Mikayıl Cabbarovun vergi islahatları nə vəd edir?
“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır”.You can display the Full post on your Blog Page
“Görüləcək tədbirlərin sahibkarlığın inkişafında əsaslı rol oynamağı hansı güzəştlərin olacağından asılıdır”.
SOCAR-da ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.
İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin əməkdaşı Rauf Əhmədov bildirib ki, proqramda ümumilikdə 1 311 nəfər iştirak edir, onlar da 23 ixtisas üzrə imtahan verəcəklər: “Test imtahanların nəticələrinə əsasən, namizədlərlə müsahibə təşkil olunacaq. Seçilən namizədlər SOCAR-ın müəssisələrində seçdiyi ixtisas üzrə təcrübə keçəcəklər. Təcrübənin sonunda müvafiq müəssisələrin rəhbərləri uyğun namizədlərə ixtisaslara görə iş təklif edəcəklər”.
SOCAR-ın baş ofisinin insan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Ağamməd İsgəndərov bildirib ki, təcrübə proqramının mahiyyəti namizədlərin təhsil müəssisələrində yiyələndikləri nəzəri bilikləri istehsalatda istifadə etmək, yeni texnologiyalarla tanış olmaq, SOCAR barədə biliklərini artırmaqdan ibarətdir.
Onun sözlərinə görə, təcrübə müddəti təqribən 2 ay davam edəcək. A.İsgəndərov əlavə edib ki, təcrübə proqramında 4-cü kursda oxuyan bakalavrlar, magistraturada təhsil alanlar və təhsil müəssisəni 3 il bundan öncə bitirənlər iştirak edə bilirlər.
İmtahanda iştirak edən namizədlər imtahan prosesindən razılıqlarını bildiriblər. ADNSU-nun geofizika mühəndisliyi üzrə 4-cü kurs tələbəsi Turxan Dünyamalıyev deyib ki, imtahan normal keçib və o, göstərdiyi nəticələrdən razıdır. Tələbə öz gələcəyini SOCAR-da gördüyü üçün məhz burda təcrübə keçmək istədiyini bildirib.
Digər namizəd – Azərbaycan Texnologiya İnstitunda elektronika və telekommunikasiya proqramlandırma sahəsində təhsil alan Məhbubova İlhamə deyib ki, imtahan çox rahat və şəffaf şəkildə keçib. O da yay təcrübəsini SOCAR-da keçirəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, 2018-ci ildə ödənişli istehsalat təcrübəsi proqramı üzrə mayın 16-sı elan edilmiş müsahibənin ilkin mərhələsi başa çatıb. Test imtahanları iyunun 10-dək davam etdiriləcək. Test imtahanlarda namizədlərə “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” və “kompüter bilikləri” blokları üzrə təqdim edilən 40 ədəd test tapşırığının cavablandırmasına 60 dəqiqə vaxt ayrılıb. Eyni zamanda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 manat, dəniz şəraitində istehsalat təcrübəsi keçənlərə isə 300 manat məbləğində ödəniş nəzərdə tutulub.
Mənbə: report.az
Sual: Şəxsə 10.03.2018-ci il tarixində 5.000 manat dəyərində (ƏDV-siz) mal təqdim edilmiş və şəxs həmin malın dəyərini və ƏDV hissəsini qanunvericiliklə müəyyən edilmiş qaydada həmin ayda ödəmişdir. Həmin ay üçün təqdim etdiyi bəyannamədə 5.000 manatın ƏDV-sini (900 manat) əvəzləşdirmişdir. Lakin növbəti ay alınmış mallar geri qaytarılmışdır. Bu halda şəxs əvəzləşdirdiyi 900 manat ƏDV-ni büdcəyə hansı formada qaytarmalıdır və ƏDV bəyannaməsində həmin əməliyyat hansı hissədə göstərilməlidir?
Nağdsız hesablaşmaların genişləndirilməsi prosesi son 2 ildə xüsusilə intensiv xarakter daşıyıb. 2017-ci ildən “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş dəyişikliklər nəticəsində irəliləyişlər olsa da, bu, daha çox dövlət rüsumları və ödəmələr sistemini əhatə edib, lakin nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb.
Nağdsız ödəmələrin genişləndirilməsini hədəfə alan layihələrin icrası davam edir. 2018-ci ildə 3 yeni layihənin başlanması nəzərdə tutulur. Bunlar “Nağdsız Azərbaycan”, “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid” və “Ani ödənişlər” proqramlarıdır. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında Mərkəzi Bank (MB) bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq aparır.
MB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, hökumət nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur. Bu məqsədlə qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji proseslər izlənir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində imkanlar diqqətdə saxlanır və yaxından araşdırılır: “Ortamüddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi məhz bu texnologiyalara əsaslanıb. İlk layihə “Nağdsız Azərbaycan” layihəsidir. Bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını və innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirən layihənin icrası beynəlxalq qurumların iştirakı ilə hazırlanıb. Proqram Prezident Administrasiyasında müzakirə edilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir”.
A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan ikinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır: “Hazırda qalib şirkətin müəyyənləşdirilməsi üçün tender prosesləri gedir. Azərbaycanın bank sektorunda müştəri məmnunluğunun artırılması məqsədi daşıyan layihə ilkin məhsul kimi, ilin sonunadək bank ictimaiyyətinə təqdim ediləcək. Üçüncü layihə isə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə ərzində ödənişlərin tamamlanması təmin olunacaq”.
Mütəxəssislər hesab edirlər ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.
“Nağdsız Azərbaycan”ın ekspertləri hesab edirlər ki, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial olsa da, hazırda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.
Mütəxəssislərin fikrincə, nağd ödənişlərin dominant olduğu əsas sahələr aşağıdakılardır:
Sadalanan bu uzun siyahıdan göründüyü kimi, ölkə iqtisadiyyatının böyük bir sahəsində əsasən nağd ödənişlər həyata keçirilir. Minlərlə hüquqi və fiziki şəxsin uçotdan yayındırdığı pul vəsaitlərinin, ödənişlərin nağdsızlaşdırılması və leqallaşması nəticəsində maliyyə-vergi mühasibatlıq sənədlərində şəffaflıq yaranar və dövlət büdcəsinə vergi daxilolmaları xeyli artar.
Nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılmasının vacib olduğunu bu gün hər kəs etiraf edir. Bəs bu sahədə hansı həllivacib problemlər mövcuddur? Burada kompleks yanaşma məqsədəuyğundur. İlk növbədə, infrastruktur imkanları genişləndirilməli, iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirləri həyata keçirilməli, lazım gələrsə, inzibati tədbirlər, cərimələr artırılmalıdır.
Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən, demək olar ki, istifadə etmir:
· adi riyazi maliyyə savadını qiymətləndirmək üçün verilən suallara respondentlərin yalnız 55%-i düzgün, 25%-i yanlış cavab verib, 20%-i isə təxmini rəqəm belə deyə bilməyiblər;
· rəyi soruşulanların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya POS-terminaldan nağd pulun çıxarılmasından ibarətdir;
· vətəndaşların 55%-dən çoxu ayda cəmi bir-iki dəfə POS-terminal və ya internet vasitəsilə alış-veriş edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, nağdsız hesablaşmaların həcminin artırılması, POS-terminallardan istifadə səviyyəsinin yüksəldilməsi üçün həm təşviqedici, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilməli, xüsusən də POS-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır: “Vergi Məcəlləsində POS-terminalların quraşdırılmamasına görə hansısa bir cərimə və ya cəza nəzərdə tutulmayıb. Bu bir reallıqdır ki, sahibkarların nağd pula daha çox üstünlük verməsi vergidən yayınmaq məqsədi güdür. POS-terminallar isə nəticə etibarilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır”.
Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti POS-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda, heç bir sahibkar maraqlı olmayacaq ki, nağdsız şəkildə satış həyata keçirsin. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun.
Digər məsələ isə konvertasiya haqlarının artırılması ilə bağlıdır. Nağdsız ödənişləri stimullaşdırmaq üçün ölkədə prosessinq şirkətləri arasında tarif vahid olmalıdır. Bu ona gətirib çıxarmalıdır ki, bir prosessinq şirkətinə daxil olan bankın kredit, yaxud debit (maaş, yaxud pensiya kartı) ilə başqa prosessinq şirkətinə daxil olan bankın bankomatından, yaxud POS-terminalından əməliyyat aparanda əlavə xərc çıxılmasın.
Mənbə: trend.az