1300 manat məvaciblə MÜHASİB tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 1

Mühasib tələb olunurVakansiya: Mühasib

Vəzifə öhdəlikləri:

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;

– Mal-materialların uçotunun aparılması;

– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

– Aylıq maliyyə hesabatlarının hazırlanması;

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;

– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Həmçinin bax: 1C OPERATOR tələb olunur

Tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)

– Yaş həddi: 25-40 yaş

– Azərbaycan, rus və ingilis dili biliyi

– MS Office və 1C (8.3) proqramları üzrə biliklər

– Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı

– Fərdi və komandada işləmək bacarığı

– Dəqiq və sürətli işləmək bacarığı

Həmçinin bax: AKKORD bölgə üzrə mühasib axtarır

İş şəraiti:

– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri

– İstirahət günü: şənbə, bazar günləri

– İşçi korporativ nömrə və naharla təmin edilir

– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 1000-1300 AZN

Maraqlananlar öz şəkilli CV formalarını bstvacancies18@gmail.com / info@finstaff.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Mənbə: jobsearch.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Peşəcə mühasib olan ilk dollar milyarderi (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

dollar milyarderiJohn Davison Rockefeller – təkcə tarixdə ilk dollar milyarderi olmayıb, həm də bütün bəşəriyyət tarixində ən varlı insan olub.

  • Rockefellerin adı o qədər pulla bağlı olmuşdu ki, onunla əlaqəli bütün zarafatlar da elə pulla bağlı idi. Hər gün səhərlər öz bürosunda Rockefeller özünə belə fərasətli görünən ənənəvi bir qeydlə işə başlayardı: “Hə, acınacaqlı olan vəziyyətimizi bir qədər yaxşılaşdırmağa cəhd edək”.
  • Rockefeller çox zəhmətsevər idi, o, işə səhər saat altıda gəlib, axşam onda da gedə bilərdi. Yalnız 60 yaşına çatdıqda, o işlərin bir hissəsini öz müavinlərinə həvalə etdi. Artıq özünə daha çox diqqət ayırmağa başladı. O, qolf oyunu və velosiped sürməklə məşğul olurdu.
  • Bütün həyatı boyu o, xeyriyyəçilik məqsədləri ilə 100 milyard dollara yaxın pul yönəldib. Tibb sahəsində tədqiqatlara xeyli miqdarda pul ayırmışdı. Və onu da demək lazımdır ki, bəşəriyyət penisillin kimi dərmanları məhz, Rockefellerin sayəsində əldə edə bilib. 1938-ci ildə Oksford universitetinin alimləri tədqiqatlar aparmaqdan ötrü Rockefeller fondundan 5 000 dollar qrant almışdılar. Alimlərin səyi nəticəsində penisillin dərmanı bu cür kəşf olunmuşdu.
Həmçinin bax: Mühasib ailənin ulduz övladı
  • Rockefeller geyimə qarşı çox biganə bir şəxs olub. Yaxınlarının yalnız çoxsaylı israrlarından sonra o, kostyumunu dəyişərmiş. Yeməkdə də çox vasvasılıq edib. İsti xörəkləri heç sevməyib, yalnız soyuduqdan sonra onlardan istifadə edib. Con Rockefellerin ən sevimli yeməyi – çörək və süd olub. Yatmazdan öncə isə o, həmişə alma yeyib.
  • Qocalığında John Rockefeller psoriaz xəstəliyinə (dəri xəstəliyi) tutulur. Bu xəstəlik ona elə əzab verir ki, o, bu xəstəliyə qarşı dərman kəşf edənə böyük miqdarda pul mükafatı verəcəyini vəd edir. Lakin, bu günə kimi həmin dərmanı kəşf edə bilən olmayıb.
  • Dünyanın müxtəlif ölkələrindən olan tarixçilər Rockefellerin bioqrafiyası ilə maraqlanıblar, lakin o, həmişə öz şəxsiyyəti və şirkətləri ilə bağlı söhbətlərdən qaçıb. Bir dəfə Nelson Rockefeller (John Rockefellerin doğma nəvəsi) babası ilə müsahibəni öz diplom işinə əlavə etmək istəyib, amma babası bundan imtina edib. Nəvəsinə məktub yazaraq, Standart Oil şirkətilə bağlı müzakirələrin açılmasında maraqlı olmadığını və Nelsonun da buna haqqı çatmadığını bildirib.
  • Ömrünün sonuna yaxın Rockefeller tam dazlaşıb, hətta kirpikləri belə tökülüb. Milyarder parik taxmağa başlayıb. Deyilənə görə onun 100-ə  yaxın pariki olubmuş.
  • Ölümündən əvvəl Rockefeller telefonda Henry Fordla lağlağı edibmiş: bir qədər əylənmək istəyən John həmsöhbətilə cənnətdə görüş təyin edib. Ford gülümsəyərək cavab verib ki, onlar orada da görüşə bilməyəcəklər. O səbəbdən Rockefellerin Fordla indi harada söhbət etdiklərini bilən yoxdur.
  • John Rockefeller 1937-ci il mayın 23-də 97 yaşında vəfat edib. O, Klivlendəki məşhur Lakeview qəbiristanlığında dəfn edilib. Qəbri üzərində hündür abidə ucaldılıb.
  • 1918-ci ildə kəşf olunmuş asteroidə  Rockefellerin adı verilib: (904) Rockfellia.
  • Yerusəlimdə Rokfelliya muzeyi var. Həmin muzeydə Rokfellerin həyatı ilə bağlı hər hansı bir eksponat yoxdur. İş ondadır ki, John bu tarixi binanın və kolleksiyalarının bərpasına vəsait ayırdığına görə, muzeyə onun adı verilib. Mahiyyətcə həmin muzey Fələstində aparılan arxeoloji qazıntılarla bağlı böyük muzeydir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2 mühasib əlbir olaraq 1.4 milyon manat pul mənimsəyib

posted in: Xəbər | 0

pulMaykop şəhər (Rusiya) məhkəməsi tərəfindən iki mühasib Rusiya Federasiyası Cinayət Məcəlləsisinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (əvvəlcədən əlbir olmaqla bir qrup şəxs tərəfindən xidməti vəziyyətdən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmə faktı) bir sıra cinayətlər törətməkdə təqsirli biliniblər. Onlardan birinə məhkəmə, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə 7 il həbs cəzası kəsib, bundan əlavə həmin şəxsə 1,5 il müddətində mühasib vəzifəsi tutmaq da qadağan edilib, ikinci şəxs barəsində isə məhkəmə 5 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Məhkəmədə məlum olub ki, 2014-2016-cı illər ərzində Maykop şəhərində fərdi sahibkarlıqla məşğul olan şəxsin yanında işləyərkən, onlar dəfələrlə qeyri-qanuni yollarla öz sahibkarlarının hesabında olan pul vəsaitlərini öz nəzarətlərində olan hesablara köçürüblər.  Bu cinayəkar fəaliyyətləri nəticəsində onlar biznesmenə 55 milyon rubldan çox (1.4 milyon manatdan çox) zərər vurublar. Eləcə də mühasiblərdən biri bundan əvvəl işlədiyi məhdud məsuliyyətli cəmiyyətdən də 1,5 milyon rubl (təxminən 39.000 manat) vəsait çırpışdırıbmış.

Hadisə barədə prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, məhkəmə hökmü artıq qanuni qüvvəyə minib və hər iki mühasib hazırda həbs cəzası çəkir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

 

9 ayda Gömrük Komitəsi elektron ticarətdən nə qədər rüsum yığıb?

posted in: Xəbər | 0

Gömrük 2018-ci ilin yanvar-sentyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan “Gömrük İslahatları və Modernləşdirilmə” mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min manat, 2017-ci ildə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.