Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
O, açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.
“Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, – keçmiş müşavir qeyd edib.
Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir.
Qeyd edək ki, N.Xəlilovun vəzifədən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.
– Təsərrüfat maliyyə fəaliyyətlərinin baş verməsi anında onları əks etdirən ilkin uçot sənədlərinin işin icraçıları tərəfindən (ERP proqramında) tərtib edilməsini təmin edərək nəzarət edir
– Əməliyyat xərcləri, inzibati xərclər və gəlir maddələri üzrə hesabların uçotunu aparır, tələb olunan formatda və müddətdə hesabat və məlumatları təqdim edir;
– Səlahiyyətinə aid olan daxili əməliyyatların gündəlik olaraq analitik uçotunu aparır;
– Ona verilən tapşırıq əsasında debitor və kreditorları üzrə əməliyyatların uçotunu aparır ;
– Əmək haqqı və ona bərabər tutulan ödənişlərin, ezamiyyət xərclərinin hesablanmasını həyata keçirir və ödənilməsinin uçotunu aparır;
– Sifariş edilmiş və alınmış mal-materialların mədaxil və məxaric (sərf) əməliyyatlarının uçotunu və dövri inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
– İcarəyə, müvəqqəti və birdəfəlik istifadəyə verilən vəsaitlərin uçotunun aparır və təqib edir;
– Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
– Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir
və uçotunu aparır;
– Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu, amortizasiyasını və dövri inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
– Məhsulun (mal və xidmətin) maya dəyərinin hesablanmasını həyata keçirir və uçotunu aparır;
– Dövlət bütçəsinə və digər dövlət qurumlarına veriləcək hesabatları tərtib edərək təqdim edir.
– Ödəmələrin, sosial sığorta ayırmalarının, vergilərin hesablanmasını və ödənilməsini həyata keçirir;
– Daxili mühasibatlıq üzrə ilkin sənədlərin müəyyən olunmuş qaydada saxlanılmasını (qovluqlara tikilməsini) və arxivləşdirilməsini həyata keçirir;
– Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
– Maliyyə Departamenti rəhbərliyinin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək / info@finstaff.az ünvanına göndərə bilərsiniz.
Qanunvericiliyin tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur
bölmələri ləğv etmək.
Əmək kollektivi ilə və ya həmkarlar ittifaqı təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək.
Əmək müqaviləsi bağlayarkən üç aydan çox olmayan sınaq müddətini müəyyən etmək.
Əmək funksiyasına daxil olmayan işləri yerinə yetirməkdən imtina etmək, belə işləri icra etdikdə isə müvafiq əlavə əməkhaqqının
verilməsini tələb etmək.
Mənzil şəraitinin, ailə üzvlərinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvaiq sosial yardımlar almaq.
Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq.
Müvaiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq.
Qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək.
Hər il qanunvericlikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvaiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
Peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq.
Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinədəyən ziyanın ödənilməsini tələb etmək.
İşəgötürən tərəindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək.
Sual: Normadan artıq ezamiyyə xərci hansı növ vergiyə cəlb olunur və hansı dərəcə ilə? Hansı halda? Ölkədaxili və xarici ezamiyyəni nəzərə almaqla.
Cavab: Bildiririk ki, qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir və Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən dərəcələrlə gəlir vergisinə cəlb edilir.
Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.