500 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırNUR şirkəti mühasib axtarışındadır.

İşin təsviri:

-Əmək haqqı, müavinətlər, vergilər üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;

– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;

– Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;

– Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;

– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;

– DSMF, vergi və s. hesabatların hazırlanması,

– Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)

Həmçinin bax: Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər:

– Ali iqtisadi təhsil

– Rus dili biliyi

– Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;

– Komputer bacarıqları

– Punktual və işinə məsuliyyətli

İş qrafiki: həftənin beş günü, şənbə və bazar günü istirahət

Əmək haqqı (400-500) – müsahibə əsasında namizədin bilik və bacarığına, səriştəsinə əsasən dəyərləndiriləcək.

Uyğun namizədlərdən CV-lərini info@finstaff.az ünvanına göndərmələri xahiş olunur.

Həmçinin bax: Sumqayıt Texnologiyalar Parkı vakansiya elan edir

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Balans hesabatının elementləri

posted in: muhasibat, Xəbər | 0

Balans hesabatıBalans hesabatının elementləri aşağıdakılardır:

Aktivlər – müəssisənin nəyə malik olduğunu və gələcəkdə nə əldə edə biləcəyini əks etdirir.
Öhdəliklər – müəssisənin kənar tərəflər qarşısında olan borcunu əks etdirir.
Kapital – sahibkar tərəfindən müəssisəyə investisiya edilən məbləği və müəssisədə bölüşdürülməmiş qalan mənfəəti əks etdirir.

Hər bir əməliyyat və ya hadisə bu üç elementə müəyyən dərəcədə təsir edir. Mühasibat balansında aktivlərə sahiblik hüququnda məhdudiyyətlər barədə informasiya, öhdəliklərin sığorta təminatı, pensiya proqramlarının təmin edilməsi metodları, gələcək kapital qoyuluşları üçün nəzərdə tutulan vəsaitlər açıqlanmalıdır.

Həmçinin bax: Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

Uzunmüddətli aktivlər hissəsində aşağıdakı maddələr açıqlanmalıdır:

• Qeyri-maddi aktivlər
• Torpaq, tikili və avadanlıqlar
• Daşınmaz əmlaka investisiyalar
• Bioloji aktivlər
• Təbii sərvətlər
• İştirak payı metodu ilə uçota alınmış investisiyalar
• Təxirə salınmış vergi aktivləri
• Uzunmüddətli debitor borcları
• Sair uzunmüddətli maliyyə aktivləri
• Sair uzunmüddətli aktivlər.

Qısamüddətli aktivlər:

• Qısamüddətli aktivlər
• Ehtiyatlar
• Qısamüddətli debitor borcları
• Pul vəsaitləri və onların ekvivalentləri
• Sair qısamüddətli maliyyə aktivləri
• Sair qısamüddətli aktivlər.

Kapital:

• Ödənilmiş nominal (nizamnamə) kapital
• Emissiya gəliri
• Geri alınmış kapital (səhmlər)
• Kapital ehtiyatları
• Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).

Həmçinin bax: Mühasib peşəsinin incəlikləri

Uzunmüddətli öhdəliklər:

• Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
• Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
• Təxirə salınmış vergi öhdəlikləri
• Uzunmüddətli kreditor borcları
• Sair uzunmüddətli öhdəliklər.

Qısamüddətli öhdəliklər:

• Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
• Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
• Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
• Qısamüddətli kreditor borcları
• Sair qısamüddətli öhdəliklə

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Meksika vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

meksikaŞəxsi vergi nömrəsi (RFC).

RFC-ni (Registro Federal de Causantes) təkcə rezidentlər deyil, həm də qeyri-rezidentlər ala bilər. Bundan ötrü pasport və immiqrasiya sənədinin olması yetərlidir. Bundan sonra xüsusi arayış doldurulmalı və nömrə almaq üçün xəzinədarlığa müraciət etmək lazımdır.

Meksikada vergi ödənişləri bir xüsusiyyətə malikdir:

  • əgər, siz ilkin olaraq öz gəlirinizi meksikalı rezident kimi qeydiyyatdan keçirmisinizsə, onda sizin adınızdan vergiləri etibarnamə veridiyiniz şəxs (şirkətin özü və ya mühasibi) ödəyə bilər;
  • yox, əgər qeyri-rezident kimi qeydiyyatdan keçmisinizsə, onda bütün vergi əməliyytlarını şəxsən özünüz həyata keçirməlisiniz.
Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Rezidentlərin icarədən əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması.

Rezident icarəyə görə vergini iki üsulla ödəyə bilər:

  1. Gəlirdən 35%-dək həcmində vergi tutulması ilə bağlı arayış təqdim edilir. Bu aylıq ödənilir və bu zaman ƏDV icarəyə götürəndən tutulur. Bütün bunlar kateqoriyalar üzrə müəyyənləşdikdən sonra və bütün vergi ödənişlərinin çıxılması sənədləşdirilir.
  2. İkinci halda rezident rezident bu yığım üzrə bütün kateqoriyaları nəzərə alınmaqla, uçotu parmalıdır və bunu təsdiq edən sənədlərə malik olmalıdır:
  • Üzvlük halları və yerli vergilər nəzərə alınmaqla mülkiyyət sahibliyinə görə vergi;
  • Su təchizatı və xidmət üçün xərclərə görə ödənişlər;
  • Icarəyə verilən əmlakla bilavasitə əlaqəli işçilərin əməyinin ödənişi;
  • əmlakın sığortalanmasına görə ödənişlər.

Yaddan çıxarmayın ki, rəsmi qəbzlər və kvitansiyaların təqdim olunması məcburidir, baxmayaraq ki, onları əldə etmək elə də sadə deyil.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Meksikada digər vergi növləri.

Meksikada vergilər, gəlir və daşınmaz əmlaka görə vergilərlə məhdudlaşmır. Ölkədə həm də ƏDV yığımları və nəqliyyat vasitələrindən istifadəyə görə vergilər tutulur. Meksikada ƏDV IVA adlanır və bu vergi 16% təşkil edir. ƏDV bir çox mallara və xidmətlərə tətbiq olunur, alıcı və istehlakçılar tərəfindən ödənilir.

Nəqliyyat vasitələrinə gəldikdə, Meksika nömərli avtomobil sahibləri nəqliyyat vergisi ödəyirlər, hansı ki, avtomobil qiymətlərinin yüksəlməsini də nəzərdə tutur və yekunda hətta o, əmlaka görə vergidən belə çox ola bilər.

Bundan əlavə, faizlərdən və qiymətli kağızlardan gələn gəlirlərə görə də vergilər mövcuddur. Meksika banklarında hesabı olan və bu hesablara müntəzəm olaraq dividendlər daxil olursa, ondan da faiz gəlirlərinə görə vergi tutulur. Qeyri-rezidentlər üçün deklarasiya doldurulması tələb olunmur – çünki vergi avtomatik olaraq tutulur.

Səhmlər kimi qiymətli kağızların satışı 10%-i ötmürsə, onda bu vergiyə cəlb olunmur. Ya sövdələşmənin dəyərindən, ya da gəlirin həcmindən asılı olaraq, qiymətli kağızlara investisiya qoyuluşunu həyata keçirən qeyri-rezidentlər gəlir vergisi ödəyirlər. Bir qayda olaraq, bu 25% və ya 28% təşkil edir.

Hər bir ölkənin vergi sistemi ilə bağlı yazı hazırlayarkən, biz mühasiblərin maaşları barədə də məlumat verməyə çalışırıq. Təəsüflər olsun ki, Meksika ilə bağlı bu faktı əldə etməyə nail ola bilmədik. Amma, Meksikada bəzi sahələr üzrə əməkhaqqları barədə bilgi əldə etməyə müvəffəq ola bildik. Beləliklə, bu ölkədə müəllimlər 500-700, mühandislər 1200-1500, neft sənayesi işçiləri 2000, rabitə və energetika sahəsində çalışanlar 1500, bank əməkdaşları isə 1000 ABŞ dolları aylıq məvacib alırlar.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi maarifləndirici monitorinqlər keçirib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib. Monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub. Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə olunub.

Həmçinin bax: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “ASAN Xidmət” arasında memorandum imzalanıb

Səbail rayonunda yerləşən “Viva dessert” şirniyyat mağazasında, Nəsimi rayonundakı “Geox” ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən “Lider inşaat” santexnika mağazasında və “Nobel elektrik” elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib.

Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SİS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda Həsənov İlhama məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib edilib.

Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45%-nə cərimələr tətbiq edilib, 15%-də qanun pozuntları aşkar edilməyib, qalan 40%-i üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergi ödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında “keçid ili” olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə,  alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Unutmayaq ki, kassa çekləri sizin istehlakçı hüquqlarınızın pozulduğu hallarda, mənafelərinizin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Mənbə: taxes.gov.az