Read More9
Read More9

Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qeyri-formal məşğulluğun vətəndaşı hansı hüquqlardan məhrum etdiyinə dair suala aydınlıq gətirib:

  • Şəxsin əmək hüquqları və sosial müdafiəsi təmin olunmur;
  • Pensiya kapitalı və sosial sığorta ödənişləri yığılmır – gələcəkdə pensiya almaqda çətinlik yaranır;
  • İşçi əmək mübahisələri zamanı hüquqlarını qanuni şəkildə müdafiə edə bilmir;
  • İşsizlikdən sığorta ödənişləri bu şəxslərə şamil edilmir;

Şəxs ödənişli əmək məzuniyyətindən (həmçinin analıq məzuniyyəti) yararlana bilmir, eləcə də digər dövlət təminatlarından yararlanmaq mümkün olmur.

Rəsmi məşğulluq həm fərdin hüquqlarının qorunması, həm də ümumi rifahın yaxşılaşdırılması baxımından vacibdir.

Mənbə: vergiler.az

102-ci hesabda qeyri-maddi aktivlər üzrə qiymətdəndüşmə zərərlərinin uçotu

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib

posted in: Xəbər | 0

Bu ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20,642 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17,1 faiz artıb, kredit kartlarının sayı isə 6,9 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 faiz artıb.

2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib.

Mənbə: vergiler.az

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabının uçotu: qaydalar və praktik nümunələr

502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə uçot qaydaları və praktiki yanaşmalar

posted in: Xəbər | 0

İşçilər üçün bank kreditlərinin təsnifatı

Müəssisələrin sosial siyasətinin bir hissəsi kimi əməkdaşlara bank kreditlərinin verilməsi halları geniş yayılıb. Bu proses zamanı müəssisə birbaşa kredit alınması zamanı zəmanət verə yaxud vasitəçilik edərək prosesi tezləşdirə bilər. Əgər kreditin geri ödəniş müddəti bir ildən azdırsa, bu kredit 502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabında uçota alınır. Bu hesab işçi borclarının cari öhdəliklər kimi düzgün tanınması və maliyyə hesabatlarında şəffaf əks olunması üçün istifadə edilir.

İşçilər üçün kreditləri ödəniş müddəti 12 ayda çox da ola bilər, belə kreditlər uzunmüddətli kimi xarakterizə olunur. Belliklə, işçilər üçün bank kreditləri müddətinə görə aşağıdakı kimi təsnifat edilə bilər:

  • qısamüddətli kreditlər;
  • uzunmüddətli kreditlər.

Bu məqalədə işçilər üçün qısamüddətli bank kreditlərin 502 saylı hesabda uçot qaydaları və praktiki tətbiq nümunələri təqdim olunur.

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabı isə əməkdaşlar üçün alınmış uzunmüddətli bank kreditlərinin uçotu üçün nəzərdə tutulub.

502 saylı hesabın tətbiqi üzrə tövsiyələr

502 saylı hesab müəssisənin qısamüddətli borc öhdəliklərini  uçota alan hesablardan biridir və passiv hesabdır. Bu hesabda əməkdaşlar üçün təşkil edilmiş (məsələn, nisyə (kreditlə) satılan mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər) bir il və ya daha az müddətə bank kreditləri uçota alınır.

502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı müəssisənin cari öhdəliklərini və işçilərlə maliyyə münasibətlərini izləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hesabdan istifadə zamanı aşağıdakılara diqqət etmək tövsiyyə olunur:

  • kreditin müddəti bir ildən çox olmamalıdır
  • əməkhaqqıdan tutulmalar düzgün sənədləşdirilməlidir
  • faizlər ayrılıqda qeyd olunmalı və tanınmalıdır
  • hesabat dövrləri ərzində borc qalıqları düzgün təqdim olunmalıdır

Kreditin geri ödəniş müddəti keçdikdən sonra borc bağlanmalı, faizlər isə dövr üzrə ayrıca izlənməlidir.

Qısamüddətli bank kreditlərinin uçotu prinsipləri

İşçilərə verilən kreditlərin uçotu zamanı aşağıdakı mərhələlər izlənməlidir:

  1. Kreditin rəsmiləşdirilməsi: kredit müqaviləsinin hüquqi şərtləri – məbləğ, müddət, faiz dərəcəsi, ödəniş qrafiki və əməkhaqqıdan tutulma mexanizmi müəyyən edilir.
  2. Kreditin ödənilməsi: kredit bankdan birbaşa işçiyə və ya müəssisəyə köçürülə bilər. Əgər müəssisə vasitəçidirsə, müəssisə banka borclu olur. Bu zaman həm kredit təşkilatına borc, həm də işçiyə qarşı bu borca görə tələb uçota alınır.
  3. Faizlərin hesablanması və tutulması: Faizlər müvafiq dövr üzrə xərclər kimi tanınır və tutulmalarla bərabər silinir.
  4. Əməkhaqqıdan tutulma: Kreditin əsas məbləği və faiz hissəsi əməkhaqqıdan ayırmalarla geri qaytarılır. Bu zaman 213 və 502 saylı hesablar arasında müxabirləşmələr yaranır.

Bu qaydalar işçilər üçün uzunmüddətli bank kreditləri üçün də keçərlidir (bu zaman 173 və 402 saylı hesablar arasında müxabirləşmə aparılır). Müəssisənin işçi ilə bağlı öhdəliklərini, həm də əməkhaqqıdan tutulma əməliyyatlarını düzgün uçota almaq üçün onları düzgün təsnifat etmək vacibdir. Bu zaman müddət meyarı bu iki hesabı ayıran əsas göstəricidir.

502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə tənzimləmələr

İşçilər üçün alınan qısamüddətli kreditlərin mühasibat uçotu üzrə tənzimləmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. 502 saylı hesab həmin qaydalarla müəyyən edilmiş hesablar planının “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” adlı 50-cı maddəsinə aid olan hesablardan biridir. Digər hesablar bunlardır:

Hesab üzrə verilən müxabirləşmələr tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 40.20-40.24 bəndləri üzrə tənzimlənir.

402 saylı hesab üzrə uçot qeydləri

Əməliyyatın məzmunu Debit Kredit
İşçilər üçün uzunmüddətli bank kreditləri əldə edildikdə (bənd 40.20) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 502 saylı hesab
Uzunmüddətli bank kreditləri kimi təsnifləşdirildikdə (bənd 40.20) 502 saylı hesab 402 saylı hesab
İşçilər üçün qısamüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 40.21) 502 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
İşçilər üçün uzunmüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 40.21) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 502-saylı hesab
Qısamüddətli borclar ödənildikdə (bənd 40.22) 502 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
İşçilər üçün uzunmüddətli bank kreditlərinin üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 40.23) 502 saylı hesab Uzun və qısamüddətli debitor borcları maddələrinin uyğun hesabları, Sair qısamüddətli aktivlər bölməsini 243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 -“Digər qısamüddətli öhdəliklər” hesabları
Qısamüddətli borcların bağışlanılması və silinməsi (bənd 40.24) 502-saylı hesab 631-5: “Digər maliyyə gəlirləri”

Praktik nümunə

“ABC” MMC 01.01.2024 tarixində əməkdaşına 12 aylıq 3000 AZN məbləğində bank krediti təşkil edir. Kredit bank vasitəsilə verilir, hər ay 250 AZN əsas məbləğ və 20 AZN faiz ödənir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Kreditin alınması

 

223: “Bank hesablaşma hesabları” 502: “İşçilər üçün qısamüddətli bank kreditləri” 3000.00
Kreditin əsas məbləğinin işçiyə təqdim edilməsi 213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları” 223: “Bank hesablaşma hesabları” 3000.00

 

Kreditin hesablanmış faizi işçinin borcu kimi uçota alınır 213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları” 537 – “Faizlər üzrə qısamüddətli kreditor borc” 250.00
Hər ayın sonunda işçinin əməkhaqqıdan kredit borcu və faiz tutulur 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borclar”  213: “Əsas idarəedici heyətin qısamüddətli debitor borcları”  270.00
Əməkhaqqıdan tutulmuş kredit məbləği banka ödənir 502: “İşçilər üçün qısamüddətli bank kreditləri” 223: “Bank hesablaşma hesabları” 250.00
Əməkhaqqıdan tutulmuş kredit faizi banka ödənir 537 – “Faizlər üzrə qısamüddətli kreditor borc” 223: “Bank hesablaşma hesabları” 20.00

 

Əməkhaqqıdan aylıq kredit borcu və faizlər hər ay tutularaq yuxarıdakı qaydada mühasibat yazılışları verilir

Sonda qeyd edək ki, audit və maliyyə hesabatlarında şəffaflıq təmin etmək üçün 502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı üzrə əməliyyatların ardıcıl və sənədlərlə əsaslandırılmış şəkildə aparılması tövsiyə olunur.

İşçi vəfat etdikdə dəfn üçün müavinəti kim və necə ödəməlidir?

posted in: Xəbər | 0

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.13-cü bəndinə əsasən, dövlət qulluqçularına ömürlük, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə müavinətlərdən biri təyin edilmiş şəxs və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə onlara dəfn üçün müavinət təyin edilir. Həmin vəsait vəfat edən şəxsin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Əmək qabiliyyətli olub işləyən şəxslər vəfat etdikdə isə Əmək Məcəlləsinə müvafiq olaraq həmin müavinət onun vərəsələrinə ödənilir. Bəs bu ödənişlərin məbləği nə qədərdir? Dəfn üçün müavinət kimə və hansı sənəd əsasında ödənilməlidir? Mövzu ilə bağlı bu və digər suallarına insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir. 

Dəfn üçün müavinəti almaq hüququ olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının icrası ilə əlaqədar 12 iyun 2025-ci il tarixli fərmanına əsasən, 2025-ci il iyulun 1-dən dəfn üçün sosial müavinətin məbləği 600 (altı yüz) manat müəyyən edilib.

Müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkən şəxslərə təyin edilib ödənilir. Həmin müavinətin alınması üçün aşağıdakı sənədlər tələb olunur:

  • Müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
  • Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı (ölüm haqqında şəhadətnamə);
  • Müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
  • Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

İşçi vəfat etdikdə Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən, əmək müqaviləsinə xitam edilir. Bu zaman əmək müqaviləsinin ləğv olunmasına əsas kimi onun ölüm haqqında şəhadətnaməsinin surəti qohumları tərəfindən işlədiyi təşkilata təqdim edilməlidir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilə bilər.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Misal

İşçi 13.06.2025-ci il tarixində vəfat edib. Bu halda işçiyə 13 iyuna qədər işlədiyi günlər üçün əməkhaqqı, qalıq məzuniyyəti varsa, qalıq məzuniyyət pulu və müavinət pulu ödənilir. Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1000 manatdır. Bu halda vəfat edənin vərəsələrinə ən azı 3000 manat müavinət ödənilməlidir:

1000 x 3 = 3000 manat.

“Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər, Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Bəzən işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilmə ilə bağlı müavinətin işçinin əməkhaqqı kartına ödənilməsi halları baş verir ki, bu, qanuna uyğun deyil. Müavinət vərəsələr müəyyən olunduqdan sonra hüquqi vərəsələrə ödənilməlidir.

Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmır, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

  • Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
  • Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
  • Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
  • Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
  • Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
  • İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
  • Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
  • Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.
  • Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Yuxarıdakı ardıcıllıq əsasında vəfat edənin vərəsələri müəyyən olunur və ölüm haqqında şəhadətnamə əsasında vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına (hüquqi vərəsələrinə) müavinət ödənilir. Vəfat etmiş işçinin əmək kitabçası onun ailə üzvlərinə verilir və ya onların tələbi ilə poçtla göndərilir.

Mənbə: vergiler.az

Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?

1 190 191 192 193 194 195 196 2. 700
error: Content is protected !!