Hüquqlarının müdafiəsi üçün hər bir işçinin mütləq bilməli olduqları
Hər bir işçi bunları mütləq bilməlidir (gizli yardım)
Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.
1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad Əmək Məcəlləsi maddə 9c)
2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir. (maddə 48.2)
3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir. (maddə 51.3)
4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın.(maddə 69.4)
5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz. (maddə 77)
Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə
variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.
variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.
Yeni əlavələr hər həftə qeyd olunacaq.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas
Sual: VM-nin 133.4-cü maddəsinə açıq şəkildə izah verməyinizi xahiş edirəm. Bu maddədə göstərilən hallarda müqavilənin və ya borc öhdəliyinin vaxtı bir neçə hesabat dövrünə düşərsə, xərc hansı qaydada çəkilmiş sayılır?
İş yeri: Bank of Baku
Rusiya Prezidenti Vladimir Putin hazırda hökümətin üzərində iş apardığı altıillik vergi rejimini təsdiqləyəcəyini bəyan etmişdir. “Mən artıq mikroiqtisadi siyasətin sabitliyi barədə danışmışam, biz eyni nəticəyə vergi siyasətində də nail olacağıq, – Peterburqda keçirilmiş beynəlxalq iqtisadi forum çərçivəsində Rusiya-Fransa dialoqu zamanı çıxış edən Predizent Putin bildirmişdir. – Hazırda hökümət vergi rejimində müəyyən dəyişikliklər üzərində iş aparır, bu iş başa çatdıqdan sonra biz həmin rejimi qarşıdakı altı il üçün qəbul edəcəyik”.