Bölgələr üzrə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Bölgələr üzrə Mühasibİşəgötürən: Azersun Holding

Vakansiyanın adı: Mühasib (Bölgələr)

Ümumi məlumatlar:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

Həmçinin bax: 500 manat əmək haqqı ilə xəzinədar tələb olunur

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib axtarılır

İş yeri: Bölgələr

Qəbul ediləcək işçi sayı: 2

Son müraciət tarixi: 31.08.2018

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 31.08.2018 -ci il tarixinədək  elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (Bölgələr)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Mənbə: www.azersun.com

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib – dahi ünsiyyətçidirmi? (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

3-cü hissə

Əhatədə olan insanlarla ünsiyyət qura bilməmək, iş yerində stresin yaranmasının başlıca səbəblərindən biridir. Statistika göstərir ki, işdən çıxan hər on nəfərdən yeddisi vəzifəsinin öhdəsindən gəlmədiyinə görə yox,  məhz, əməkdaşlar və rəhbərliklə münaqişə üzündən iş yerini tərk edir. Eləcə də işə qəbulla bağlı keçirilən müsahibəyə qatılan hər on nəfərdən səkkizi, elə ilk mərhələdəcə iş təklif edənin qeyri-effektiv ünsiyyət bacarığı səbəbiylə sonrakı mərhələyə qatılmaqdan imtina edir.

Ünsiyyətdə mürəkkəblik bu bacarığın olmaması ilə, eləcə də situativ çətinliklərlə də bağlı ola bilər: yorğunluq, diqqətsizlik, emosional yüklənmə və s. Gizli deyil ki, peşəkarlıq kriteriyaları: təcrübə, bazar sahəsində biliklər, ali təhsil, dil bilmək və kompüterdən istifadəni bacarmaq, tabelikdə olanlar və rəhbərlik edənlər arasında stabil, münaqişəsiz münasibətlər qura bilməyə zəmanət vermir.

İşə qəbulla bağlı tələblərin söylənilməsi zamanı üzə çıxan bədnam ünsiyyət bacarıqları, hətta özünü qiymətləndirmə üçün belə qeyri-müəyyən anlayış təsəvvürü yaradır.

Ən münaqişəli adamlar belə çox vaxt özlərini ən yaxşı və ən ədalətli insanlar hesab edir və narahatlıq doğuran səbəbləri isə daim özgələrində axtarırlar. Bəzən isə insan ünsiyyətdə öz zəif tərəflərini görür, amma onların öhdəsindən necə gələ biləcəyini bilmir. Bax, elə burada öncə nəyi dəyişdirmək haqda fikirləşməli və bunu necə etmək barədə düşünülməlidir. Burada ən etibarlı və ən asan üsul mütəxəssisə müraciət etməkdir. Ünsiyyət, əlaqə qurmaq məsələləri ilə bağlı kitablar bolluğu olsa da, bu zaman nəzəriyyə az köməyə çatır və onları oxumağın təsiri isə çansıxıcılığı yalnız sözdə yatırmağa yardım edir: “Hə, indi hər şeyi başa düşürəm, hətta elmi cəhətdən necə adlandırılmalı olduğumu da bilirəm, amma bir şey edə bilmirəm, hər dəfə özümü əvvəlki tək aparmaqda davam edirəm, daha çox özümdən çıxıram…Mən bu qədərmi ümidsizəm?”

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

900 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurİşəgötürən: Foriella MMC

Mühasib (Balaxanı Sənaye Parkı)

Vəzifə öhdəlikləri:

– E-Qaimə və elektron Vergi Hesab Fakturalarının yazılması və göndərilməsi, Daxil olan  E-Qaimə və elektron Vergi Hesab Fakturalarına nəzarət
– Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması
– Mal-materialların uçotunun aparılması;
– Elektron hökümət portalları ilə işləmək bacarığı

Həmçinin bax: 2000 manat məvaciblə Analitik tələb olunur

Tələblər:

– Yaş həddi: 25-35
– Mühasib kimi 3-5 il bu sahədə təcrübənin olması vacibdir
– Ali təhsil (riyazi, iqtisadi və ya maliyyə-mühasibatlıq)

– Seçim zamanı mühasib kimi istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
– MS/office, (word,excel) proqramlarını bilməsi vacibdir

İş şəraiti:

– İş qrafiki: 08:30-17:30, həftənin bazar ertəsi – şənbə günləri
– İş yeri Balaxanı Sənaye Parkında yerləşir
– İşçi korporativ nömrə və naharla təmin edilir

Əmək haqqı: 800-900 AZN

E – mail: bashir.yusifov@gmail.com

Mənbə: jobsearch.az

Həmçinin bax: 600 manat əmək haqqı ilə Mühasib axtarılır

Rusiyada 2,7 milyon vətəndaşın ölkədən çıxışına qadağa qoyulub

posted in: Vergi, Xəbər | 0

ölkədən çıxışRusiyanın Məhkəmə Pristavları Federal Xidməti 2018-ci ilin ilk yarısı üçün hesabatını açıqlamışdır. Hesabata əsasən, yanvar-iyun ayları ərzində vergi borclarına görə 2,7 milyon vətəndaşın ölkədən çıxmasının qarşısı alınmışdır. Bu rəqəm bütövlükdə 2016-cı ilin göstəricisi ilə müqayisədə çoxdur – inişil cəmi 2,3 milyon vətəndaşın ölkədən çıxmasına qadağa qoyulmuşdu. Belə görünür ki, bu il ölkədən çıxışına məhdudiyyət qoyulmuş vətəndaşların sayı keçənilkindən çox olacaq: ötən il bu göstərici 3,4 milyon nəfər idi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Altı ay ərzində geri alınmış vergi borcunun məbləği isə 321 milyard rubldan (3,88 milyard manat) artıq olmuşdur. Bununla belə, yol cərimələrinin məbləğində azalma qeydə alınmışdır, pristavlar yol hərəkəti qaydalarını pozanlardan cəmi 6,2 milyard rubl (160 milyon manat) cərimə yığa bilmişlər (bu, eyni dövr ərzində məcburi alınmış alimentin məbləğinə yaxındır).

Pristavların təqdim etdiyi statistikaya əsasən, bu,  son dərəcə təsirli tədbirdir, ilin ilk altı ayı ərzində ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlar 31 milyard rubl (800 milyon manat) vergi borcunu büdcəyə ödəmişlər (2017-ci ildə isə bütün il üzrə bundan az – 30 milyard rublun büdcəyə ödənilməsinə nail olunmuşdu).

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.