Estoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)
Estoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)
Eston vergi sisteminin unikallığı ondadır ki, bu ölkədə hüquqi şəxslərdən gəlir vergisi tutulmur. Daha dəqiq desək, formal olaraq həmin vergi növü mövcuddur, amma, 0% təşkil edir. Sözsüz ki, bu eston şirkətlərini faydalılıq baxımından digər Avropa yurisdiksiyasında olan şirkətlərdən fərqləndirir.
Əgər, siz VAT nömrəsi olmadan (vergi ödəyicisi nömrəsi VÖEN) malları və xidmətləri Estoniya ərazisində deyil, AB-dən olan fərdi şəxslərə və ya şirkətlərə satırsınızsa, onda tarif 0% təşkil edir. Əgər, yerli (eston) işçi-rezidentə əmək haqqı ödəmirsinizsə, sizdən ötrü bu əsasda da vergi yaranmır. Eston şirkətinin idarə heyətinin üzvünə əmək haqqı ödəmək öhdəliyi yoxdur və əgər, siz yığılmış mənfəəti paylaşdırmasanız, bu zaman da vergi ödəmirsiniz!
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
2018-ci il üçün Estoniyada ödənilən əsas vergilər:
- müəssisələrdən mənfəət vergisi – 0%
- dövriyyədən vergi – 20%
- sosial vergi tarifi – 33%
- gəlir vergisi – 20%
- dividendlərdən tutulan gəlir vergisi – 20/80
- işsizliyə görə vergi (işçi) – 1,6%
- işsizliyə görə vergi (işə götürən) – 0,8%
- pensiya yığım fondu 2-ci dərəcə – 2%
- 2018-ci il yanvarın 1-dən gəlir vergisinə cəlb edilməyən məbləğ – ayda 500 avro
- 2018-ci il yanvarın 1-dən minimum əməkhaqqı – 500 avro (və ya bir saat ərzində 2,97 avro)
Həmçinin bax: Dünya ölkələrində vergi rejimi
Gəlir vergisi barədə bir qədər ətraflı məlumat
Estoniyada 2000-ci ildən hüquqi şəxslər üçün mənfəətdən 0% tarifində vergi tətbiq olunub. Bu yalnız şirkətlərin əldə etdiyi və paylaşdırılmamış gəlirlərə aiddir. Əgər, səhmdarlar və hissə sahibləri mənfəəti dividendlər şəklində paylaşdırmaq barədə qərar qəbul etsələr, onda şirkət səhmdarların əvəzindən 20% tarifi ilə vergi ödəyir. Misal üçün, paylaşdırıldıqdan sonra 10 000 avro düşürsə, ondan ödənilən vergi 2 000 avro təşkil edəcək.
2018-ci il yanvarın 1-dən dividendlərə görə 14% vergi tarifi tətbiq olunmağa başlanılıb.
İşəgötürən: AS Group Investment LLC
Hələ 2015-ci ildə qəbul edilmiş və bu ilin yanvar ayında qüvvəyə minmiş qanuna əsasən, qəsdən vergi ödəməyən şəxslərə xarici pasport verilməsi dayandırılmışdır. Ölkənin vergi administrasiyasının – Daxili Gəlirlər Xidmətinin qiymətləndirilməsinin nəticələrinə görə, bu tədbir 362 mindən artıq vətəndaşı əhatə edəcək.
Sual: Müəssisə ay ərzində təqdim etdiyi malları həmin ayda dövriyyəyə daxil edərək (malların dəyəri növbəti ayda 30 gündən tez ödənilərsə) həmin ay üçün ƏDV hesablayıb dəyərini ödəyərsə, bu vaxt hər hansı vergidən yayınma baş verirmi və yaxud maliyyə sanksiyası nəzərdə tutulurmu?