Azərbaycanda 2 ayda vətəndaşlara 35 milyon manat ƏDV geri qaytarılıb

posted in: Uncategorized | 0

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 34 milyon 926,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

2 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 1 368,4 min manat təşkil edib.

Mənbə: banker.az

Vətəndaşdan icarəyə götürülən yük maşınına görə vergi necə hesablanır?

Bakıda orta əməkhaqqı 9 %-ə yaxın artıb

posted in: Xəbər | 0

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6 % artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 % artaraq 1102,9 manat təşkil edib.

Mənbə: report.az

Vətəndaşdan icarəyə götürülən yük maşınına görə vergi necə hesablanır?

Vətəndaşdan icarəyə götürülən yük maşınına görə vergi necə hesablanır?

posted in: Xəbər | 0

Vergi orqanlarında qeydiyyatda olmayan şəxsdən (sıravi vətəndaşdan) yük maşını icarəyə götürmək istəyirik. İcarə müqaviləsinin dəyərini ödəmə mənbəyində vergi daxil olmaqla 3.000 manata razılaşmışıq. Sualımız budur ki, biz həmin müqavilə üzrə ödəmə mənbəyində nə qədər vergi tutmalıyıq və bu tutulmadan sonra icarəçiyə hansı məbləğdə icarə haqqı ödəməliyik?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlirdən bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, 3.000 manat icarə haqqından ödəmə mənbəyində (3.000 x 14%) 420 manat vergi tutularaq büdcəyə, 2.580 manat (3.000-420) isə fiziki şəxsə ödənilməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə www.taxes.gov.az səhifəsindəki “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,9 % artaraq 706,1 milyon manat olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 8,4 % artaraq 37,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12 % artaraq 29,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % azalaraq 163,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 5,4 % azalaraq 115,7 milyon manat təşkil edib.

Mənbə: report.az

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabının uçotu: qaydalar və praktik nümunələr

1 17 18 19 20 21 22 23 2. 679