Kadr uçotunun avtomatlaşdırılması (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Kadr uçotunun avtomatlaşdırılmasıKadr uçotunun avtomatlaşdırılması (2-ci hissə)

İldən ilə kadr uçotu sahəsi daha da mürəkkəbləşməkdə davam edir. Əmək qanunvericiliyi isə sərtləşmə istiqamətində dəyişir. Həmçinin şirkətlərin genişlənməsi də öz rolunu oynayır, hansı ki, daha çox adamları işə götürürlər.

Təbii ki, şirkət nə qədər böyük olursa – bütün müasir standartlara cavab verən kadr uçotu sistemini yaratmaq, bir o qədər mürəkkəbləşir.

Həll yolu kadrlar kargüzarlığının avtomatlaşdırılması ola bilər.

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun.

Kadrlar uçotunun avtomatlaşdırılması proqramları

Bazarda kadr kargüzarlığı avtomatlaşdırılmasında istifadə olunan çoxsaylı proqramlar mövcuddur. Onlardan hansılarının sizdən ötrü yararlı olub-olmadığını bilmək üçün həmin sinif proqramları ilə tanış olmaq lazımdır:

Sistemlər çoxluğu. Bunlar yardımçı kompüter proqramlarıdır, hansı ki, uçotun aparılmasını təmin edir. Misal üçün, ştat cədvəlinin, iş və məzuniyyət vaxtının, işə qəbul və işdən çıxarılmanı və s. uçotu. Bu cür sistem çoxluğu kiçik müəssisələrdən ötrü daha yararlıdır: öz sadəliyi və ucuzluğu ilə.

HRM- sistemləri. Bunlar kadlar uçotunun avtomatlaşdırılması üzrə tapşırıqları həll edən böyük sistemlərdir. Bundan əlavə, həmin sistemlər işçilərlə bağlı ən müxtəlif məlumatları qoruyub saxlayan sistemlərdir: ayrılıqda götürülmüş hər bir işçinin karyera uğurlarından başlamış, onun təhsili və hətta motivasiyasına qədər hər şeyi ehtiva edir.

WFM – sistemləri. Bu sistemləri HRM sistemlərlə müqayisə etsək, aydın olur ki, bunlar yalnız strateji məsələləri deyil, həm də taktiki məsələləri həll edə bilirlər. Bu sistemin funksiyaları daha böyükdür və o, HR mütəxəssisinə personalın idarə olunmasından ötrü əlavə təsir imkanları verir.

HCM – sistemləri. Bu sistemlər personalın yalnız say göstəriciləri ilə deyil, həm də keyfiyyət göstəriciləri işləyə bilirlər. Yəni, bütün aspektləri nəzərə alan vahid yanaşma tətbiq etməklə, iş proseslərini daha çevik idarə etməyə imkan yaradır. Bu şirkətlətin məhsuldarlığını əhəmiyyətli şəkildə yaxşılaşdırır. Bəzi tədqiqatlara görə minimum 15%. Bu isə nəhəng şirkətlər üçün böyük rəqəmdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Necə seçim etməli

Kadr uşotunu avtomatlaşdırmağa başlamazdan öncə biznesin büdcə və tələbatını öyrənmək lazımdır. Kiçik müəssisələr üçün bahalı HR- sistemlər almağa lüzum yoxdur. Sistemlər çoxluğu olmadan da tam şəkildə keçinmək olar, hansı ki, əmək qanunvericiliyinin ən yeni tələbləri nəzərdə tutulub.

Misal üçün, “Vergi ödəyicisi” sisteminə diqqət yetirməyinizi tövsiyə edirik. Həmin sistem kiçik biznesin qarşısında duran məsələlərin həllinə yaxşı yarayır, həm də pul kisənizə zərər yetirmir.

Orta biznes üçün isə tamamilə başqa tələblər irəli sürülür. Burada sizin köməyinizə şirkətlər üçün 1C proqramı çata bilər, hansı ki, bazarda şəriksiz lider hesab olunur. Eləcə də “1C: Əməkhaqqı və personalın idarə olunması”, “1C-Personalın qiymətləndirilməsi” və s. bu kimi proqramlar geniş populyarlıq qazanıb.

Oracle şirkətinin proqramları da bir çox işlərə yarayır. Məs, Oracle HRMS. O, məqsədyönlü və keyfiyyətli idarəetmə üçün yararlıdır. Əgər büdcəniz imkan verirsə, onda bu kimi sistemlər kadrlar kargüzarlığını əhəmiyyətli dərəcədə sadələşdirə bilər.

Həmçinin bax: Kadr uçotunun aparılmasını necə təşkil etməli?

Yekun

Uçotu təbii ki, “köhnə qayda” ilə də aparmaq olar. Lakin, bu cür üsullar sizin biznesinizin inkişafını çox tormozlayacaq. Nəzərə almaq lazımdır ki, əmək qanunvericiliyi ildən ilə daha da sərtləşdirilir. Və kadrlar uçotunu avtomatlaşdırmadan bir gün siz dövlət orqanlarının tələbləri üzündən öz biznesinizi itirmək riski ilə üz-üzə qala bilərsiniz.

Avtomatlaşdırılmış uçot sistem olmadan siz hər gün pullar itirirsiniz. Buna dəyərmi? Və kadr uçotunun avtomatlaşdırılmasına pul qoymaq zamanı gəlib çatmayıbmı – bunu yalnız Siz həll edə bilərsiniz.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmək müqaviləsinə xitam verilməsinin əsasları

posted in: Müqavilələr, Xəbər | 1

Əmək müqaviləsiƏmək müqaviləsi

  • Əmək müqaviləsi sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
  • On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
  • Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
  • Əmək müqaviləsi yazılı formada bağlanır.
  • Əmək müqaviləsi nümunəvi formaya uyğun tərtib edilə bilər.
  • Əmək müqaviləsinin nümunəvi forması Əmək Məcəlləsinə əlavə edilir.
  • Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəfərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi
    işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
  • Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
  • Əmək müqaviləsi bağlanarkən işçidən əmək kitabçası, dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), şəxsiyyətini təsdiq edən sənəd və zəruri olduqda təhsil haqqında sənəd tələb olunur.
  • İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunmalıdır.

Həmçinin bax: İşçinin əsas vəzifələri nədir?

Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veriləbilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar ;

d)tərəflərin iradəsindən asılı olmayan hallar;

e)tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Mənbə: economy.gov.az

Həmçinin bax:

Mənbə: economy.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mənzil satışından tutulan vergi

posted in: Vergi, Xəbər | 0
MənzilMənzil satışından tutulan vergi

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini satan şəxslər vergi öhdəliklərini yerinə yetirməzsə…

2018-ci ilin yeddi ayı ərzində mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısından dövlət büdcəsinə 22 milyon 875,3 min manat vergi ödənilib. Yanvar-iyul aylarında notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinə əsasən, ölkənin regionları üzrə mənzil və mülklərin satışından ən çox vergi ödənişləri paytaxt Bakının payına düşür. Bu müddətdə yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısına görə fiziki və hüquqi şəxslər tərəfindən Bakı şəhəri üzrə vergi daxilolmalarının məbləği 18 milyon 50,8 min manat təşkil edib. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan və Mingəçevirdən daxil olmuş vergilərin məbləği 928,2 min manat, Gəncə, Sumqayıt və Xırdalan üzrə 2.386,9 min manat, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə isə 1.509,3 min manat olub.

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Xatırladaq ki, 2016-cı ildə bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslərin vergitutma bazası genişləndirilib. Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Həmin vəsaitlər notarius tərəfindən ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilir. Vergi hesablanarkən alğı-satqı zamanı mənzilin neçəyə satılması heç bir əhəmiyyət daşımır. Fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsini satarkən, mənzilin satış qiymətindən asılı olmayaraq, hər kvadratmetrə görə 15 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidir.  Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunur.

Cədvəldən də göründüyü kimi, mərkəzdən kəndlərə doğru mənzil satışı ilə bağlı verginin məbləği azalır.

 

Zonalar

Zona əmsalı Baza məbləği Vergi məbləği

B  A  K  I       Ş  Ə  H  Ə  R  İ

Zona-1

4,0

15 manat

60 manat

Zona-2

3,0

15 manat

45 manat

Zona-3 və 4

2,2

15 manat

33 manat

Zona-5 və 6

1,8

15 manat

27 manat

Zona- 7, 8 və 9

1,5

15 manat

22,5 manat

Zona-10, 11 və 12

1,2

15 manat

18 manat

D  İ  G  Ə  R         R  E  G  İ  O  N  L  A  R

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15 manat

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

15 manat

7,5 manat

 

 

Beləliklə, Bakının mərkəzi hissəsində, yəni 1-ci zonaya aid ərazilərdə mənzil satılarkən onun hər kvadratmetrindən tutulan vergini hesablamaq üçün 15 manat baza məbləği 4-ə vurulmalıdır. Bununla da yaşayış sahəsi 100 kvadratmetr olan mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği bu cür hesablanmalıdır:

 

100 m2 (mənzilin sahəsi) x 15 manat (baza məbləği) x 4 (zona əmsalı) = 6 000 manat.


Həmçinin bax: Verginin sıfır (0) dərəcəsi ilə tutulması

Mənzilin dəyişdirilməsi də vergiyə cəlb olunur

Yeri gəlmişkən, son illər Azərbaycanda mənzillərin barter üsulu ilə alğı-satqısına da maraq artıb. Xüsusən də daşınmaz əmlak agentlikləri vasitəsilə yayılan elanlarda mənzillərin barter üsulu ilə satışı, yəni dəyişdirilməsi təklif olunur. Hətta ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən mənzillərin paytaxda eyni növ mülkə dəyişdirilməsini təklif edənlər də var. Qanunvericiliyin tələblərinə görə, barter üsulu ilə alğı-satqı olunan mənzillərdən də eyni qayda ilə sadələşdirilmiş vergi tutulur. Bu zaman dəyişdirilən iki mənzil alğı-satqı obyekti sayıldığından, hər iki mülkün satıcı qismində çıxış edən sahibi müvafiq qaydada vergi ödəməlidir.

Qeyri-yaşayış sahələri olan zirzəmilərin satışından tutulan verginin məbləği də təxminən eyni qaydada hesablanır.  Yeganə fərq ondadır ki, qeyri-yaşayış sahələrinin alğı-satqısı zamanı hesablanmış vergi məbləğinə əlavə olaraq 1,5 əmsal tətbiq edilir. Məsələn, 6-cı zonaya aid edilən metronun «Neftçilər» və ya «Koroğlu» stansiyaları ətrafında  şəxsi mülkiyyətində olan 300 kvadratmetr zirzəmini satmaq istəyərkən mülk sahibi notarius vasitəsilə ödəyəcəyi sadələşdirilmiş vergini belə hesablamalıdır:

 

300 m2 (zirzəminin sahəsi) x 15 manat x 1,8 x 1,5 = 12 150 manat.

 

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı  müqavilələrini  təsdiq  edən  notarius  tərəfindən  hesablanaraq tutulur və 1  bank  günü ərzində dövlət  büdcəsinə ödənilir. Vəsaitin ödənilməsi  barədə «Yaşayış  və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan  sadələşdirilmiş  verginin  bəyannaməsi»  hesabat  ayından sonrakı  ayın  20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. Mənzillərin satışı zamanı vergi bəyənnaməsinin və arayışın təqdim edilməməsinə görə daşınmaz əmlakını satışa çıxaran fiziki şəxslərə qarşı 40 manat  cərimə tətbiq olunur.

Bu əmlakların təqdim edilməsi vergidən azaddır

Qeyd edək ki, bu qaydalar bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsinə aid deyil. Yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2016-cı il yanvarın 1-dən, torpaq sahələrinin təqdim edilməsi isə 2017-ci il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Burada vergi torpağın, yaşayış və qeyri-yaşayış yerinin sahəsinə (ölçüsünə), yerləşdiyi əraziyə əsasən hesablanır.

Aşağıdakı hallarda torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:

  • fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi;
  • daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi;
  • əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Mühasibat uçotu haqqında” Qanunun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotuAZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A  R

№ 410

Bakı şəhəri, 22 sentyabr 2018-ci il

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 66-cı hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Mühasibat uçotunun aparılması həyata keçirilir, maliyyə, vergi və statistik hesabatlar tərtib və təqdim edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.12-ci bəndinin birinci cümləsinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

3. “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, № 9, maddə 1598; 2017, № 3, maddə 513; 2018, № 1, maddə 119) ilə təsdiq edilmiş “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları”nın 4.5-ci bəndində “maliyyə-mühasibat” sözü “mühasibat” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 avqust tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 563; 2006, № 5, maddə 463) ilə təsdiq edilmiş  “Azərbaycan  Respublikası Gənclər  və  İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsi”nin 5.2-ci bəndində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”nin 7.3-cü bəndində “mühasibat” sözü (ikinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 965; 2005, № 11, maddə 1076; 2006, № 1, maddə 59; 2009, № 4, maddə 290, № 10, maddə 846; 2012, № 9, maddə 942; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 793) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 1.1-ci bəndindən “, Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 mart tarixli 43 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 256; 2006, № 11, maddə 994; 2014, № 10, maddə 1306; 2015, № 6, maddə 808; 2018, № 3, maddə 594) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 mart tarixli 57 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 262) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumlarına onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən nəzarətin həyata keçirilməsi Qaydaları”nın 7-ci, 8-ci və 9-cu hissələrində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 779; 2006, № 11, maddə 994; 2014, № 10, maddə 1304; 2015, № 6, maddə 809; 2018, № 3, maddə 595) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 49; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nın 4.1.2-ci yarımbəndində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

11. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 186; 2016, № 11, maddə 1959) ilə təsdiq edilmiş “Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları”nın 2.4-cü bəndinə “Mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 131; 2014, № 10, maddə 1305; 2018, № 3, maddə 596) ilə təsdiq edilmiş “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.4-cü yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503, № 7, maddə 1474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 avqust tarixli 343 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın 5.1-ci bəndində “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”a” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 449; 2014, № 10, maddə 1307; 2018, № 3, maddə 597) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 79 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 387; 2014, № 10, maddə 1308) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi”nin 5.5-ci bəndində “mühasibat” sözü (ikinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

16. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 603; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

16.1. 1-ci bənddə “Azərbaycan Respublikasının mühasibat uçotu haqqında” sözləri “Mühasibat uçotu haqqında” sözləri ilə əvəz edilsin və həmin bənddən “, “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” sözləri çıxarılsın;

16.2. 7-ci bənddə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyul tarixli 301 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2-ci bənddə “Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına” sözləri “bu Qayda ilə müəyyən edilmiş formaya” sözləri ilə əvəz edilsin;

17.2. 1-ci bənd ləğv edilsin;

17.3. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 48; 2011, № 12, maddə 1251; 2014, № 10, maddə 1286; 2017, № 3, maddə 504) ilə təsdiq edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın 3.4-cü bəndindən “2007-ci il 27 iyun tarixli” sözləri çıxarılsın.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 474; 2012, № 9, maddə 917; 2016, № 5, maddə 960, № 8, maddə 1427, № 10, maddə 1734; 2017, № 2, maddə 281) ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

19.1. 2-ci bəndə “kredit təşkilatları” sözlərindən sonra “, mikro” sözü əlavə edilsin;

19.2. 4-cü bənddə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

19.3. 1-ci bəndə “hazırlayan” sözündən sonra “kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin;

19.4. 1.1-ci yarımbənddən “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın və həmin yarımbəndə “səhifəsində” sözündən sonra “və ya mətbu orqanda” sözləri əlavə edilsin;

19.5. 1.2-ci yarımbənd ləğv edilsin;

19.6. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.”;

19.7 aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:

“5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu Qaydaların 5.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir.”.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 249; 2016, № 11, maddə 1964) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın 2.1.2-ci və 4.1.3-cü yarımbəndlərində ismin müvafiq hallarında “balans” sözü ismin müvafiq hallarında “maliyyə hesabatları” sözləri ilə əvəz

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1202; 2015, № 2, maddə 215) ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın 2.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“2.1.3. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

22. “Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1034) aşağıdakı dəyişikliklər edilsin:

22.1. adından və ikinci abzasından “sadələşdirilmiş” sözü çıxarılsın;

22.2. həmin qərarla təsdiq edilmiş “Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları” üzrə:

22.2.1. adından və 1.1-ci bəndindən “sadələşdirilmiş” sözü çıxarılsın;

22.2.2. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.1. Maliyyə  hesabatları  –  mühasibat   uçotu   subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 265 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1140; 2015, № 2, maddə 225; 2017, № 10, maddə 1909) ilə təsdiq edilmiş “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nın 4.3.1-ci yarımbəndinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

24. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1292; 2016, № 4, maddə 789; 2017, № 2, maddələr 288, 320) adından, 1-ci hissəsindən və həmin qərarla təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın adından “mühasibat uçotunu aparmalı və” sözləri çıxarılsın.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1904; 2018, № 3, maddə 587) ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.3- cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin 6.1-ci bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkilinə və aparılmasına dair təlimata” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 iyul tarixli 328 nömrəli qərarı) ilə təsdiq edilmiş “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

27.1. 4.2-ci, 8.5.2-ci və 8.6.2-ci yarımbəndlərə aşağıdakı məzmunda dördüncü abzaslar əlavə edilsin:

“Peşəkar mühasib olmalıdır;”;

27.2. 7.2-ci yarımbəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Peşəkar mühasib olmalıdır (baş mühasib vəzifəsi üçün);”.

28. Bu qərarın 6-cı, 13-cü, 16-cı, 25-ci, 26-cı hissələri və 17.2- ci, 19.2-ci bəndləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri                             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.