Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası

posted in: Xəbər | 0

Pul vəsaitləri İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan pul vəsaitləri və onların ekvivalentlərinin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları;
  • aktivlər üzrə uçot kitabı;
  • pul vəsaitləri və onların ekvivalentlərinin məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.
Həmçinin bax: Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

Mühasibat uçotu subyekti tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:

  • kassada olan pul vəsaitləri;
  • yolda olan pul vəsaitləri;
  • bank hesablaşma hesabları;
  • tələblə əsasən verilən digər bank hesablaşma hesabları;
  • pul vəsaitlərinin ekvivalentləri.

Pul vəsaitləri və onların ekvivalentləri inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.

Pul vəsaitləri və onların ekvivalentlərinin, o cümlədən milli və xarici valyutada olan pul vəsaitlərinin, qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin inventarizasiyası onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir.

Yolda olan pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası kredit təşkilatları və rabitə şöbələrinin çıxarışlarının (qəbzlərinin) bank inkassatorları tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir.

Bank və xəzinə hesablarında və tələblərə əsasən verilən digər bank hesablarında olan pul vəsaitlərinin inventarizasiyası bank və xəzinə çıxarışlarının təşkilatın mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməklə həyata keçirilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:

  • qiymətli kağızların düzgün sənədləşdirilməsi;
  • balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
  • qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
  • qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.

Qiymətli kağızların inventarizasiyası mühasibat uçotu subyektinin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.

Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır.

Mühasibat uçotu subyektinin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri uçot kitablarına məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.

Depozit qaydada banklara və ixtisaslaşdırılmış təşkilatlara saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir.

Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən pul vəsaitləri və onların ekvivalentləri, komissiya tərəfindən onların xüsusi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitlərinin ekvivalentləri bazar qiymətlərinə uyğun qiymətləndirilir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitləri və onların ekvivalentləri mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Həmçinin bax: Mühasib peşəsinin incəlikləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Warren Buffett-dən pulla bağlı məsləhətlər (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

pulWarren Buffett – investisiyalar və pul sahəsində mahir ustadır. Öz kitablarında və müsahibələrində o, çoxsaylı faydalı məsləhətlər verib, hansı ki, indi bunları sizinlə bölüşürük.

Ümid edirik ki, siz onu tanıyırınız. Əgər tanımırsınızsa, onda heç vaxt maliyyə sahəsinin hörmətini qazana bilməyəcəksiniz, axı, orada onun başına and içirlər. Warren Buffett – dünyanın ən zəngin adamlarından biridir, hansı ki, öz sərvətini investisiyaların köməyilə qazanıb. Öz kitabında o, bir neçə məsləhət verib, hansı ki, çox sadə və faydalı məsləhətlərdir. Həmin məsləhətlərin sizə milyonlar qazandırmaqda kömək edəcəyini söyləməyəcəyik, sadəcə ona görə ki, sizdən ötrü milyonları özünüzdən başqa heç kim qazana bilməz.

Amma, bu məsləhətlər sizə pulun mahiyyətini başa düşməkdə və bu insanın fikirlərini öyrənməkdə yardım edə bilər. Çünki bu şəxs öz ağlı sayəsində milyarder olub. Beləliklə həmin məsləhətlər bunlardır.

Həmçinin bax: Sən niyə heç vaxt varlı olmayacaqsan?!
Puldan ağılla istifadə edin

Buffett artıq borclardan uzaq durmaq lazım olması ilə bağlı xəbərdarlıq edir. Kredit kartları, ertələmələr, ipoteka – bütün bunlar üzrə ödənişlər bir gün sizin kreditlər üzrə xərclərinizi üstələyə bilər. Və artıq geriyə yolunuz olmayacaq.

Mən çox adamlar görmüşəm ki, alkoqol üzündən uğursuzluğa düçar olublar.  Amma, kreditlərə meyilli adamlar arasından iflas edənlərə az rast gəlmişəm. Əgər, siz ağıllısınızsa, borc almadan da pul qazana bilərsiniz.

Öncə özünüzə ödəniş edin

Pul toplamağı öyrənmək istəyirsinizsə, bu qaydalardan istifadə edin:

Siz pulları xərclədikdən sonra arxaya pul atmağa başlamayın, onları elə indi, dərhal toplamağa başlayın.

Sadədir və mənasızdır, amma təsirlidir. Güman eləyək ki, sizin baza ehtiyaclarınızı ödəmək üçün kifayət qədər gəliriniz var və siz pul yığmağa başlayırsınız. Hesablarınızı və ehtiyaclarınızı ödəmək  üçün lazım olan məbləği kənara qoyun, bundan sonra yığım etmək istədiyiniz məbləği müəyyənləşdirin. Qalan məbləği isə xərcləyə bilərsiniz.

Bu qayda nəhayət sizə özünüzü ələ almağa və pul toplamağa imkan verəcək. Bunu etməyə başladığınız andan artıq geriyə yol olmayacaq və sizə hər ay lazımi məbləği toplamaq çox asan başa gələcək.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı
Özünüzün pul vərdişlərinizi dəyərləndirməməyi dayandırın

Nə vaxtsa mən də keçmişdə riyaziyyat əyləncəsinə girişmişdim. Təsəvvürünüzə ofisdə işləyən adi qızı canlandırın. Hər gün o, nahar vaxtı qonşuluqdakı kafeyə gedir və orada bir fincan qəhvə və bulka alır. Təxmin edək ki, o bundan ötrü 200 rubl pul xərcləyir. İndi isə hesablayaq. Həftə ərzində 1000 rubl, ay ərzində – 4000 rubl, il ərzində isə – 48 000 rubl pul edir. Nahar fasiləsində bir fincan qəhvə ilə bulka yemək kimi adi bir vərdişdən əl çəkməklə, praktiki olaraq 50.000 rubla qənaət etmək olar. Mən hələ onun qəbul etdiyi kaloridən söz açmıram.

Əgər, siz öz vərdişlərinizi dəyişdirmək istəyirsinizsə, ən yaxşı üsul – sadəcə bunları etməyi dayandırmaqdır. Öz prioritetlərinizi başa düşməyi öyrənin və düzgün istiqamətə doğru irəliləyin.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat məvaciblə 1C operator axtarılır

posted in: 1C, İş elanı, Xəbər | 0

1C operator axtarılırİşəgötürən: Muxtaroglu-VM MMC

  • Şəhər: Xırdalan
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Fəridə x
Həmçinin bax: Mühasib köməkçisi tələb olunur
İş barədə məlumat
– Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Xarici şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq
– Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
– Daxil olan telefon zənglərini və poçtu cavablandırmaq
– Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
– Qonaqların qarşılanması
– Rəhbərliyə və bəzi hallarda qonaqlara çay verilməsi
– Həftədə 6 gün iş günü
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İstirahət günü: bazar
– Nahar şirkət hesabına
Namizədə tələblər
Həmçinin bax: Bölgəyə 1 il iş təcrübəsi olan Mühasib tələb olunur

– Yaş həddi 25-35
– Yalnız xanım namizədlər
– Ali təhsilli (maliyyə,iqtisadi təhsil arzu olunandır)
– Bakı şəhəri qeydiyyatında olan və daimi yaşayış yeri Abşeron rayonu ərazisində olan (Xırdalan, Masazır, Sulutəpə, Sumqayıt və s.)
– Word,Excell,1C proqramlarını əla bilməli
– Azərbaycan, Rus ,İnglis dillərində sərbəst danışmalı
– Məsuliiyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı
– Telefonla nəzakətli danışıq bacarığı
– Stressə davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər
– Əmək haqqı təcrübəyə və bacarığa görə dəyişəcək

Mənbə: boss.az

Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Qeyri-kommersiyaXidmətin adı: Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qeyri-kommersiya qurumunun və təhsil müəssisələrinin vergi uçotuna alınması haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənəd

– “Təsisçi-fiziki şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

– yenidən təşkil haqqında qərarın, təhvil aktı və ya bölünmə balansının surətləri (dəyişiklik qeyri-kommersiya qurumunun yenidən təşkil olunması ilə əlaqədardırsa)

– hüquqi ünvanın dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məktub (dəyişiklik ünvanla əlaqədardırsa)    

– “Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),       Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti:

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Qeyri-kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi:

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

(bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az

Həmçinin bax: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.