Read More9
Read More9

183 saylı “Digər uzunmüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müasir biznes mühitində investisiyalar təşəbbüskarlıq və strateji idarəetmənin ayrılmaz hissəsidir. Müəssisələrin uzunmüddətli maliyyə planlamasında öz yerini alan kapital qoyuluşların düzgün uçotu, maliyyə hesabatlarının şəffaflığı baxımından zəruridir. Bu baxımdan, 183 saylı “Digər uzunmüddətli investisiyalar” hesabının iqtisadi məzmununun, normativ əsaslarının və mühasibat yazılışlarının öyrənilməsi vacibdir.

Maliyyə qoyuluşlarının ödəmə müddətinə görə təsnifatı

Kommersiya müəssisələrinin təsisçiləri, müəssisənin sərbəst vəsaitindən və mənfəətindən öz mülahizələri ilə istifadə edə bilərlər (məsələn, başqalarının səhmlərini, əmlakını almaq və ya borc vermək). Maliyyə qoyuluşları – faiz, dividend və ya aktivlərin dəyərinin artırılması şəklində əlavə gəlir əldə etmək məqsədi ilə müəssisənin aktivlərə investisiyalarıdır.

Maliyyə qoyuluşları ödəmə müddətinə görə qısamüddətli (12 aya qədər) və uzunmüddətli (12 aydan çox) kimi təsnif edilir. Qısamüddətli investisiyalar yaxın gələcəkdə, adətən bir ilə qədər pula çevrilə bilən investisiyalardır, uzunmüddətli investisiyalar isə daha uzun, adətən bir ildən çox saxlama müddətini nəzərdə tutur. Qoyuluşların hansı kateqoriyaya aid olduğu müəssisə tərəfindən dəqiq müəyyən edilməli, mühasibat uçotunda müvafiq hesablarda uçota alınmalıdır.

Hesablar planı, 18-ci maddə: məzmunu, tərkibi.

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar, uzunmüddətli verilmiş borclar, digər uzunmüddətli investisiyalar və sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı ümumiləşdirilmiş məlumatlar hesablar planının  18-ci maddəsinə (“Sair uzunmüddətli maliyyə aktivləri”) aid olan hesablarda uçota alınır. 183 saylı “Digər uzunmüddətli investisiyalar” hesabı bu hesablardan biridir.

Bu maddənin əhatə etdiyi hesablarda, bir ildən çox müddətə:

  • törəmə müəssisələrə qoyulan uzunmüddətli investisiyalar, yaxud;
  • başqa müəssisələrin kapitalına qoyulan uzunmüddətli investisiyalar, habelə;
  • başqa müəssisələrə verilən uzunmüddətli borclar əks etdirilir.

Hesablar planının “Sair uzunmüddətli maliyyə aktivləri” maddəsinin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 19.1-ci maddəsi ilə müəyyən edilib. Bu hesablar aşağıdakılardır:

183 saylı hesabın məzmunu və funksiyası

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na  uyğun olaraq 183 saylı hesabda aşağıdakı investisiya aktivləri əks olunur:

  • Törəmə müəssisələrə investisiya qoyuluşları;
  • MHBS 9-un əhatə etdiyi FVPL və FVOCI kateqoriyalarına aid investisiyalar;
  • 181 və 182 saylı hesablara aid edilməyən uzunmüddətli maliyyə aktivləri.

FVPL (Fair Value Through Profit or Loss) və ya FVOCI (Fair Value Through Other Comprehensive Income) kateqoriyasına daxil olan investisiyalar ədalətli dəyərlə qiymətləndirilir və münasib gəlirlər ya mənfəət/zərər (FVPL), ya da məcmu gəlir (FVOCI) kimi tanınır.

Bu hesabın təyinatı, idarəetmə funksiyası daşımayan, lakin müəssisənin kapital bölmələrinə qoyduğu uzunmüddətli səhm və ya investisiya alətlərini izləməkdən ibarətdir.

Digər uzunmüddətli investisiyalar hesabı üzrə uçotun tənzimlənməsi

Aktiv hesab olan 183 saylı “Digər uzunmüddətli investisiyalar” hesabı üzrə tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 19-cu bölməsinin uyğun bəndləri əsasında aparılır:

  • ədalətli dəyərində dəyişiklik olduqda, qaydaların 19.13 və 19.14-cü bəndləri;
  • satış məqsədi ilə saxlanılan aktivlər hesabına keçirildikdə, 19.15-ci bənd;
  • digər uzunmüddətli investisiyalar satıldıqda, 19.16-ci bənd;
  • hesablaşma tarixi metodu tətbiq edildikdə, 19.17-ci bəndi;
  • əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış qiymətdəndüşmə zərərləri, qaydaların 19.18 bəndi;
  • əvvəllər ədalətli dəyərində yaranmış dəyişikliklərin tənzimlənməsi zamanı, 19.19 və 19.20 bəndləri;
  • debitor borclarının müqabilində əldə etdiyi digər uzunmüddətli investisiyalar, 19.21 bəndi;
  • Səhmlərin buraxılması ilə mühasibat uçotu subyektinin əldə etdiyi investisiyalar digər uzunmüddətli investisiyalar meyarına uyğun gəldikdə, 19.22.

183 saylı “Digər uzunmüddətli investisiyalar” hesab üzrə tənzimləmələr zamanı yuxarıda qeyd edilən MHBS 9 (İFRS 9) – “Maliyyə alətləri”-dən başqa aşağıdakı beynəlxalq uçot standartlarının tələbləri nəzərə alınmalıdır:

  • MHBS 13 (IFRS 13)– Ədalətli dəyərin qiymətləndirilməsi: bu standartın tələbinə görə 183 saylı hesabda olan aktivlər bazar qiyməti, oxşar aktivlərə dair qiymətlər, daxili modellərə əsasən qiymətləndirilə bilir.
  • MUBS 32 (IAS 32) – Maliyyə alətləri: Təqdimat: 183 saylı hesabda kapital alətləri (məsələn, idarəetmə payı olmayan səhmlər) əks etdirilir;
  • MUBS 7 (IAS 7) – Pul vəsaitlərinin hərəkəti haqqında hesabat: bu hesabda əks olunan investisiya alış-satışları investisiya fəaliyyəti kateqoriyasında pul axını kimi təqdim edilir.

Praktiki situasiya və mühasibat yazılışları

Situasiya: “XYZ İnvest” MMC 2025-ci il yanvarın 15-də “TexnoXYZ” MMC-nin 15% səhmini 20 000 manat alır. İnvestisiya FVPL kateqoriyasına daxildir. 2025-ci ilin sonunda ədalətli dəyər 22 500 manat olur. 2026-cı ilin iyununda daha 5 000 manatlıq səhm alınır. 2026-cı ilin sonunda qiymət 24 000 manata düşür. 2027-ci ilin aprelində səhmlər 24500 manata satılır.

İnvestisiya Hərəkətinin Xülasəsi

İl Əməliyyat Əlavə kapital Ədalətli dəyər fərqi Satış gəliri
2025 20.000 +2.500 (gəlir) Gəlir
2026 Alış:5.000 –3.500 (zərər) Zərər
2027 Satış: 24.500 500 AZN satışdan mənfəət Gəlir

 

Müxabirləşmələrin cədvəli

Qeyd: 1. Mühasibat yazılışları “XYZ İnvest” MMC-nin mühasibatlığı baxımından aparılıb.

2.Bu cədvəldə satış əməliyyatlı ilə bağlı 5-ci və 6-cı yazılış arasında məntiqi uyğunluq əsasında balans dəyəri və real satış qiyməti ayrı ayrı tanınır: – 24.000 AZN – aktivin mühasibatdakı balans dəyəridir (183 saylı hesabda); – 24.500 AZN – faktiki satış qiymətidir (alıcıdan daxil olan pul); – 500 AZN-lik fərq 611-10 saylı hesabda satışdan mənfəət kimi tanınır.

Tarix Əməliyyat Debet Kredit Məbləğ (manat)
1 15.01.2025 Səhmlərin alınması: ilkin investisiya qoyuluşu 183 223 20 000
2 31.12.2025 Ədalətli dəyər artımı (2025-ci il) gəlir kimi tanınır 183 611-2 2 500
3 20.06.2026 Əlavə səhmlərin alınması: investisiyanın artımı 183 223 5 000
4 31.12.2026 Ədalətli dəyər azalma (2026-cı il): zərər tanındı 731-2 183 3 500
5 20.04.2027 İnvestisiyanın satılması: aktivin mühasibatlıqda balans dəyərinə debitor kimi tanınması 217 183 24 000
6 20.04.2027 Satışdan daxilolma: debitor tələbin ödənilməsi 223 217 24 000
7 20.04.2027 Əlavə daxilolma: satış mənfəətinin tanınması 223 611-10 500

Son nəticə:

  • İnvestisiya qoyuluşları: 20.000 + 5.000 = 25.000 AZN
  • Əlavə gəlirlər (FVPL + satış): 2.500 + 500 = 3.000 AZN
  • Zərər (ədalətli dəyərin azalması): 3.500 AZN
  • Faktiki pul daxilolması: 24.500 AZN
  • Net nəticə: 3.000 gəlir – 3.500 zərər = –500 AZN (ümumi zərər)

Qısamüddətli investisiyaların uçotu haqqında buradan oxumaq olar.

Suvenirlər, aksessuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Bəzək əşyaları, suvenirlər, geyim və aksessuarlar düzəldən və satışı ilə məşğul olan vətəndaş vergi ödəyicisi kimi qeydiyyata alınmadan faəliyyət göstərdikdə hansı vergi öhdəlikləri yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən dövlət büdcəsinə vergi ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun qaydada müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddədə göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı artır

posted in: Xəbər | 0

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Azərbaycanda əmək bazarının inkişafı, bu istiqamətdə normativ – hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan tənzimlənmə mexanizmlərinin tətbiqi daim diqqət mərkəzində saxlanılır.

İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının “ağardılması” məqsədilə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. Bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.

2025-ci ilin oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb.

Oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb. Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.

Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.

Mənbə: vergiler.az

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli aktivlər

Uzunmüddətli aktivlər 12 aydan daha çox müddətdə istifadə olunacaq aktivlərdir. Hesablar planının birinci bölməsinə aid olan uçot hesabları üzrə qeydə alınan belə aktivlərə uzunmüddətli maliyyə investisiyaları, cari dövriyyə aktivləri, qeyri-maddi aktivlər, uzunmüddətli kreditlər və yenidən satış üçün nəzərdə tutulmayan digər aktivlər aid edilə bilər. Satış üçün alınmış uzunmüddətli aktivləri uçota almaq üçün 205 saylı “Mallar” hesabından istifadə etmək məqsədəuyğundur, çünki onlar öz iqtisadi mahiyyətinə görə mallara yaxındır.

Uzunmüddətli maliyyə investisiyalarına aşağıdakılar nümunə göstərilə bilər:

  • qiymətli kağızlara qoyulan məbləğlər;
  • uzunmüddətli depozitlər;
  • uzunmüddətli kreditlər və sair.

Uzunmüddətli aktivlər ədalətli dəyərlə qiymətləndirilir ki, bu da bazar qiymətləri, onların əvəzlənməsi üzrə xərclər, gəlirlilik və digər bu kimi əsasında müəyyən edilə bilər.

Sair uzunmüddətli maliyyə aktivləri

Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli kimi təsnif edilə bilər. Müəssisə qoyuluşların hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən etməlidir.  Sair uzunmüddətli maliyyə aktivlər üzrə əməliyyatlar hesablar planının 18-ci maddəsində açılmış hesablar üzrə uçota alınır. “Sair uzunmüddətli maliyyə aktivləri” maddədə  asılı və birgə müəssisələr istisna olmaqla, digər müəssisələrə qoyulan:

  • uzunmüddətli borclar;
  • investisiyalar;
  • maliyyə aktivləri ilkin dəyəri əsasında uçota alınır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini , subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Həmin qaydaların 19.1 bəndinə görə  “Sair uzunmüddətli maliyyə aktivləri” maddəsinin tərkibində aşağıdakı hesablar açıla bilər:

Hesablar Planının 18-ci maddəsi üzrə açılan hesablar: Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar”, “Verilmiş uzunmüddətli borclar”, “Digər uzunmüddətli investisiyalar”, “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

182 saylı “Verilmiş uzunmüddətli borclar“ hesabı 18-ci maddənin sıraca ikinci hesabıdır. Birinci 181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot haqqında eyni adlı məqaləmizdən oxumaq olar.

“Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

182 saylı hesabda müəssisənin başqa müəssisələrə verdiyi uzunmüddətli (1 ildən artıq olan) pulların yaxud da digər borcların uçotu aparılır. Uzunmüddətli verilmiş borclar dedikdə faiz gətirən dövlət və ya fərdi istiqrazlar, digər müəssisələrə verilmiş borclar nəzərdə tutulur. İstiqraz dedikdə isə müəyyən bir müddətə, təyin edilmiş faiz dərəcəsinə, əsas borcun müddət sonunda bir dəfəyə yaxud başqa bir ödəmə formasına görə geri dönmə sözü verən maliyyə aktivi nəzərdə tutulur.

182 №li “Uzunmüddətli verilmiş borclar“ hesabı aktiv hesabdır. Hesab üzrə mühasibat uçotu subyekti tərəfindən verilmiş uzunmüddətli borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Debitor borclar verilmiş uzunmüddətli borclar kimi təsnif edilən ayrı-ayrı hallar üzrə müxabirləşmələr yuxarıda qeyd edilən qaydaların 19.10 və 19.11 bəndləri ilə tənzimlənir.

Səhmlərin buraxılması hesabına verilmiş uzunmüddətli borclara aşağıdakı mühasibat yazılışları verilir:

Db 302 Kr 301

Db 182 Kr 302

Müxabirləşmələr müvafiq subhesablar üzrə aparılır.

Uzunmüddətli verilmiş borclar ilə bağlı müxabirləşmə nümunələri aşağıda verilib.

Uzunmüddətli borcların verilməsi zamanı müxabirləşmələr

Nümunə:   “A” MMC “B” MMC-ə 2 illik faiz dərcəsi 20% olmaq şərti ilə 40000 manat uzunmüddətli borc vermişdir. Verilmiş uzunmüddətli borcla bağlı “B” MMC il ərzində 4000 manat olmaqla iki ildə 8000 manat faiz ödəməlidir.

Birinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisəyə uzunmüddətli borc verilir 182 – Uzunmüddətli verilmiş borclar 223 – Bank hesablaşma hesabları 40000.00
2 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 Sonrakı il üçün hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi tanınır 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
4 1-ci üçün faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
5 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
6 1-ci il üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00

İkinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 2-ci ilin hesablanan faiz borcu Faizlər üzrə uzunmüddətli debitor borcu kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176- Faizlər üzrə uzunmüddətli debitor borcları 4000.00
2 2-ci ilin Gələcək hesabat dövrünün gəlirləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirilir 442 – Gələcək hesabat dövrünün gəlirləri 542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 2-ci ilin hesablanmış faizləri bank hesabına ödənilir 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
4 1-ci ilin faizlərdən olan gəlirləri maliyyə gəlirləri kimi tanınır 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
5 1-ci ilin maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanılır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00
6 Uzunmüddətli verilmiş borcun hesablaşma hesabına qaytarılması 223 – Bank hesablaşma hesabları 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 40000.00

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

1 151 152 153 154 155 156 157 2. 700
error: Content is protected !!