1200 manat əmək haqqı ilə Böyük Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib tələb olunurİşəgötürən: Ramco LLC

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
– Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

Həmçinin bax: 500 manat məvaciblə Mühasib tələb olunur

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyindən Müəssisə və İşçi arasında olan borc münasibətlərinə aid 3 sualın izahlı cavabı

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlaması

Sual: 1. Müəssisəyə müəssisənin işçiləri olan direktor, mühasib və s. şəxslər tərəfindən faizsiz borc verilə bilərmi? Bu zaman verilən faizsiz borca görə olan nümünə mümkünsə verərdiniz. 2. Faizsiz verilən borc müqaviləsində vergi məqsədləri üçün bazar qiymətində kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınıb 10% ödəmə mənbəyi hesablanıb ödənilir dövlət büdcəsinə. Sırf 10% vergi məbləğini çıxartmaq üçün faiz məbləği çıxarırıq, ancaq faktiki də alınmış məbləğə görə direktora, və s. borc verən şəxsə faiz ödənilmir. Bu zaman ödənilməyən faiz yoxdursa vergiyə 10% ÖMV hesablanması nə dərəcədə düzgündür? 3. Faizli borc verilməsi lisenziya tələb olunan sahə olduğuna görə direktor və s. işçilərin müəssisəyə borc verməsi lisenziya olmadan pul verməsi nə dərəcədə düzgündür? Yuxarıda göstərilən hər 3 sualda direktor ayrıca fiziki şəxsdir, təsisçi deyildir. Suallara direktorun müəssisəyə faizsiz borc verilməsi cəhətdən cavablandırmağınızı xahiş edirəm.

Həmçinin oxu: Əsas və ƏDV məbləğinin eyni gündə ödənməməsinə görə vergi yoxlaması VHF-ni ləğv edə bilər?

Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər. Onu da bildiririk ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxsin direktoru ilə hüquqi şəxs qarşılıqlı sürətdə asılı olan şəxslər hesab edildiyindən direktorun hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Həmçinin qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında müqavilə bağlandığı halda faktiki olaraq faiz öhdəliyi yaranmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.

Həmçinin oxu: Hansı hallarda sadələşdirilmiş vergi ödəyicilərinə səyyar vergi yoxlaması açıla bilər?

Bax: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və 142.1-ci maddələri.

Həmçinin oxu: Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Uçot-qeydiyyat sistemində yeniliklər tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

uçot qeydiyyatYeni apellyasiya sistemi vergi sistemində korrupsiya elemetlərinin qarşısının alınmasına xidmət edəcək

Bunu Vergilər Nazirliyi bəyan edib.

Qurumun açıqlamasında bildirilir ki, Nazirliyin strukturundakı ən vacib institusional yeniliklərdən biri Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsinin yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apelyasiya institutunu təkmilləşdirməklə başvermə ehtimalı yüksək olan korrupsiya elemetlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: “Bu struktur dəyişikliyi ilə inzibat şikayətə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulması, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılması, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılması məqsədini daşıyır”.

Bundan başqa, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması nəzərdə tutulur.

Vergi ödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər isə vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.

Həmçinin uçot-qeydiyyat sistemində mütərəqqi yeniliklər tətbiq ediləcək.

Həmçinin bax: Vergilər Nazirliyinin yeni strukturu fəaliyyətə başladı 

Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır.

N.Alimovanın sözlərinə görə, hər şey vergi ödəyicilərin düzgün uçot məlumatlarından başlayır. Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir. Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd olunmalıdır ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mal-material uçotu üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

materialİşəgötürən: Sağlam Ailə

Vakansiya : Mal – material uçotu üzrə mühasib

Namizədə olan tələblər:

1. Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
2. 3-5 il müvafiq sahədə iş təcrübəsi;
3. Kompüter proqramlarında sərbəst işləmə bacarığı (Excel, 1 C);
4. Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması;
6. Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
7. Rus dili-sərbəst, İngilis dili- orta səviyyədə
8. Təhlil aparmaq bacarığı;
9. İnkişafa meyilli;
10. Ciddi, məsuliyyətli, dəqiq olmalı;

Həmçinin bax: Sumqayıt Texnologiyalar Parkı “Maliyyə analitiki” axtarır

Vəzifə öhdəlikləri:

1. Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
2. Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
3. AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatı;
4. Mühasibat işinin təşkil olunması, sənədlərinin düzgün tərtib edilməsi və s.

Həmçinin bax: 1 il iş təcrübəsi olan Mühasib-Operator axtarılır

İş şəraiti:

– 6 günlük iş rejimi
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
– Əmək haqqı: 600-800 AZN (namizədin bilik və bacarığına uyğun olaraq)

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin  / e-mail ünvanına vakansiyanın adını qeyd etməklə CV göndərməsi zəruridir. CV-lərin şəkilli olması arzuolunandır.
Yalnız tələblərə uyğun olan  müraciətlər üzrə namizədlər müsahibəyə dəvət olunacaq.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.