Əmək məcəlləsinin 66, 67 və 70-ci maddələrində dəyişikliklər edildi

posted in: Xəbər | 0
Əmək məcəlləsiAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; № 12, I kitab, maddələr 2187, 2189; 2018, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

1. 66-cı maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.”.

2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:

“Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.”.

3. 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Vergilər Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib

posted in: Vergi, Xəbər | 0

işəgötürənQeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir.

Vergilər Nazirliyindən verilən xəbərə görə, Nazirlik qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdədir.

Həmçinin bax: Bakı Vergilər Departamentinə yeni rəis təyin edilib

“ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar  «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Vergi və hüquq üzrə mütəxəssis Vilayət Abbasovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir.

Həmçinin bax: Vergilər naziri vətəndaşları qəbul edəcək

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Prezident İlham Əliyevin Vergi, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilməsi barədə imzaladığı müvafiq sərəncamlara əsasən, ölkədə əmək müqaviləsi olmadan işçiləri işlədən işəgötürənlərə, qeyri-rəsmi məşğulluğun yaranmasında iştirakçı olan müəssisələrə qarşı qanuna müvafiq qaydada sərt tədbirlər görüləcək. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməyən təşkilat və müəssisələrin vəzifəli şəxsləri, sahibkarlar məsuliyyətə cəlb olunacaqlar. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab ediləcək. Həmin cinayət hərəkətini törədənlər vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5%-i miqdarında  əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası sahəsində ciddi addımların atılmasını nəzərdə tutur

posted in: Xəbər | 0

analitik bazaİqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması iqtisadi təhlillərin aparılacağı digər bir istiqamətdir.

Nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub. Lakin, bu məlumatların daha  dərin səviyyədə araşdırılması və  əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsi zəruridir.

Həmçinin bax: Bakı Vergilər Departamentinə yeni rəis təyin edilib

“Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq,” – deyə E.Ağakişiyev qeyd edib.

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir: “Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onun istehlak etdiyi enerji və s.  göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafının daha dəqiq xəritəsini yaradacaq”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bununla yanaşı, Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir. E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

Həmçinin bax: Vergilər naziri vətəndaşları qəbul edəcək

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır: “Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distributor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir. Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir. Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq. Beləliklə, nazirliyin yeni funksional idarəetmə çərçivəsində vergi siyasətinin taktiki və strateji hədəflərinə effektiv şəkildə nail olunmasını təmin etmək əsas vəzifəmizdir”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakı Vergilər Departamentinə yeni rəis təyin edilib

posted in: Vergi, Xəbər | 0

Vergilər DepartamentiVergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə yeni təyinat olub.

Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.

Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin fevral ayının 2-də imzaladığı sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib.

Mənbə: apa.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.