Bu şəxslərin pensiyalari yenidən hesablanmaqla ödəniləcək

posted in: Xəbər | 0

pensiyaHərbi və dövlət qulluqçuları, deputatlar, MSK üzvlərinin pensiyaları yenidən hesablanmaqla ödəniləcək

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq.

Həmçinin oxu: Əmək pensiyası və əmək pensiyasına əlavə necə ödənilir?

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.

F. Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb. F. Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.

Həmçinin oxu: Əmək pensiyaları hansı müddətdə təyin edilir?

“Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, – deyə  F.Talıbov bildirib.​

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-rəsmi məşğulluq azaldılır – Nazirlər Kabinetində iclas

posted in: Xəbər | 0

Qeyri-rəsmi məşğulluqAzərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.

Bu barədə iyunun 20-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.

İclasda “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunmuş tapşırıqların icrası məqsədilə həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.

Həmçinin oxu: “Məşğulluq haqqında” qanun qəbul edilib

Əli Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasındadır. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.

Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1–dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

Həmçinin oxu: “Məşğulluq haqqında” Qanunda olan dəyişikliklərin hansı üstünlükləri olacaq

Komissiyanın sədri bildirib ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir.

Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya yanında yaradılan işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

Həmçinin oxu: Məşğulluq sahəsində icra mexanizmləri təkmilləşdiriləcək

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

VM-in 165.1.7-ci maddəsinin tətbiqi zamanı hansı sənədləşmə əməliyyatları aparılmalıdır?

posted in: Vergi, Xəbər | 0

sənədləşməSual: Müəssisə Podrat üsulu xidmət göstərdiyi təqdirdə VM 165.1.7-ci maddəsinə əsaslanaraq aldığı mal-material və xidmət dəyərlərindən ƏDV ödənişini etməkdə azaddırmı?

Bu halda tərəflər arasında hər hansı sənədləşmə əməliyyatları aparılmalıdırmı?

Müəssisə Sənaye parkı rezidenti kimi elektrik enerjisi üzrə əldə etmiş olduğu xidməti VM 165.1.7-ci maddəsinə əsaslanaraq podrat xidməti kimi qeyd edə bilərmi?

Həmçinin oxu: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

Cavab: Bildiririk ki, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV-yə 0 (sıfır) faiz dərəcə ilə cəlb edilir. Vergi Məcəlləsinin 165.1.7-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur. Qeyd edilən sənaye parkında ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi üçün təqdim edilməli sənədlərlə bağlı bildiririk ki, sənaye parkının rezidentinə gəmiqayırma fəaliyyəti ilə bağlı təqdim edilən mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi məqsədi ilə malı (işi, xidməti) təqdim edən şəxslərə (podratçılara) sənaye parkının rezidenti tərəfindən onun rezinent olduğunu təsdiq edən sənaye parkının qeydiyyat şəhadətnaməsi təqdim edilir və həmin malların (işlərin, xidmətlərin) gəmiqayırma fəaliyyətinin məqsədləri üçün alınması isə tərəflər arasında bağlanmış müqavilə ilə təsbit edilir. Podratçıya onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi məqsədi ilə sənaye parkının rezidenti tərəfindən podratçıya subpodratçının adı və VÖEN-i göstərilməklə sənaye parkının rezidenti olduğunu, podratçının isə sənaye parkının rezidentinin podratçısı olduğunu təsdiq edən arayış və bu arayışa əlavə edilmiş müvafiq şəhadətnamə təqdim edilir. Bu arayış əsasında subpodratçı bu fəaliyyəti ilə bağlı podratçıya təqdim etdiyi mallara (işlərə, xidmətlərə) ƏDV-ni sıfır (0) dərəcəsi ilə tətbiq edir. Eyni zamanda sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün ƏDV-ni sıfır (0) dərəcə ilə tətbiq etməklə mal (iş, xidmət) təqdim edən vergi ödəyiciləri tərəfindən vergi orqanına ƏDV bəyannamələri təqdim olunarkən, həmin əməliyyatlarla bağlı müvafiq təsdiqedici sənədlər (ƏDV-nin sıfır (0) dərəcə ilə təqdim edilməsi ilə bağlı arayışın, müqavilənin və s. surətləri) əlavə edilməlidir. Qeyd edilən sənaye parkının rezidentinə gəmiqayırma fəaliyyəti ilə bağlı təqdim edilən xidmətlərə, o cümlədən elektrin enerjisinə yuxarıda qeyd edilən sənədlər əsasında ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq edilə bilər.

Həmçinin oxu: Vergi Məcəlləsinin 98-ci maddəsinin misallarla izahı.

Bax: Vergi Məcəlləsinin 13.2.52-ci və 165.1.7-ci maddəsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.06.2016-cı il tarixli 927 nömrəli Fərmanının 1.29-cu bəndi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Böyük dördlük audit şirkəti Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Böyük dördlük Böyük dördlük audit şirkəti KPMG Azerbaijan Mühasib axtarır


Ölkə: Azərbaycan

Sahə: Maliyyə/Mühasibat

Müqavilə forması: Daimi

Vəzifə: İnfrastruktur – Maliyyə/Mühasibat

İş səviyyəsi: Komanda üzvü

İş qrafiki: Tam iş günü

Həmçinin bax: “Mətanət A” mühasib axtarır
İşin təsviri:
  • İlkin mühasibatlığın təşkili;
  • Bankla əlaqəli əməliyyatların aparılması, fakturaların və vergi bəyannamələrinin verilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalar, qəbuletmə aktlarının hazırlanması;
  • Əsas vəsaitlərin uçotu;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin, e-qaimələrin, DSMF, statistik hesabatların hazırlanması;
  • Menecer tərəfindən tələb olunan digər məsələlər.
Tələblər:
  • Ali təhsil (Mühasibat, Maliyyə)
  • ACCA F3 və F7, CIMA bilməlidir;
  • Analitik düşünmə qabiliyyəti, vergi və digər qanunvericiliklə bağlı biliklər;
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • 1C (8,2) proqramında işləyə bilməsi labüddür;
  • Şifahi və yazılı olaraq İngilis və Azərbaycan dillərini yaxşı səviyyədə bilmək;
Həmçinin bax: “Qoç Ət” MMC mühasib-operator axtarır

Müraciət etmək üçün bu linkə daxil olun.

Son müraciət tarixi: 30 iyun, 2018.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.