Kiçik və orta biznesin inkişafı məqsədilə yeni mexanizmlər yaradılır

posted in: Xəbər | 0

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə müəyyən edilmiş hədəflərə nail olunması, ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması prioritet istiqamətlərdəndir. Ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanı ilə «Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOB)  İnkişafı Agentliyi»nin yaradılması da məhz həmin vəzifələrin icrasının   təmin olunması məqsədini daşıyır.

Agentliyin qarşısına qoyulmuş vəzifələr arasında motivasiya tədbirləri mühüm yer tutur. Qurum kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə həm mövcud biznes subyektlərinin inkişafına, həm də yeni subyektlərin yaranmasına, eləcə də müasir çağırışların ölkə iqtisadiyyatına inteqrasiyasına təkan verməli, səlahiyyətli qurum kimi dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etməli, onların rastlaşdıqları problemlərin həllinə kömək göstərməlidir. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı, bir tərəfdən, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən, mövcud biznes mühitində iş adamlarının öz fəaliyyətlərinin düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər həyata keçirilir, onların xarici bazarlara çıxış imkanları genişləndirilir.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə,  beynəlxalq təc­rübədə kiçik və orta sahibkarlara göstərilən xidmətlərin «bir məkan» prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, eyni zamanda həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq, ölkənin rayon və şəhərlərində «biznes evləri»nin yaradılması planlaşdırılır. Əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə bərabər, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun aparılmasına nail olmaqdır.

Bu günlərdə Masallıda agentliyin nəzdində açılmış ilk regional Kiçik və Orta Biznesin Dostu xidmətinin missiyası və fəaliyyətinin başlıca istiqamətləri yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq ediləcək. Bütün ölkə üzrə təşkili nəzərdə tutulan «KOB dostları» şəbəkəsinin tam qurularaq səmərəli fəaliyyətinin təmin edilməsi planlaşdırılır.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Agentliyin yaradılması  özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına verilən önəmin nəticəsidir: «Xüsusilə regionlarda «KOS evləri»nin təşkili, institusional dəstək mexanizmlərinin ölkənin bütün regionları üzrə təmini, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün zəruri olan bütün xidmətlərə vahid məkandan rahat çıxış imkanının yaradılması vacib amildir. Yerlərdə potensial investisiya layihələrinin müəyyən edilməsi və onların təşviqi baxımından «KOB dostları» əhəmiyyətli rol oynayacaq: sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlə yanaşı, onların ehtiyaclarını  öyrənməklə dəstək xarakterli tədbirlər həyata keçiriləcək».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş Maliyyə İnzibatçısı tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə İnzibatçısıPERA INDUSTRIES MMC-yə Baş Maliyyə İnzibatçısı tələb olunur.

İş barədə məlumat

  • Şirkətin maliyyə nəzarəti sisteminə müvafiq sistem və proseslərin təmin olunmasına görə məsuliyyət daşıyır;
  • Şirkətin büdcə planlaşdırması, proqnozlaşdırması və xərclərin idarə edilməsini Şirkətin strateji planı ilə uyğun olmasına nəzarət edir;
  • Effektiv və davamlı maliyyə idarəetmə sistemlərini, siyasətlərini, standartlarını və hesabat tələblərini yaradır və idarə edir;
  • Şirkətin Direktorlar Şurasına zəruri maliyyə hesabatlarının təqdim olunmasına görə məsuliyyət daşıyır;
  • Maliyyələşdirmə xətlərinin mövcudluğunu təmin edir və maliyyə institutları (banklar) ilə münasibətləri proaktiv şəkildə idarə edir;
  • Fəaliyyətinə dair bütün qanunvericilik və vergi tələblərinə riayət olunmasını təmin edir;
  • Direktorlar Şurasına maliyyə sahəsində strateji və əməliyyat məsləhətlərini və dəstəyini təmin edir;

Bax: 1300 manat məvaciblə MÜHASİB tələb olunur

Namizədə tələblər.

  • Baş Maliyyə İnzibatçısı (CFO) Şirkətin maliyyə davamlılığının və maliyyə göstəricilərinin idarəedilməsinə görə məsuliyyət daşıyır.
  • CFO Şirkətin Direktorlar Şurasına strateji maliyyə məsləhətləri təqdim edəcək və gələcək maliyyə strategiyalarının formalaşdırılmasında əsas rol oynayacaqdır;
  • Ali təhsil;
  • Bu sahə üzrə iş təcrübəsi tələb olunur;
  • Əmək haqqı: razılaşma yolu ilə;

E – mail: rena-h@yandex.ru

Mənbə: jobsearch.az

Həmçinin bax: 1C OPERATOR tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

İndiyə qədər nə qədər yerli investisiyalı MMC elektron qeydiyyatdan keçib?

posted in: Vergi, Xəbər | 0

yerli investisiyalı MMCYerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının tətbiq olunduğu 2012-ci ilin fevralı ayından indiyə qədər 27 mindən çox hüquqi şəxsin və yaxud ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3%-inin qeydiyyatı bu üsulla aparılıb.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Vergilər Nazirliyi tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək “Elektron xidmətlərin siyahısı”na daxil edilib. Bu xidmətlərdən 26-sı məhz Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4%-i elektron qeydiyyatdan keçib”, – o qeyd edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ə.Məmmədovun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı MMC-lərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq.

“Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub”, – o bildirib.

Həmçinin bax: Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxslərin uçotdan çıxarılmasıVergilər Nazirliyi fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlayır.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini (proqram təminatında maksimum 5 il müddət müəyyən olunub) uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır. Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır”, – deyə o, qeyd edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün “münbit” şərait yaradır.

“Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür”-, deyə baş direktor bildirib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.