2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyekti vergi orqanlarında uçotdan yayınıb

posted in: Vergi, Xəbər | 0

təsərrüfat subyektiHazırda vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, bank hesablarının və POS-terminalların uçota alınması, vergitutma bazasının genişləndirilməsi, uçot bazasının təkmilləşdirilməsi və baza məlumatları ilə vergiödəyicilərinin faktiki vəziyyəti arasında olan kənarlaşmalar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi, baza məlumatlarının aktuallığının təmin edilməsi istiqamətində Vergi Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq vergi nəzarəti aparılır.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Onun sözlərinə görə, uçot-qeydiyyat məlumat bazalarında olan uyğunsuzluqların (risklərin) müəyyən edilməsi iki formada: müəyyən edilmiş risk meyarlarına uyğun fərdi qaydada təhlillər aparılmaqla və Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron qaydada avtomatik olaraq müəyyən edilməklə həyata keçirilir.

“ Artıq bir sıra istiqamətlərdə təhlillər aparılıb, uçotdan yayınan şəxslər müəyyənləşdirilib və qanunvericiliyə müvafiq işlərin görülməsi üçün vergi orqanlarına təqdim edilib. Təhlillər nəticəsində müəyyən olunub ki, 2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb. Uçotda olan təsərrüfat obyektlərini icarəyə verən bəzi vergiödəyicilərinin də uçot məlumatlarında uyğunsuzluqlar aşkarlanıb. Dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları da aşkarlanıb”.

Departament rəhbəri əlavə edib ki, belə faktlar üzrə aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub.

Mənbə: azertag.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsi yenidən hazırlana bilər

posted in: Uncategorized | 0

Vergi MəcəlləsiAzərbaycanda yeni və konseptual vergi məcəlləsi yaradılması təklif olunur.

Belə bir təklif Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səsləndirilib.

“Azərbaycanda vahid və ən azı 2 il ərzində əsaslı dəyişiklik edilməyəcək Vergi Məcəlləsi qəbul olunsun”.

Həmçinin bax: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?

Belə bir təkliflə Millət vəkili, parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, vergi məcəlləsində tez-tez dəyişiklik edilməsi xarici investorları ölkəmizə investisiya yatırmaqdan çəkindirə bilər.

İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bu təklifin əsaslı olduğunu deyib.

Ziyad Səmədzadə onu da bildirib ki, 2019-cu il üçün Azərbaycanın dövlət büdcə layihəsi hökumətə təqdim olunub.

Mənbə: fed.az

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?

posted in: Vergi, Xəbər | 0
güzəştBirinci qrup əliləm və himayəmdə az azyaşlı uşaq var. Muzdlu işlə əlaqədar əldə etdiyim aylıq gəlir 500 manatdır. Bu halda mənə hansı vergi güzəştləri tətbiq edilir?

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, 1-ci və 2-ci qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı»nın  1.9-cu bəndində qeyd edilmişdir ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Eyni zamanda, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən:

Birinci qrup əlil şəxsin əldə etdiyi 500 manat əməkhaqqından əlilliyə görə 200 manat, himayəsində üç nəfərin olmasına görə 50 manat və 2018-ci il üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 173 manat çıxılmaqla qalan məbləğdən 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Vergilər Nazirliyində yeni şöbə yaradıldı

posted in: Vergi, Xəbər | 0

şöbəAzərbaycan Respublikası Vergilər Nazirliyində “Aksizli mallarla iş” şöbəsi yaradılıb.

Xatırladaq ki, hazırda Vergilər Nazirliyində “Mühasibat uçotu” şöbəsi, “Məxfi” şöbə və “Vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir xidməti” şöbəsi fəaliyyət göstərir.Bununla da nazirliyin şöbələrinin sayı 4-ə çatıb.

Mənbə: fed.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.