2018-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

bəyannamələr2018-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin sentyabr ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin 3-cü rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Dövlət rüsumu haqqında hesabat cari ilin oktyabr ayının 22-dək vergi orqanına təqdim edilməlidir; notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 3-cü rübü üzrə hesablanmış cari ödəmələr oktyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin sentyabr ayı və 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mal – material üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibVəzifə: Mühasib

İşəgötürən: AS Group Investment LLC

İş qrafiki: 9:00-18:00/bazar ertəsi-cümə

Namizədə olan tələblər:

1. İqtisadiyyat sahəsində ali təhsil ;
2. 3 il müvafiq sahədə iş təcrübəsi ;
3. Kompyuter programlarında işləmə bacarığı ;
4. Yaş həddi 25-40;
5. Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması;

Həmçinin bax: AKKORD bölgə üzrə mühasib axtarır

Vəzifə öhdəlikləri:

1. Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
2. Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
3. AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı;
4. Mühasibat işinin təşkil olunması, sənədlərinin düzgün tərtib edilməsi və s.
Email :  / 

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Mənbə: jobsearch.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

İsveçrə vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemiİsveçrə vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

1-ci hissəni oxumaq üçün bu linkə daxil olun

İsveçrədə hətta əmlak sahibi mənzili və ya obyekti icarəyə verməsə, gəlir əldə etməsə belə, həvalə olunmuş yaşayış sahəsinə görə icarə vergisi ödəməlidir. Belə hallarda məcburi ödəniş vergi orqanları tərəfindən təyin edilmiş formal gəlirdən asılı olaraq, 12%-dən 42%-dək təşkil edə bilər. Verginin dəqiq həcminə gəldikdə, bu, obyektin yerləşdiyi yerdən, növündən və sahəsindən asılı olur.

İsveçrə vergi sisteminin cəlbedici xüsusiyyətlərdindən biri – belə demək mümkünsə vergi tətili götürə bilmək hesab olunur, belədə bəzi vergi növlərinin ödənişindən azad olunmaq və ya məcburi ödəniş həcminin ixtisarı mümkün olur. Bundan ötrü isə İsveçrə ərazisində biznes sahəsi açmaq və orada 10 nəfərdən 20 nəfərə kimi iş yeri yaratmaq lazımdır.

İsveçrədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və daxili dövriyyəsi 100 000 franka çatan fiziki şəxslər və ya təşkilatlar ƏDV (la taxe a la valuer ajoutee) ödəməlidirlər. İsveçrədə ƏDV stavkası Avropa İttifaqında qəbul edilmiş standartlara uyğundur və bu gün üçün 7,6% təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Bütün İsveçrə kantonları öz rezidentlərindən sərvətə görə (lʼimpot sur la fortune) vergi tuturlar. Sənədlərlə təsdiq olunmuş borc öhdəlikləri (məsələn, ipoteka, istiqrazlar) istisna olmaqla, bu növ vergiyə vergi ödəyicisinin bütün aktivləri cəlb olunur.

Stavkalar və vergi bazası kantondan asılı olaraq dəyişir. Məsələn, Sürixdə 500 min İsveçrə frankı həcmində aktivlərə sahib olanlar üçün bu stavka 0,11%, ən yüksək hədd isə 0,66% təşkil edə bilər. Digər kantonlarda isə ən yüksək hədd 0,13% təşkil edir.

İsveçrədə daşınmaz əmlak satışından daxil olan gəlirlər kapital artımına görə (lʼimpot sur les gains immobilers) vergiyə cəlb edilir, bu səbəbdən gəlirə görə vergidən azad olunur. Əmlak satışı ilə bağlı kapital artımına görə vergi yalnız kantonlar səviyyəsində tutulur. Burada vergi stavkası əmlakın istifadəsi müddətindən və satışı zamanı əldə edilən gəlirdən asılı olaraq təyin edilir. Standart stavka 25- 50% civarında tərəddüd edir. Daşınmaz əmlakın dörd il istifadəsindən sonra vergi stavkası tədricən azalmağa başlayır. Vergidən maksimal olaraq 50%-dən 70%-dək azad olunma mümkündür.

Bundan əlavə, İsveçrədə vərəsəlik və ya bağışlama yolu ilə keçən əmlaka görə vergi də mövcuddur ki, o yalnız kantonlar səviyyəsində tutulur. Yalnız, Şvits kantonu istisna təşkil edir, orada vərəsəlik və ya bağışlama yolu ilə keçən əmlaka görə vergi tutulmur.

Əgər vərəsə miras qoyanın yaxın qohumu (arvadı, valideynləri, uşaqları) deyilsə, Tsuq, Appentsel-İnnerroden kontonlarında standart vergi stavkası 20%, Cenevrədə isə 54% təşkil edir.  Lüsern, Nevşatel, Vo kantonları istisna olmaqla digər kantonlarda uşaqlar məcburi ödənişlərdən azad ediliblər. Evli cütlüklər isə bütün kantonlarda bu vergini ödəməkdən azad olunublar. Valideynlər Nidvaldene, Obvaldene, Tsuq və Yure kantonlarında, qardaş və bacılar isə Obvaldene kantonunda bu vergini ödəməkdən azad olunublar.

Bəs İsveçrədə mühasiblərin əməkhaqqı nə qədərdir? 2017-ci ildə İsveçrədə mühasiblər ildə 97500 frank (99450 ABŞ dolları), ayda isə 8125 frank (8287 ABŞ dolları) məvacib alırlar. Hər halda çox yüksək göstəricidir. Maraqlısı odur ki, bu ölkədə həm mühasiblər, həm də müəllimlər polis əməkdaşlarından daha yüksək əməkhaqqı ilə təmin olunublar.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotu – bu elmdirmi? (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotuÖz işlərini elm hesab edən mühasiblərin sayı çox azdır. Baxmayaraq ki, əslində mühasibat uçotu filosoflar tərəfindən işlənib hazırlanmış elmin bütün kriteriyalarına cavab verir. Mühasibat uçotunun niyə elm hesab olunmasına haqqı çatdığını Rusiya Maliyyə nazirliyi yanında mühasibat uçotu üzrə Metodoloji şuranın professoru Y.V.Sokolov izah edir.

Qocalar necə cavab veriblər

Qocalar çoxdur. Mən onlardan birinin, yalnız müəllimim professor N.S. Pomazkovun (1889-1968) cavabını nümunə gətirəcəyəm. Mühazirələr zamanı tələbə qızlardan biri ona yazılı qeyd verdi. Professor mühazirəni saxlayıb, qızın yazdığını oxudu. Tələbə mühasibatlığın elm olub-olmadığını soruşmuşdu. Professor belə cavab vermişdi: “Tramvay gedir. Sürücü əliylə dəstəyi çevirir. Və sənişinlərlə dolu tramvay hərəkət edir. Tramvay sürücüsünün elmi işlə məşğul olduğunu söyləmək gülüş doğurardı. Lakin, elektrik naqillərini, vaqonun özünü, onun mühərrikini və relsləri layihələndirən alimlər olublar”. Və bizə aydın oldu ki, mühazirə yazdıran qoca elmlə məşğuldur, bizlər isə eşitdiyimiz cümlələri qeyd etməklə məşğuluq, yəni elmlə məşğul deyilik.

Bu çox yaxşı dərs oldu və mən həmin dərsi yaddaşımda saxladım. Lakin, həmin vaxtdan çox illər ötüb. Elm inkişaf edirdi və müxtəlif alimlər mənim müəllimimdən əvvəl və sonra buna daha geniş cavab veriblər.

Həmçinin bax: Mühasib peşəsini maraqlı edən 5 fakt

Filosoflar nə deyirlər

Nəyin elm, nəyin isə elm olmadığını filosoflar bilirlər. Onlar müəyyən kriteriyalar işləyib hazırlayıblar və əgər elmlər dəsti həmin kriteriyalara cavab verirsə, onda bu dəstin elmi təşkil etdiyini söyləmək olar.

İndi isə mühasibat uçotuna həmin kriteriyalardan keçirək.

G.F. Hegel (1770-1831) güman edirdi ki, elm hansısa ümumi qanunauyğunluqları qeydə alanda təşəkkül tapır. O, bunları dialektikanın üç qanunu ilə izah edirdi.

Mühasibat uçotu onlara cavab verir. Ziddiyyətlərin vahidliyi qanunu iqtisadi həyat faktlarını debet və kreditin ziddiyyəti kimi qeyd edir; miqdar dəyişikliklərinin köklü keyfiyyətlərə keçməsi qanunu, yeni saldo dövriyyəsinə keçid dinamikasını meydana çıxarır; və inkar qanunu saldo dövriyyələrinin başlanğıc və yekun dövriyyələrinin inkarını qeydə alır.

O. Kont (1798-1857) elmin sistemləşdirilmiş biliklər olduğunu təsdiq edirdi. Çox nadir elm ola bilər ki, bu cür məntiqi təkmil biliyi təqdim edə bilsin. Formal məntiqin bütün dörd qanunu ikili mühasibatlıqda iştirak edir:

  • bərabərlik qanunu – fakt faktdır, əgər o, sənədlə qeydə alınıbsa;
  • ziddiyyət qanunu güman edir ki, bir dəfə etiraf olunan fakta, yenidən baxmaq olmaz;
  • üçüncünü istisna qanunu – dəyərləndirmə düzgün və ya ya qeyri-düzgün ola bilər, – üçüncüyə yer yoxdur;
  • lazımi qədər əsaslandırma qanunu uçotun sənədli əsasını təşkil edir: sənəd yoxdursa – fakt da yoxdur.

Həmçinin bax:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN