Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?

posted in: Xəbər | 0

Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?


Vergi güzəştləri, tətillər, qeyri-rezident, ÖMV, Vergi, EDV, ƏDV, cərimə, vakansiya, Vergi və mühasibatlıq üzrə mütəxəssis, Müxtəlif ölkələrdə vergilər, güzəştlər, vergi tutulmaları, vergi öhdəlikləri, təsisçi, Əvəzləşdirilməyən ƏDV,Sual: Açıq səhmdar cəmiyyətinin qeyri-rezident səhmdarı (fiziki və hüquqi şəxs) öz səhmini digər qeyri-rezidentə (fiziki və hüquqi şəxs) satır. Əvvəlki qeyri-rezidentin adı və səhm payı Nizamnamədə əks olunub. Səhmdar qeyri-rezident öz səhmini digər qeyri-rezidentə satdıqda hansı vergilər yaranır və onların ödənişi necə həyata keçirilməlidir?

Cavab: Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən payının digər qeyri-rezident şəxsə təqdim edilməsi zamanı qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq mənfəət və ya gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (mənfəətdir). İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 104.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

Vergi Məcəlləsinin 149.1.3-cü və 149.1.3-1-ci maddələrinin müddəalarına görə vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxs və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.

Mənbə: taxes.gov.az


Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Tələbnamə”ni necə yazmalı?

posted in: Xəbər | 1

“Tələbnamə” nədir və necə yazılır?

vergi, "Tələbnamə" nədirTələbnamə ərəb mənşəli “tələb” (istəmək, tələb etmək) və fars mənşəli “namə” (məktub, əsər, bəzən də yazı) sözlərinin birləşməsindən yaranıb. Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahişdir.

Tələbnamə hər hansı bir şeyi tələb etmək, istəmək məqsədilə yazılmış sənəddir. Tələbnamə ərizədən fərqli olaraq, yalnız xahiş-istəmə məqamında yazılır. Onların tərtib formaları, demək olar ki, eynidir.


Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfatı Birliyinə
47 saylı orta məktəbin direktoru Ə.Səfərovdan

Tələbnamə

Son günlər hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dolunun yağması nəticəsində məktəbimizin dam örtüyü yararsız hala düşmüşdür. Təmir–tikinti briqadasını göndərərək bu problemin aradan qaldırılmasında bizə yardımçı olmanızı xahiş edirik.


7 nömrəli dəftərxana mağazasının
direktoruna

Tələbnamə

Aşağıdakı dəftərxana ləvazimatlarını köçürmə yolu ilə buraxmağınızı xahiş edirik:
1. Dəftərxana kitabı-100 əd.
2. Kağıztikən qovluq-100 əd.
3. Kağız üçün qovluq-100 əd.
4. Diyircəkli qələm-30 əd.
5. Diyircəkli qələm içi-100 əd.
6. Adi qələm-30 əd.
7. Xətkeş -30 əd.
8. Yapışqan-40 əd.
9. Pozan-30 əd.
10. Dəftərxana düyməsi-20 əd.
11. Sancaq-20 əd.
12. Deşikaçan-20 əd.
13. Stolüstü təqvim-20 əd.
14. Əlifbalı dəftərçə-20 əd.
15. Qeyd aparmaq üçün kağız-40 dəst
16. Qeyd dəftəri-30 əd.
17. Möhür yastıqçası-10 əd.
18. Möhür boyağı-10 şüşə
19. Mürəkkəb-5 şüşə

Bizim hesabımız: Bakı şəhəri, Muğan Kommersiya Bankının Yasamal rayon şöbəsi hesab № 6854653

Pulun ödəniləcəyinə təminat veririk.

«Fidan» EİB-in direktoru:                                            Ə. Əliyev

Baş mühasib:                                                              N. Abbasov

Faylı yükləyin: Tələbnamə – Nümunə


Həmçinin bax: “Vəkalətnamə”ni necə yazmalı??


Özbəkistanın büdcə işçilərinə yarım il müddətində mükafatlar verilməyəcək

posted in: Xəbər | 0

maliyyə, ƏDV-dən azad EDV, BMHS, vergi,Özbəkistan hakimiyyəti 16 Aprel – 1 oktyabr 2020-ci il tarixinədək büdcə vəsaitlərinə xüsusi maddi stimullaşdırma və direktor Fondu tərəfindən əlavələrin və mükafatların ödənilməsini dayandırmışdır. Müvafiq qərar aprelin 16-da Respublika hökuməti tərəfindən qəbul edilib.

Sözügedən norma büdcə təşkilatlarının demək olar ki, bütün əməkdaşlarına şamil edilir. Tibbi və tibbi-sosial müəssisələrin, uşaq evlərinin işçiləri, habelə əməyin ödənilməsinin 1-3-cü dərəcələrinin tətbiq edildiyi hallar istisna təşkil edir.

Cari ilin iyul ayının 1-dək büdcə təşkilatları əsas vəsaitlərin alınması və əsaslı təmir xərclərini dayandıracaqlar. 2020-ci ilin ikinci rübündə bu məqsədlər üçün nəzərdə tutulan xərclər azaldılır və ya daha sonrakı müddətə köçürülür. Bundan başqa, kommunal xidmətlərin ödənilməsi, ərzaq, dəftərxana mallarının alınması, müxtəlif tədbirlərin keçirilməsi, cari təmir və digər məsrəflərlə bağlı xərclər də azaldılır.

Büdcə müəssisə və təşkilatlarının işçilərinin maddi stimullaşdırılması fondu 1995-ci ildə yaradılmışdır. Onun vəsaitləri əməkdaşların əmək haqqına əlavələrin və mükafatların müəyyən edilməsinə yönəldilir. Fond 1996-cı ildən respublika büdcəsinin vəsaiti hesabına formalaşır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Adına VÖEN olan şəxslərə müavinətlərdən imtina edilməsinə aydınlıq gətirilib

posted in: Vergi, Xəbər | 0

VÖEN necə ləğv edilməlidir, Vergi ödəyicisi, Vergi hesabatlarının vaxtı, ödənilmiş vergi, DTA-02 forması, verginin nəzərə alınması, vergi məbləği, Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi bəzi anlaşılmazlıqlar yaradıb. Məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirib.

Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Nazirlər Kabinetinin 127№-li 7 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur. Bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır. Başqa sözlə, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir.

N.Dərgahov dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilməsi barədə də məlumat verib. Qeyd edib ki, bugünə qədər 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramdan yararlanıblar. Onu da əlavə edib ki, bir sıra sahibkarlar maliyyə dəstəyi proqramına qoşulmaq üçün İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub göndərmək əvəzinə, maliyyə dəstəyi almaq üçün İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə məktubla müraciət edirlər. Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər. Həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaqdır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun