Read More9
Read More9

Sahibkarlıq subyektində vergi yoxlaması neçə gün davam edir?

posted in: Xəbər | 0

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti isə iri sahibkarlarda beş iş günündən, orta, kiçik və mikro sahibkarlarda üç iş günündən çox olmamalıdır. İri, orta, kiçik və mikro sahibkarların meyarları “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna uyğun müəyyən edilir. Belə olan halda, əgər növbədənkənar yoxlama keçirilməsi üçün vergi orqanı tərəfindən verilmiş qərarda yoxlama müddəti 30 gün göstərilibsə, bu, qanun pozuntusu sayılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, bu qanun vergi yoxlamalarına şamil edilmir.

Əlavə olaraq qeyd olunub ki, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında (Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının keçirilmə müddəti 30 iş günündən artıq olmamalıdır, lakin müstəsna hallarda yuxarı vergi orqanı tərəfindən bu müddət 90 iş gününədək uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 38.2-ci və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddələri

Mənbə: vergiler.az

401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı üzrə uçot

 

401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Mühasibat uçotu subyektlərində uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər Hesablar Planının 40-cı maddəsi üzrə açılmış hesablarda uçota alınır.

Faiz xərci yaradan öhdəliklər öhdəliklərin xüsusi növüdür. Bank kreditləri belə öhdəliklərə bariz nümunə ola bilər. Banklar, bank olmayan kredit təşkilatları borc pul verilməsi sahəsində lisenziya almış, real borc vermək potensialına malik, verilmiş borcların alınmasını həyata keçirə biləcək gücə malik şəxslərdir. Bankların olduqca fərqli fəaliyyət istiqamətləri olsa da, əsas fəaliyyətləri aşağı dərəcə ilə cəlb etdikləri əmanətləri yuxarı dərəcə ilə kredit kimi başqa şəxslərə verməklə faiz gəliri əldə etməkdir.

Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin, kreditorlarının müdafiəsinin gücləndirilməsi, bütövlükdə bank sisteminin stabil, təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəetmə, fəaliyyətinin tənzimlənməsi, ləğv edilməsi prinsipləri, qaydaları, normaları “Banklar haqqında” AR qanunu  ilə tənzimlənir.

Uzunmüddətli bank kreditləri hesabı üzrə uçotun tənzimlənməsi

Bank kreditləri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Qaydaların 34.1-ci maddəsinə görə  40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər.

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə (40-cı maddə) bir-neçə uçot hesabı açıla bilər. Onlardan biri 401 saylı “Uzunmüddətli bank kreditləri” hesabıdır.

401 №-li “Uzunmüddətli bank kreditləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan bank kreditləri haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı öhdəlik hesabıdır.

Uzunmüddətli bank kreditləri yarandıqda, həmçinin uzunmüddətli bank kreditləri qısamüddətli bank kreditləri kimi təsnifləşdirildikdə həmin qaydaların 34.2.-ci bəndilə nizamlanır.

Uzunmüddətli bank kreditləri üzrə müsbət, mənfi məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 34.3.-cü bəndi ilə tənzimlənir.

Uzunmüddətli bank kreditləri:

  • qısamüddətli bank kreditləri kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə həmin qaydaların 34.4.-cü bənd;
  • üçüncü şəxs tərəfindən ödənildikdə isə 34.5.-ci bəndi tətbiq olunur.

Aşağıda 401 №-li “Uzunmüddətli bank kreditləri” hesabı ilə bağlı müxabirləşmə nümunələri verilib.

Bankdan uzunmüddətli kredit alındıqda və qaytarıldıqda müxabirləşmələr

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll olunub. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 17% – dir. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 80000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 6800.00
4 Bank krediti üzrə ilk ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
5 Bank krediti üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

İkinci il uzunmüddətli bank krediti belə uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
2 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 6800.00
3 Bank krediti üzrə ikinci ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
4 Bank krediti üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
5 Bank krediti üzrə ikinci ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
6 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

Uzunmüddətli bank kreditlərinin qısamüddətli bank kreditləri kimi təsnifləşdirilməsi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Fevral ayında bankdan 35000 manatlıq kredit götürməklə pul problemi həll olunub. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 15% razılaşdırılıb. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 35000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 2625.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 2625.00

Lakin may ayında müqavilədə edilən dəyişikliyə əsasən bank krediti ilin sonuna qədər tamamilə ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli bank krediti qısamüddətli bank krediti kimi təsnifləşdirildikdə 401 – Uzunmüddətli bank kreditləri 501 – Qısamüddətli bank kreditləri 35000.00
2 Faiz xərclərində düzəliş edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 2625.00
3 Faiz xərclərində düzəliş edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 2625.00
4 Bank krediti üzrə əsas məbləğ ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 35000.00
5 Bank krediti üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 5250.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 5250.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 5250.00

Bank kreditləri barədə daha ətraflı məlumat üçün  buraya keçid  ala bilərsiniz.

Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

Azyaşlı uşağı olan valideynlərə vergi güzəşti tətbiq olunurmu?

posted in: Xəbər | 0

Hər ikisi işləyən ər və arvadın himayəsində iki azyaşlı uşaq var. Bilmək istərdik ki, valideynlərdən hansısa birinə vergi güzəşti  tətbiq edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Əlavə olaraq, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Sorğuya cavab olaraq bildirilib ki, himayədə olan şəxslərin sayı iki nəfər olduqda, Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi

Mənbə: vergiler.az

Balıqçılıq sahəsində vergi güzəştləri

Balıqçılıq sahəsində vergi güzəştləri

posted in: Xəbər | 0

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də balıqçılıq məhsullarının istehsalına aiddir. Artıq bu ildən həmin sektorda istehsal edilən məhsullar da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə o deməkdir ki, kənd təsərrüfatı sektoruna aid edilən müddətsiz vergi güzəştləri balıq və balıqçılıq məhsullarına da şamil olunur. 

Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Vergi Məcəlləsinin “kənd təsərrüfatı məhsullarının istehsalı” anlayışını tənzimləyən 13.2.60-cı maddəsinə edilmiş əlavəyə əsasən, bu maddənin və Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal üçün nəzərdə tutulan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulur.

Qeyd edək ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sektoru bu ildən etibarən əksər vergilər üzrə ödəmələrdən azad edilib. O cümlədən 1 yanvar 2026-cı il tarixdən balıq məhsullarının istehsalı (balıq kürüsünün istehsalı istisna olmaqla) ilə məşğul olan vergi ödəyiciləri mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilib.

Misal

Balıq məhsullarının istehsalı ilə məşğul olan kiçik sahibkarlıq subyektinin 2025-ci il üzrə mənfəəti 60.000 manat təşkil edib. Bu halda, vergi ödəyicisi 12.000 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəyəcək:
60.000 x 20% = 12.000 manat.

Həmin vergi ödəyicisinin 2026-cı il ərzində mənfəəti 60.000 manat olsa da, hər hansı mənfəət vergisi hesablanması həyata keçirilməyəcək. Çünki artıq bu ildən balıqçılıq fəaliyyəti də müvafiq güzəştlərin əhatə dairəsinə aid edilib.

Onu da qeyd edək ki, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları üzrə də güzəşt tətbiq edilir. Yeganə güzəşt tətbiq edilməyən sahə balıq kürüsünün istehsalıdır. Eləcə də balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları üzrə güzəşt tətbiq olunmur.

Mənbə: vergiler.az

Rəqəmsal vergi sistemindən süni intellektə keçid

1 20 21 22 23 24 25 26 2. 679
error: Content is protected !!