Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “ASAN Xidmət” arasında memorandum imzalanıb

posted in: Xəbər | 0

ASAN XidmətƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

S.Babayev bildirib ki, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.

Həmçinin bax: Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı barədə olan fərmanda dəyişiklik edilib

O qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində “ASAN Xidmət”lə təcrübə mübadiləsinə xüsusi önəm verilir.

S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün “ASAN Xidmət”lə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb.

Ü.Mehdiyev isə çıxışında bu günədək “ASAN Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb.

O bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək: “Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub”.

Ü.Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.

Qeyd edək ki, memorandum DOST Agentliyi və DOST mərkəzləri üzrə infrastrukturun qurulması, kadr hazırlığı, İKT həllərinin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı barədə olan fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

ömürlük müavinət“Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 541; 2008, № 7, maddə 612) aşağıdakı dəyişikliklər edilsin:

1. adında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilsin;

2. 1-ci hissəsində və 3-cü hissəsinin ikinci abzasında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ləğv etmə haqqında hesabat hansı müddətdə və formada təqdim edilməlidir?

posted in: Xəbər | 0

Ləğv etməSual: Hüquqi şəxsin ləğv edilməsi zamanı möhür təhvil verilərkən üstündə “ləğv prosesindədir” sözləri yazılmış möhürün eskizi təsdiq üçün təqdim edilməlidirmi? Ləğv etmə haqqında hesabat hansı müddətdə və formada (elektron və ya kağızda) təqdim edilməlidir?

Cavab: Bildiririk ki, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Bu zaman təqdim edilən möhürlə birlikdə “ləğv prosesindədir” yazılmış möhürün eskizinin həmin orqana təqdim edilməsi nəzərdə tutulmamışıdr. Lakin ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına digər sənədlərlə birlikdə üzərində “ləğv prosesindədir” yazılmış möhürü də təqdim etməlidir.

Həmçinin bax: İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

Bax: Mülki Məcəllənin 60-cı və 61-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu 16-cı maddəsi.

Eyni zamanda bildiririk ki, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən etibarən həmin hüquqi şəxs yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir və vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına elektron və ya kağız formada təqdim edilir. Ləğv bəyannamələri isə mənfəət və əmlak vergisi üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən sonra 30 gün ərzində, ƏDV və aksiz üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə 30 gün ərzində, sadələşdirilmiş vergi üzrə isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına elektron və ya kağız formada təqdim edilir. Bu zaman, vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edildiyi günə qədər olan dövrü əhatə edir.

Bax: Mülki Məcəllənin 60-cı və 61-ci, Vergi Məcəlləsinin 72-ci, 149.4-cü, 177.2-ci, 192.1-ci, 201.5-ci və 221.3-cü maddələri

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: International Consulting Grop MMC

Vəzifə: Mühasib köməkçisi

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
– EVHF,Hesab Faktura,Ödəniş tapşırığı  və s. bu kimi gündəlik işlərin edilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Məsuliyyətlik, dəqiqlik qabiliyyətinin olması.
– MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
– Azərbaycan və rus dili bilikləri;

Həmçinin bax: 400 manat məvaciblə 1C operator axtarılır

– Əmək haqqı – 250  manat
– İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
– Xanım namizədlər

Ofis unvani:Baş ofis 28 may, AF BİZNES HOUSE:
İş yeri:Nerimanov,Şəki restoranının yaxınlığı

E – mail:  rustam.rustamov@icg.az

Subjet qismində “mühasib köməkçisi”  qeyd etmək şərtdir.

Mənbə: jobsearch.az

Həmçinin bax: Sumqayıt Texnologiyalar Parkı vakansiya elan edir
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.