdir. Korporasiyaya görə əsas vergi dərəcəsi 34% müəyyən edilib və aşağıdakı sxem üzrə ödənilir:

– korporasiya ilk vergi tutulan 50 min dollar gəlirə görə 15%, növbəti 25 min dollara görə 25%, 75 min dollardan çox gəlirə görə isə 34% ödəyir.  Bundan əlavə, 100 min dollardan 335 min dollara görə 5% həcmində əlavə yığım nəzərdə tutulub.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *