Əmək Müfəttişliyi işəgötürənlərdən 82,8 min manat vəsaitin ödənilməsini təmin edib

posted in: Xəbər | 0

İqtisadçıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında işəgötürənlər tərəfindən 82,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 85,7 faizini əmək haqları, 13 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı 4 nəfər vətəndaşın əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunub. Həmin şəxslərin  hüquqları bərpa olunaraq, onlar yenidən əvvəlki iş yerlərinə bərpa ediliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-maarifləndirmə məqsədilə 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, yanvar-iyun aylarında Bakıda və bölgələrdə işəgötürənlərin iştirakı ilə 30 seminar təşkil edib.

Bu tədbirlər zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin ödənilməsi və əməyin mühafizəsi normaları, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin  əsasları, işçilərin məzuniyyət hüquqları və s. ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib.

Mənbə: apa.az

Baş nazir isti hava şəraitində iş rejimi ilə bağlı sərəncam imzalayıb

posted in: Xəbər | 0

isti havaBaş nazir Novruz Məmmədov havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, 2018-ci il 4, 5, 6, 7 iyul tarixlərindən hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyət orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə, təşkilatların, eləcə də  müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət etməsini təmin etsinlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinə əsasən, İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci hissəsində qeyd edilir ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Faylı yükləyin: Sərəncam

Mənbə: apa.az

Vergi ödəyicilərinin fəaliyyəti mikroiqtisadi səviyyədə araşdırılacaq

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinin fəaliyyəti İqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması aparılacaq.

Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub: “Lakin bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq.”

Həmçinin bax: Vergilər nazirliyində Kadr dəyişikliyi – Nazirin Müşaviri vəzifəsindən azad edildi

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir. Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onun istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.

Bununla yanaşı, Vergilər Nazirliyi vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir.

E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Həmçinin bax: Vergilər Nazirliyinin yeni strukturu fəaliyyətə başladı

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır. Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.

Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcək. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi analitik baza yaradır

posted in: Vergi, Xəbər | 0

analitik bazaVergilər Nazirliyi makro və mikro səviyyədə təfərrüatlı analitik baza formalaşdıracaq.

Məlumatda bildirilir ki, vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb. İqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq.

Həmçinin bax: Vergilər nazirliyində Kadr dəyişikliyi – Nazirin Müşaviri vəzifəsindən azad edildi

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. İslahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.

Vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir.

Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi

Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. “Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir ”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tədiyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir.

Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb. X.Abdullayevin sözlərinə görə, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.