Yer planetinin dəyəri nə qədərdir?

posted in: Məqalə, Xəbər | 0

YerYer planetinin dəyəri nə qədərdir? Xırda hiyləgər manipulyasiya və hesablamalar nəticəsində Yerin təxmini qiymətini müəyyən etmək mümkün olub. Yerin dəyəri 5 kvadrilyon dollar təşkil edir. Bu nə qədərdir? Adi insan üçün vərdiş etmədiyi bir rəqəmdir. Gəlin, həmin rəqəmi bir qədər sadələşdirək.

Kvadrilyon dollar – bu məbləğdə 15 sıfır var və ya 1 000 000 000 000 000 belə təsvir edək.

Kvadrilyon – bu milyon milyard və ya min trilyon deməkdir.

5 Kvadrilyon – bu bütün dünya ölkələrinin bilikdə 150 il ərzində əldə etdiyi ÜDM-ə bərabərdir.

5 Kvadrilyon – 125 milyard kiloqram və ya 125 milyon ton qızıl deməkdir.

5 Kvadrilyona – təxminən APPLE və ya Microsoft kimi (kapitallaşması 1 trilyon dollara yaxın) 5 000 şirkət almaq olar.

Əgər, dünyada olan bütün pulları bölsək, 80 rəqəmi alınar. Bu o deməkdir ki, dünyada planetin dəyərindən 80 dəfə az pul kütləsi var.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

AFB Bank-da vakansiya

posted in: Audit, bank, İş elanı, Xəbər | 0

AFB BankAFB Bank Audit departamentində auditor vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Audit departamentinin auditoru

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi və ya hüquqi təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• AR qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyəti.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İŞİN TƏSVİRİ:

• Bankda aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
• Təsdiq edilmiş müvafiq Audit planına əsasən yoxlamaların aparılması;
• Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının yoxlanılması;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur və qaydalarına, daxili davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və s.

Həmçinin bax: “Maliyyə üzrə analitik” tələb olunur

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Auditor” qeydi edərək  elektron ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: afb.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yoxlamalarında dəyişiklik!

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamalarıVergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Həmçinin bax: Vergidən yayınma hallarına son qoyulmalıdır

Qeyd edilməlidir ki, son dəyişikliklərə qədər səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunurdu. Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayevin sözlərinə görə, departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq. Bu məqsədlə təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması – səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək.

Operativ nəzarət tədbirləri də risk meyarları əsasında həyata keçiriləcək. Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki, qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək.

Həmçinin bax: Avtonəqliyyat xidməti göstərən şəxslərin vergi öhdəlikləri

Vergilər Nazirliyi bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir. Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr, gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin edilməsinə öz töhfələrini verə bilərlər.

Bununla yanaşı, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının qarşısının alınması, əmək müqavilələrinin rəsmiləşdirilməməsi, lisenziyasız fəaliyyət hallarının aradan qaldırılması, malların alış sənədlərinin olması üzrə də nəzarət tədbirləri keçiriləcəkdir.

Vergilər Nazirliyinin əsas məqsədi vergilərin yığılmasından vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi, vergi mədəniyyətinin daha da yüksəldilməsidir. 2018-ci il vergi inzibatçılığında keçid ilidir. Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılacağını gözləyir. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması yeganə yoldur. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

Həmçinin bax: Vergi orqanlarına müraciətlərin 75 faizi müsbət həll olunub

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında yoxlamaların sayı 55 faizədək azalıb. Bununla belə, vergidən yayınma hədəfinin düzgün müəyyən edilərək, keyfiyyətinin və effektivliyin artırılması əsas məqsədlərdən biridir. Bu sahədə səyyar vergi yoxlamalarının keçirilmə müddətlərinin tezləşdirilməsi, elektron auditin əhatə dairəsini genişləndirilməsi, yoxlamaların effektivliyinin artırılması, şəffaflığın və bərabər rəqabət şərtlərinin təmin edilməsi, korrupsiya əlamətlərinin sıfıra endirilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Yoxlamaların keyfiyyətinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də tədbirlər görüləcək. Bu məqsədlə həm vergi orqanlarında işləyən daha təcrübəli və savadlı əməkdaşlar, həm də kənar ekspertlər cəlb edilməklə gənc əməkdaşların yetişdirilməsi prosesi həyata keçiriləcək.

Korrupsiya əlamətlərinin minimallaşdırılması məsələsinə gəlincə, burada nazirlik tərəfindən görülən işlərlə yanaşı, vergi ödəyicilərinin özləri də hər hansı neqativ halla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və mövcud kommunikasiya vasitələrindən istifadə etməklə Vergilər Nazirliyinə məlumat verə bilərlər. Bu müraciətlər ciddi araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Maliyyə üzrə analitik” tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə üzrə analitikVəzifə: Maliyyə üzrə analitik

Tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Təcrübə: min 2 il (maliyyə təhlili sahəsində)
• Satışların, ehtiyatların təhlili üzrə biliklər və təcrübə
• Strateji plaşdırma və proqnozlaşdırma üzrə biliklər və təcrübə
• Pul axınının, debitor-kreditor hesablaşmaların təhlili üzrə biliklər və təcrübə
• Azərbaycan dili, Rus dili əla səviyyədə; İngilis dili (İntermediate)
• Kompüter üzrə biliklər: 1C; MS Office (Excel- əla səviyyədə) üzrə sərbəst biliklər

Həmçinin bax: Baş mühasib tələb olunur

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  /  elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.