Tələbələr və yeni məzun olanlar üçün Ödənişli təcrübə proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

ödənişli təcrübə proqramıDünyanın qabaqcıl neft xidmətləri şirkəti olan Schlumberger aşağıdakı sahələr üzrə “Yay Təcrübə Proqramı” elan edir.

  • Qurğu administratoru;
  • Maliyyə;
  • Sağlamlıq və güvənlik;
  • İnsan Resursları;
  • İnformasiya Texnologiyaları.

Proqram aşağıdakılar üçündür:

  • Təzəlikcə bakalavr və magistr təhsilini bitirənlər (məzun olduqdan maximum 3 il keçməlidir)
  • Magistr və ya bakalavr təhsili alan sonuncu kurs tələbələri.

Proqram haqqında:

  • İyulun 1-i başlayacaq Təcrübə Proqramı ödənişlidir və 11 həftə davam edəcək.
  • Təcrübəçilər bütöv iş günü işləyəcəklər, lakin təcrübəçilərin üniversitet cədvəlləri və ya yay təhsil proqramlarına müvafiq olaraq yarı gün işləmək (part time) də təklif oluna bilər;
  • Uğurlu namizədlər arzuolunandır;
  • Upper-intermediate və  daha yüksək səviyyədə ingilis dili biliyi;
  • Sübut olunmuş akademik performansınızı və ya liderlik potensialınızı nümayiş etdirin;
  • İş təcrübəsi / könüllü fəaliyyətiniz olması üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini 15 iyun tarixinə qədər müraciət etdiyi sahənin adını qeyd etməklə ünvanına göndərə bilərlər.

Namizədlərdən aşağıdakı məlumatları CV-lərində qeyd etməsi tələb olunur:

  • Doğum tarixi;
  • Məzun olduğu il (və ya məzun olacağı il)
  • Universitetdəkı ortalama bal göstəricisi;
  • Əgər varsa buraxılış işi adı;
  • Namizədi xarakterizə edən 3-4 cümlə yazmaq.

Mənbə: eduonline.az

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib tələb olunurİşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Razılaşma əsasında

İş yeri: Sumqayıt şəhəri

Tələblər:

  • Ali təhsil
  • ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il iş təcrübəsi
  • Vergi məcəlləsini, mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, kassa, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini bacarmaq;
  • Mal-materialların uçotunun aparılması, material silgisi aktlarının tərtib olunmasını bacarmaq;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi.
  • Müqavilələr üzrə hesabların hazırlanması, debutor borcların ödənilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılmasını bilmək;
  • İllik mənfəət bəyənnaməsinin tərtib edilməsini bacarmaq;
  • Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və s. hesablanmasını bacarmaq;
  • Kompüter biliyi yüksək səviyyədə (1C7.7, Excel, Word, Outlook)

İş haqqında məlumat:

  • İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir
  • İş saatı 09:00-18:00.
  • İstirahət günü –  Şənbə və Bazar günləri.
  • Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur.
  • Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə vasitələri: (018) 657 13 36

CV-nizi movzu hissəsində “Baş mühasib qeyd edərək   email ünvanına göndərin.

Mənbə: azerjobs.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şəxsi bank hesabına gələn vəsait vergi riski yaradırmı?

posted in: Vergi, Xəbər | 0

vergi riski

Sual: Qeyri-sahibkarlıq məqsədilə bank hesabı açılarsa və o hesaba digər şəxslər tərəfindən pul vəsaiti daxil olarsa bunun nə kimi riskləri vardır?

Cavab: Bildiririk ki, bank hesabları cari hesab, cari subhesab, ssuda hesabı, əmanət (depozit) hesabı və müxbir hesab formasında açıla bilər. Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə dublikat əsasında açılan hesablar üzrə aparılmış əməliyyatlara vergi orqanları tərəfindən nəzarət edilir. Vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə şübhə yarandığı halda vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bununla yanaşı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədi ilə əməliyyatlar apardığı aşkar edildiyi halda aparılan belə əməliyyatlara görə ödənilməli olan verginin 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.

Bax: Vergi Məcəlləsinin 23.1.6-1-ci və 37-ci maddələri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yumoristik aforizmlər

posted in: Məqalə, Xəbər | 0

aforizmlər

  • Pullar oksigen kimidir: az olanda boğulursan, çox olanda – başın hərlənir…
  • Optimist hesab edir ki, böhran artıq başlayıb, pessimist  isə hesab edir ki, o hələ irəlidədir.
  • Con Rokfeller 100 mlrd dollar qazanmağı və 100 yaşa kimi yaşamağı arzu edirdi. Amma, 318 milyard qazandı və 97 yaşında öldü. Heç də bütün arzular reallaşmır…
  • Çoxlu pulları olan insanlar ya polis tərəfindən qorunurlar, ya da polis tərəfindən axtarılırlar.
  • İşə gəldim, kompüteri açdım, internetə qoşula bilmədim… İşləməyə məcbur oldum.
  • Bütün pulları əlbəttə ki, qazana bilməzsən – böyük hissəsini oğurlamaq lazım gələcək.
  • Əgər, sən əmək sərf etmədən qazanc əldə edirsənsə, kimsə bir başqası qazanc əldə etmədən çalışır.
  • Qızdan yaşını və çəkisini soruşmaq etikadan kənardır; istənilən işləyən insandan maaşının qədərini soruşmaq nəzakətsizlikdir; tələbədən isə “sessiya necə keçir” soruşmaq ədəbsizlikdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.