Böyük Britaniya koronavirus ilə mübarizə aparmaq üçün varlıların vergilərini artıracaq

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyanın Maliyyə Nazirliyi zəngin vətəndaşlar üçün vergiləri artırmaq imkanını ən böyük özəl banklar və aktivlərin idarə olunması şirkətləri ilə müzakirə edir. Bu barədə krallığın bank sektorundan olan bir neçə mənbəyə istinadən Reuters agentliyi məlumat verib.

Bundan əlavə, qurum varlı britaniyalıların kronavirusla bağlı vəziyyətlə bağlı dövlət yardım paketlərinə vəsait ayrılmasına cəlb edilməsi imkanlarını da nəzərdən keçirir.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Maliyyə Nazirliyi koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində dövlət xəzinəsinin tükənmiş ehtiyatlarını bu yolla bərpa etmək niyyətindədir. Əhali dəstəyi tədbirləri və COVİD-19 ilə bağlı xərclər Böyük Britaniyaya 133 milyard funt sterlinqə başa gələcək.

Agentlik tərəfindən sorğuya cəlb edilən iqtisadçılar hesab edirlər ki, hökumət əmanətlərə, kapital artımına görə vergiləri, ƏDV və ya əmlaka görə vergini də artıra bilər.

Bundan əvvəl isə RSA Future Work Center analitik mərkəzi, koronavirus pandemiyası səbəbindən böhran keçirən Böyük Britaniya itisadiyyatını baza gəlirinin tətbiq olunması yolu ilə xilas etməyin mümkün ola biləcəyi qənaətinə gəlmişdi. Mərkəz bundan ötrü il ərzində britaniyalılara heç nədən mütəmadi olaraq 2,5 min funt sterlinq pul paylamağı təklif etmişdi. Mütəxəssislər tədbiri effektiv adlandırmışdılar. Problemli sektorlarda çalışanlara dəstək verə biləcəyinə və böhrandan sonra sürətli bir bərpa olunmanı təmin edəcəyinə əminlik ifadə etmişdirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat balansı üçün labüd olan tələblər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansıMühasibat balansı üçün labüd olan tələblər

İstənilən mühasibat balansına aşağıdakı müəyyən tələblərin irəli sürülməsi labüddür: düzgünlük (həqiqət), reallıq, tamlıq, ardıcıllıq, aydınlıq.  Sözügedən sənədlərin və müvafiq qeydlərin əsasında tərtib olunmuş balans düzgün balansdır. Sənədlər isə öz növbəsində təşkilatın müəyyən dövr üçün təsərrüfat fəaliyyəti ilə bağlı faktları əks etdirir.

Balansın düzgünlüyünün şərtləri- Sənədlərdə balans göstəricilərini əsaslandıran qeydlərin həqiqiliyi.

Balansın reallığı həqiqiliyi – Birmənalı anlayış deyil. Balans düzgün ola bilər, amma real da olmaya bilər.

Balans dəyərləndirmələri nəzəriyyələri:

Balans dəyərləndirmələri nəzəriyyələri mövcuddur: obyektiv dəyərləndirmələr, subyektivkitab dəyərləndirmələri.

Obyektiv dəyərləndirmələr nəzəriyyəsi satış qiymətləri prinsipinə əsaslanır, hansılar ki, təşkilatın əmlakının satışı prosesində balans tərtib olunan zaman dəyərləndirlib.

Subyektiv dəyərləndirmələr nəzəriyyəsi isə təşkilatın mülkiyyətinin qiyməti bilavasitə fərdi şərtlərdən, sözügedən şirkətin hazırda olduğu vəziyyətdən asılı olur. Eyni bir əşya müxtəlif təşkilatlarda fərqli qiymətlərə malik ola bilər.

Kitab dəyərləndirmələri nəzəriyyəsi təşkilatın uçotunda olan vasitələrin dəyərləndirmələrinə müvafiq qiymətə əsaslanır.

Lakin, sadalanan nəzəriyyələrdən heç biri qiymətə dair məsələ barəsində birmənalı cavab verə bilmir.  Buna görə balans hesablamalarının hazırda tətbiq olunan müəyyən normativ sənədlərə uyğunluğuna etibar etmək lazımdır.

Balansın reallığı başlıca olaraq təşkilatın vəsaitlərinin likvidliyindən asılıdır. Debitor borclarının likvidliyi debitordan pul vəsaitlərinin alınması imkanları ilə xarakterizə olunur. Beləliklə, balansın həm likvid, həm də qeyri-likvid  vəsaitləri (dövriyyədən keçmək qabiliyyəti olmayan) ola bilər.

Balansın reallığı sözügedən şirkətin aktivlərinin “həyat” imkanları ilə xarakterizə olunur.

Balansın tamlığı onun birtipli uçot prinsipləri əsasında qurulması və qiymətlərdən asılı olur.

Balansın ardıcıllığına gəldikdə, bu o deməkdir ki, hər bir növbəti mühasibat balansı, özündən əvvəlki balansdan törəyir (ardıcıllıq dəyərləndirmə metodlarına və balansların tərtib olunması kimi yayılmalıdır).

Balansın aydınlığı – bu onun ayrı-ayrı informasiya istifadəçilərinə əlçatanlığıdır.


Bax: Uğurlu mühasib olmaq üçün 4 sadə üsul barədə 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

posted in: Xəbər | 0

İş yerlərini itirmiş amerikalılarAğ Evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kadlou 2020-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında böyük artım olacağını proqnozlaşdırıb. Bu fikirləri o, cümə axşamı Fox Business telekanalına verdiyi müsahibədə bölüşüb. Bu haqda TASS agentliyi məlumat verib.

Onun sözlərinə görə, cari ilin üçüncü və dördüncü rüblərində ABŞ iqtisadiyyatı 20 faiz yüksəliş göstərəcək. “Bazarlardakı vəziyyəti nəzərə alaraq, artım tendensiyası müşahidə olunur”, – o belə söyləyib. Beləliklə, o, ABŞ federal ehtiyat sisteminin (FES) sədri Cerom Pauelin ABŞ iqtisadiyyatının “gələcəklə bağlı böyük qeyri-müəyyənliyi”  barədə söylədiyi sözləri şərh edib.

Bundan əlavə, o, 2021-ci ildə ABŞ iqtisadiyyatının artımının 4 faizdən az olmayacağını gözləyir.

Bundan bir qədər əvvəl məlum olmuşdu ki, ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb və mütləq rekord vurub. Həmin borc bir ay ərzində trilyon dollar artıb. Maliyyə Nazirliyi bildirir ki, kəskin artım koronavirus pandemiyası və vergi ödənişlərinin təxirə salınması ilə mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır. Donald Tramp Ağ evə rəhbərlik etdiyi dönəmdə dövlət borcu altı trilyon artıb. Beynəlxalq valyuta fondunun (BVF) dəyərləndirməsinə görə, 2020-ci ildə dövlət borcu ÜDM-nə 131,1 faizinə qədər yüksələ bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi elektron alış aktlarını tərtib etməzsə, onu nə gözləyir?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıMalların, məhsulların tədarük olunması, o cümlədən kənd təsərrüfatı məhsullarının tədarük olunması və sonradan emal olunaraq satılması və ya emal olunmayaraq satılması, əlvan metal tullantılarının tədarük olunaraq emal olunması kimi fəaliyyətlərin rəsmiləşdirilməsi ilə bağlı vergi ödəyicilərində bir sıra suallar yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. Vergi Məcəlləsinin 71-2.1. maddəsində bildirilir ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Adətən, belə vergi ödəyiciləri tədarük üçün birbaşa əhali ilə təmasda olur və həmin malları, məhsulları əhalidən tədarük edirlər. Vergi Məcəlləsinin 71-2-ci maddəsi birbaşa bununla bağlıdır. Bu maddə malların alış aktı ilə əlaqədardır və malları, məhsulları əhalidən tədarük edən şəxslər rəsmiləşdirməni malları alış aktı və növbəti addım kimi elektron alış aktı ilə aparmalıdır.

Maddədən aydın olur ki, malların alış aktını ilkin olaraq kağız formasında tərtib etmək olar. Amma 5 gün ərzində kağız formada olan məlumatlar elektron qaydada alış aktlarına keçirilməlidir. Bu zaman başqa suallar meydana gələ bilər:

  • Vergi ödəyicisi elektron alış aktlarını tərtib etməzsə, onu nə gözləyir?
  • Vergi orqanları hansı addımları atır? Xərc nəzərə alınırmı?
  • Mal qalığında alış aktları hansı rolu oynayır?

Misal 1: Tutaq ki, “AA” MMC əlvan metalların tədarükü ilə məşğul olan hüququ şəxsdir. 2020-ci ilin may ayında 3 nəfərdən metal qırıntılarını tədarük etmişdir və əməliyyatlar rəsmiləşdirilmişdir.

5 may 2020-ci ildə 2.000 manatlıq tədarük etdiyi metala görə alış aktı tərtib etmişdir və 8 may 2020-ci ildə də elektron alış aktı sistemə salınmışdır.

9 may 2020-ci ildə 3.000 manatıq tədarük etdiyi metal qırıntısına görə MMC-də cavabdeh şəxslərin yadından çıxaraq ümumiyyətlə elektron alış aktları tərtib edilməmiş, alış aktı kağız formada hazırlanmışdır.

MMC 10 may 2020-ci ildə tədarük etdiyi 4.000 manatlıq alış aktlarının elektron alış aktlarını 5 gün müddətində yox, gecikdirək 20 may 2020-ci ildə tərtib etmişdir.

Sual: “AA” MMC-də xərclər necə formalaşacaqdır və vergi orqanları tərəfindən hansı maliyyə sanksiyaları gözlənilir.

Birinci halda alınmış 2.000 manatlıq əməliyyat tam qaydalara uyğun aparılmışdır. Yəni kağız formada olan alış aktı 5 gün müddətinə elektron formaya keçirilmişdir. Həmin halda bu, əməliyyat üzrə xərc maddəsi kimi tanınır.

İkinci əməliyyat üzrə elektron alış aktı tərtib edilmədiyinə görə 3.000 manat xərc kimi tanınmayacaqdır. Məcəllənin tələblərinə görə ilkin sənəd olaraq təkcə alış aktları kifayət etmir. Əməliyyatın, sənədləşmənin tamlığı üçün əlavə olaraq elektron alış aktları da olmalıdır.

Üçüncü əməliyyat zamanı 4.000 manat xərc maddəsi kimi tanınacaqdır. Çünki Vergi Məcəlləsində 5 gün müddət qoyulmuşdur, amma bu müddətin pozulmasına görə heç bir maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Sual olunur: Səyyar yoxlama və ya operativ nəzarət zamanı “AA” MMC-ni nə gözləyir?

Məcəllənin 58-ci maddəsinə nəzər yetirək:

“58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları…”

Bu maddənin davamında göstərilir ki, 58.8-ci maddədə qeyd olunan ilkin sənədlər olmadıqda 10, 20 və 40 faizə kimi maliyyə sanksiyarı tərtib edilir.

Yuxarıdakı misalımızın davamı kimi birici halda səyyar və ya operativ nəzarət aparıldıqda 2.000 manatlıq mallara görə heç bir maliyyə sanksiyası tətbiq edilmir. Ona görə ki, alış aktı və elektron alış aktı vardır və vaxtında qaydalara uyğun hazırlanmışdır.

İkinci haldakı 3.000 manatlıq mallara görə isə vergi orqanları tərəfindən inventarizasiya aparıldıqda elektron alış aktları olmadığına görə ilkin olaraq 10 faiz maliyyə sanksiyaları tətbiq edilə bilər. 58.8.-ci maddəyə baxanda aydın olur ki, malların alışı alış aktları ilə təsdiq olunduqda maliyyə sanksiyaları tətbiq edilmir. Amma kağız formada olan alış aktlarının 5 günlük hüquqi qüvvəsi var. Yəni əməliyyatın tam olması, malların alışının sübut olunması üçün təkcə alış aktları kifayət etmir, elektron alış aktları da olmalıdır. Sadəcə, yoxlamalar kağız formada olan alış aktlarının tərtib edilməsindən sonra 5 gün müddətində olarsa, onda həmin alış aktları qəbul olunur. Bu zaman vergi ödəyicisinin alış aktlarını sistemə salmaq, elektron alış aktları hazırlamaq üçün hələ bir neçə günü vardır. Baxdığımız halda kağız formasında olan alış aktları malların alışını sübüt edən sənəd kimi tanınır.

Üçüncü halda isə 4.000 manatlıq alış aktlarının elektron alış aktı 5 gündən gec – 10 gün müddətində tərtib edilməsinə baxmayaraq bu məbləğ xərc kimi tanınır və yoxlamalar 20 may 2020-ci ildən sonra aparılarsa, heç bir maliyyə sanksiyası tətbiq edilmir. Çünki qanunvericilikdə elektron alış aktlarının gec əldə edilməsinə görə cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb. Əsas odur ki, malların elektron alış aktı olsun və vergi orqanları onu görsün.

Yoxlamalar 10 may 2020-ci ildən 20 may 2020-ci ilə kimi olan dövrdə aparıldıqda isə buradakı mal qalığını ikinci misalda olan əməliyyatın aqibəti gözləyə bilər.

Nəzərdən keçirdiyimiz problemlərlə qarşılaşmamağın isə bircə var: vergi ödəyiciləri elektron alış aktları tərtib etməli və onları vaxtında sistemə daxil etməlidirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun