Nizamnamə kapitalı 150.000 manat olan şirkət yaradılıb

posted in: Vergi, Xəbər | 0

manatVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 150.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “MG Azgroup” MMC

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi, ev 29a

Nizamnamə kapitalı: 150.000 manat

Qanuni təmsilçi: Tahir Kərim oğlu Kərimov

Dövlət qeydiyyatına alındığı tarix: 01 Yanvar-31 Dekabr

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Aidiyyəti şəxslərlə bağlanılan əqdlər barədə bilməli olduqlarımız

posted in: Xəbər | 0
əqdlərAzərbaycan Respublikası qanunvericiliyinə görə hüquqi şəxslərin öz fəaliyyətləri zamanı riayət etməli olduqları başlıca şərtlərdən biri də sırf aidiyyəti olan şəxslərlə bağlanan əqdlərlə bağlıdır.
Belə ki, qanunvericiliyə görə hüquqi şəxs ona aidiyyəti olan şəxslə əqd bağlayarkən, əqdin dəyəri həmin hüquqi şəxsin aktivlərinin 5%-dək hissəsini təşkil etdikdə, bu halda həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, direktorlar (müşahidə) şurası və ya icra orqanının rəhbəri tərəfindən qəbul olunur. Onu da xatırladaq ki, həmin əqdə aidiyyəti olan şəxs bu əqdin bağlanması ilə əlaqədar keçiriləcək iclasda keçirilən səsvermədə iştirak edə bilməz.
Əgər əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5%-i və daha çox hissəsini təşkil edərsə, bu halda müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının iclasında qəbul edilməlidir.
Tək icra orqanının rəhbəri özü aidiyyəti şəxs olduqda isə müvafiq olaraq ya direktorlar (müşahidə) şurasının, ya da səhmdarların ümumi yığıncağının iclasında həmin əqd qəbul olunmalıdır.
Ümumiyyətlə, aidiyyəti şəxs mütləq əqd bağlanmazdan əvvəl həmin əqdlə bağlı yazılı şəkildə məlumat verməlidir.
Mövzu ilə əlaqədar qeyd etmək lazımdır ki, bu növ əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması halında aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
  • banklara və bank olmayan kredit təşkilatlarına aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 2000-2500 manatadək miqdarda, hüquqi şəxslər 15000-20000 manatadək miqdarda cərimə edilir.
  • Səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək miqdarda, hüquqi şəxslər 10000-15000 manatadək miqdarda cərimə edilir.
  • Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500-1000 manatadək miqdarda, hüquqi şəxslər 5000-10000 manatadək miqdarda cərimə edilir.

Nağdsız ödəmələr genişləndiriləcək

posted in: Xəbər | 0

Nağdsız ödəmələrNağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hesab olunur.

Proqram layihəsinin hazırlanmasında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun direktoru Nazim Müzəffərli sənədin əsas məqsədinin iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi və nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılması olduğunu söyləyib.

Qeyd olunub ki, proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi nəzərdə tutulur.

Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə çatdırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə, 2025-ci ilədək 50 faizə, 2025-ci ildən sonra isə 80 faizə çatdırılması planlaşdırılır.

Mənbə:azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sadələşdirilmiş vergi ödəyicisi hədiyyə verən və alan zaman hansı vergi öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyiSual: Sadələşdirilmiş vergi ödəyicisi olan “A” şəxsi digər sadələşdirilmiş vergi ödəyicisi olan “B” şəxsinə 70.000 manatlıq avadanlığı hədiyyə etdiyi halda “A” və “B” şəxsləri üçün ayrılıqda hansısa vergi öhdəliyi yaranır?

Cavab: Bildiririk ki, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmçinin, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri vergi ödəyicisinin satışdankənar gəlirləri hesab edilir.

Göstərilənlərə əsasən sorğunuzda qeyd edilən halda “A” şəxsi tərəfindən “B” şəxsinə hədiyyə edilən avadanlıq “A” şəxsi üçün malların təqdim edilməsindən gəlir, “B” şəxsi üçün isə satışdankənar gəlir hesab olunmaqla sadələşdirilmiş vergiyə cəlb edilir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 14-cü, 108-ci, 142-ci, 143-cü və <159.4-cü> maddələri.

Həmçinin bax: ƏDV-dən azad edilmiş məhsullar sadələşdirilmiş vergiyə cəlb edilir?

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.