İlk 7 ayda İqtisadiyyat Nazirliyinə nə qədər müraciət daxil olub?

posted in: iqtisadiyyat, Xəbər | 0

İqtisadiyyatCari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub. Bu müraciətlərin 4 min 800-ə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 79 minə yaxın müraciət daxil olub.

Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ödəniş nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

posted in: Xəbər | 0

NKAİctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, o cümlədən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergiödəyicisinin vəzifələrinə aiddir.

Həmçinin bax: Nağdsız ödənişlərin həcmi nəyin hesabına artır?

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndinə görə, ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq olunmaqla həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Beləliklə, ictimai iaşə obyektlərində xidmətlərin haqqı POS-terminal vasitəsilə ödənildikdə müştəriyə nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan da çıxarış təqdim olunmalıdır.

Mənbə: azertag.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

ödənilməli vergilər2018-ci ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin avqust ayı üzrəvergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

  • Xüsusi notariusların 2018-ci ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi cari ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Sumqayıt Texnologiyalar Parkı vakansiya elan edir

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

vakansiyaİşəgötürən: Sumqayıt Texnologiyalar Parkı

Vəzifə: Maliyyə nəzarəti şöbəsi, Aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

• Maliyyə göstəriciləri barədə hesabatların analizlərinin aparılması;
• Layihə xərcləri üzrə plan/fakt analizlərinin aparılması;
• Xərclərin səmərəliliyinin təhlili və xərclərin optimallaşdırılması planı üzrə təkliflərin hazırlanması;
• Biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmamazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi;
• Şirkətin debitor və kreditorlara görə üzləşdiyi risklərin azaldılmasına nəzarət;
• İnventarizasiyasıya prosesində iştirak;
• Debitor və kreditor borcları üzrə ümumi nəzarətin həyata keçirilməsi;
• Banklarla işin təşkili.

Həmçinin bax: 400 manat məvaciblə 1C operator axtarılır

Təhsil/Təcrübə:

• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit istisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Beynəlxalq serifikasiyaya (ACCA) arzuolunandır;
• Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;

Həmçinin bax: Mühasib köməkçisi tələb olunur

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  cv@stp.az / 

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.