Azərbaycanda sığorta sektorunda inzibatçılıq sərtləşdiriləcək

posted in: Xəbər | 0

sığorta sektoruMBNP: Azərbaycanda sığorta sektorunda inzibatçılıq sərtləşdiriləcək

“Bu ilin əvvəlindən Azərbaycan 1,6 mlrd. ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulu ixrac edib. Bunun isə təxminən 1 mlrd. dollarlıq hissəsi kənd təsərrüfatı məhsuludur. Bunu nəzərə alaraq aqrar sığortanın inkişaf etdirilməsi üçün iş aparılır”.

Həmçinin bax: Həyatın yığım sığortası haqqında bilmədiklərimiz.

Bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.

“Kənd təsərrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsi”ndə də sığortanın inkişafı nəzərdə tutulub”, – deyə o, əlavə edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, avtomobil sığortasının da inkişaf etdirilməsi priorotetlərdən biridir: “Hazırda Azərbaycan əhalisinin nəzərəçarpacaq hissəsi avtomobil idarə edir. Bu rəqəm təxminən 1 mln.dur. Hesab edirik ki, bu sığorta növü üzrə bazara daha sərfəli məhsullar çıxarılmalıdır”.

Həmçinin bax: “Sosial sığorta haqqında” Qanunda kiçik dəyişiklik edildi.

İ.Alışov həmçinin deyib ki, sığorta sektorunda dalğalanmanın qarşəsını almaq üçün müvəqqəti olaraq inzibatçılıq sərtləşdiriləcək: “Çalışırıq ki, sığorta sektorunda hesabatlılıq beynəlxalq IFA sisteminə uyğunlaşdırılsın”.

Mühasiblər üçün Ödənişsiz seminar

posted in: muhasibat, Xəbər | 0

seminarÖdənişsiz seminar!

Əziz mühasiblər, sizi “Mühasibat uçotu haqqında” AR qanununa edilən dəyişikliklərin müzakirəsinə həsr ediləcək ödənişsiz seminara dəvət edirik.

Tarix: 23 iyun 2018-ci il, saat 14.00-16.00.

Qeydiyyat: .

Yerlər məhdud olduğundan qeydiyyatdan keçməyən şəxslər tədbirdə iştirak edə bilməyəcəklər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqlarının müdafiəsi üçün hər bir işçinin bilməli olduqları (2-ci hissə)

posted in: Xəbər | 0

hüquqBu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

  • Bankın müraciətinə əsasən işçinin əmək haqqından tutulmaya yol verilə bilməz.
    İşəgötürənin özbaşına olaraq hansısa bankın müraciəti ilə işçinin əmək haqqından tutulmaya yol verməsi qadağandır. Bu yalnız işçinin yazılı razılığı olduqda mümkündür. Bu səbəbdən də işçilərə məsləhətdir ki, bankdan kredit götürərkən verilən sənədlərə diqqət yetirsinlər.
  • İşçinin 5 banka borcu varsa və hər bank borcu üzrə məhkəmə qərarı çıxarılıbsa, onun əmək haqqının bölünməsi qaydası.
    Bu halda işçinin əmək haqqının (burada gross, yəni vergi və digər ödənişlər daxil olmaqla müəyyən edilən əmək haqqı məbləği nəzərdə tutulur) 50%-i 5 banka olan borca görə bölünəcək. Təqribən hər banka 10% əmək haqqı ödəniləcək. Qalan 50% isə işçiyə ödənilməlidir.
  • İşçinin məsuliyyətini istisna edən hallar da var və bu hallara görə işçidən nəyinsə tələb edilməsi yol verilməzdir. Belə ki fors-major hallarda, işçinin təqsiri olmadan maşın-mexanizm və ya avadanlıqların korlanması və sınmasına görə işəgötürənə dəyən ziyanı işçi ödəmək öhdəliyi daşımır.
  • İşdən çıxan işçiyə əmək kitabçası nə vaxt verilir?
    Bu sualın cavabı olaraq qeyd edə bilərik ki, işçiyə əmək kitabçası sonuncu iş günü, yəni əmək müqaviləsinin xitam verildiyi gün verilməlidir. Bu qayda işəgötürənin təqsiri səbəbindən pozularsa, işçiyə işə düzəlmədiyi bütün müddətin orta əmək haqqı mütləq ödənilməlidir.

Yeni əlavələr hər dəfə qeyd olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

posted in: Vergi, Xəbər | 0
Vergi bəyannaməsinin formalarıYeni dəyişikliklərlə əlaqədar vergi bəyannaməsinin formalarının tərtibi vergiödəyiciləri üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcək.
Bunu nazirliyin Vergi risklərinin təhlili və nəzarət departamentinin bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev deyib.
Həmçinin oxu: Vergi bəyannamələrinə dəyişikliklər nədən ibarətdir?
O, vurğulayıb ki, əsas məsələlərdən biri bəyannamələrin asan və informativ, məlumatlarla zəngin olması və vergi ödəyiciləri ilə lüzumsuz yazışmaların aradan qaldırılmasıdır. “Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergiödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcək”, -deyə V.Əliyev qeyd edib.
Mənbə: azertag.az